Qurqundağ — Vikipediya
Qurqundağ | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2398 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Qurqundağ — Laçın rayonu ərazisində dağ. Laçın şəhərindən şimalda, Qarabağ silsiləsində yerləşir. Hündürlüyü 2398 m. Oronim qurqun (türkdilli xalqların toponimiyasında "baş", "təpə", "zirvə" mənalarında işlənir; kurqan variantı da var) və dağ komponentlərindən düzəlib, "zirvəsi olan dağ" və ya "dag zirvəsi" mənasındadır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qurqundağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.