Rəngli səhra — Vikipediya
Rəngli səhra | |
---|---|
ing. Painted Desert | |
Ümumi məlumatlar | |
Sahəsi | 19,400 km² |
Yerləşməsi | |
35°30′01″ şm. e. 110°05′02″ q. u.HGYO | |
Yerləşdiyi yer | Şimali Amerika |
Ölkə | ABŞ |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir.
Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir[1]. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir. Səhranın səması isti hava səbəbindən müxtəlif rəng alır.
Səhrada illik yağıntının miqdarı 127–229 mm təşkil edir. Havanın temperaturu isə −31 ; 41 °C arasında dəyişir.
Geologiya
[redaktə | mənbəni redaktə et]Səhra əsasən asan şəkildə eroziyaya uğrayan suxurlardan təşkil olunmuşdur. Burada maqnezium və dəmir filizi ehtiyatları vardır[2][3][4].
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Painted Desert" (ingilis). arizona-leisure.com. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-10.
- Ecological Subregions of the United States — US Forest Service
- Petrified Forest Wilderness Area at Wilderness.net
- National Park Services Website — Petrified Forest National Park
- National Park Services Website — Early Naming
- Geology of the region
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Wilderness camping Arxivləşdirilib 2009-11-28 at the Wayback Machine at NPS
- ↑ Chronic, Halka, Pages of Stone: Geology of Grand Canyon & Plateau Country National Parks & Monuments, Mountaineers Books; 2nd ed., 2004, pp. 131—134 ISBN 978-0-89886-680-3
- ↑ Baars, Donald L., Navajo Country, University of New Mexico Press, 1995 pp. 47 — 53 ISBN 0-8263-1587-9
- ↑ Baars, Donald L., The Colorado Plateau: a Geologic History, University of New Mexico Press, 1983, p. 163—168 ISBN 0-8263-0599-7