Qum adası — Vikipediya

Qum adası
Yerləşməsi
40°18′40″ şm. e. 50°00′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Arxipelaq
Akvatoriya
Qum adası xəritədə
Qum adası
Qum adası
Qum adası (Azərbaycan)
K. Zirə
link=:Şəkil:
Kiçik Zirə

Qum adası, Qum Zirə[1][2] və ya Təzə Zirə[2]Xəzər dənizində, Abşeron yarımadasının cənub sahilində ada. Bakı arxipelaqının adalarından biridir, Bakı buxtasının şərq hissəsində yerləşir[1].

Qum adasının uzunluğu təqribən 3 km, eni isə 450 m təşkil edir. Adanın sahəsi 1,3 km²-dir. Adanın səthi qumla örtülüdür, sahil zonası dayazdır[1].

1951-ci ildə bu ərazidə aparılan geoloji kəşfiyyat işləri nəticəsində sənaye əhəmiyyətli neft və qaz yataqları aşkar edilmişdir. Sovet hakimiyyəti illərində adada Serebrovski adına neft-qazçıxarma idarəsi yerləşirdi[1].

1960-cı ildə ada Abşeron yarımadası ilə üstündə magistral yol çəkilmiş bənd vasitəsilə birləşdirilib[1].

  1. 1 2 3 4 5 Гум адасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 271.
  2. 1 2 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007. səh. 72.