Ramazan Abdulatipov — Vikipediya
Ramazan Abdulatipov | |
---|---|
avar. Рамазан ХІажимурадил ГӀабдулатӏипов | |
| |
Rusiya Federasiyası Dağıstan Respublikasının Başçısı | |
1 yanvar, 2014 – 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qebquda kəndi, Tlyarata rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, dövlət xadimi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d], universitet müəllimi[d] |
Dini | sünni islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], fəlsəfə[1] |
Elmi dərəcəsi | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ramazan Abdulatipov (rus. Рамазан Гаджимурадович Абдулатипов ; 4 avqust 1946, Qebquda[d], Dağıstan MSSR[2]) — Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Başçısı. Milliyətcə Avardır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Ramazan Hacımuradoviç Abdulatipov 1946-cı il avqustun 4-də RSFSR Dağıstan MSSR Tlyarat rayonunun Qebquda kəndində anadan olub.
Milliyətcə avardır. Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir.
Abdulatipov 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb.
Fəlsəfə elmləri doktoru, professordur. Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir.