Rahat Əliyev — Vikipediya

Rahat Əliyev
qaz. Raxat Älïyev
Rahat Əliyev, 30 aprel 2007-ci il.
Rahat Əliyev, 30 aprel 2007-ci il.
Doğum tarixi 10 dekabr 1962(1962-12-10)
Doğum yeri
Vəfat tarixi 24 fevral 2015(2015-02-24) (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Qazaxıstan Qazaxıstan
Həyat yoldaşı
Uşaqları
Təhsili
Fəaliyyəti diplomat, iqtisadçı, siyasətçi, iş adamı
Elmi dərəcələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri;[1] Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni.[1]

Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur.

1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir.[2]

Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb.[2]

Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.[2]

2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur.[2] 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib.[2]

Həbsi və vəfatı

[redaktə | vikimətni redaktə et]

Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub.[1] Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.[2] Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.[2]

Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilmiş və 40 il müddətinə azadlıqdan məhrum edilmişdi.[3] O, 2007-ci ilin yazından xarici ölkələrdə gizlənirdi.[3]

Nəhayət 2014-cü il iyunun 5-də Vyanada tutulub[3] və həmin vaxtdan Avstriyada həbsdə idi;[4] Onun Qazaxıstana ekstradisiya edilməsi məsələsi Avstriya tərəfindən imtina edilib.[5] 2015-ci ilin fevral ayının 24-də Avstriya həbsxanasında intihar edib.[1]

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qızı Dariğa Nazarbayeva ilə evli olub.[1] Onlar 1983-cü ildə evlənib.[2] Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d. 2000) adlı 3 övladları var.[6]

2007-ci Dariğa Nazarbayeva ilə ayrıldıqdan sonra Avstriya vətəndaşı olan Elnarə Şorazova ilə evlənmişdir.[5]

  1. 1 2 3 4 5 Prezident: “Qızım ağlayaraq nəvələrimlə...” Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine axar.az, 01.07.2015  (az.)
  2. 1 2 3 4 5 6 7 8 Nazarbayevin keçmiş kürəkəni Vyana həbsxanasında özünü asıb Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine. bbc.com, 24.02.2015  (az.)
  3. 1 2 3 Prezident: "Niyə insanlar elə düşünür ki, 3 nəvəmin atasını mən tutdurmuşdum?" Arxivləşdirilib 2015-07-02 at the Wayback Machine atv.az, 01.07.2015  (az.)
  4. Nazarbayevin keçmiş kürəkəninin qalmqallı ölüm səbəbi[ölü keçid]. anspress.com, 27.02.2015  (az.)
  5. 1 2 Qazaxıstan prezidentinin eks qatil kürəkəni Kipr vətəndaşlığı almaq istəyir[ölü keçid]. anspress.com, 25.12.2013  (az.)
  6. "Алиев Рахат Мухтарович (персональная справка)" (rus). Zakon.kz. 10 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2015.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]