Mirzə Rəhim Fəna — Vikipediya

Mirzə Rəhim Fəna
Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev
Doğum tarixi 1844
Doğum yeri
Vəfat tarixi 11 fevral 1931(1931-02-11)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Üzvlüyü
Vikimənbənin loqosu Mirzə Rəhim Fəna Vikimənbədə

Mirzə Rəhim Fəna (1844, Şuşa, Kaspi vilayəti11 fevral 1931, Bakı) — Azərbaycanın tanınmış şairi va ictimai xadimlərindən biri.[1]

Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev 1844-cü (bəzi mənbələrə görə 1841-ci) ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə, Mirzə Əbdülqasim Mirzə Əli oğlu Kəbirlinin yanında oxumuşdur. Savadlı olduğuna görə mirzə adı daşıyırdı. Mirzə Rəhim Fəna təxəllüsü ilə xoştəb şeirlər yazırdı.

Rəhim bəy Fəna Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanin yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyati" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyi-Nəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarix və ədəbiyyata böyük marağı olan Mirzə Rəhim Fəna "Tarixi-cədidi Qarabağ" adlı əsər qələmə almışdır. Şuşa qəza rəisi Dubrovski Mirzə Rəhimin qardaşı Mirzə Kərimi vəzifəsindən azad etmişdir.

  1. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
  • Ənvər Çingizoğlu, Mirzəyevlər:Ələmdən qələmə, "Soy" elmi-kütləvi dərgi, 2011, №1, səh.13–16.