Ranikot qalası — Vikipediya

Rannikot qalası
Xəritə
25°52′59″ şm. e. 67°55′56″ ş. u.HGYO
Ölkə
Yerləşir Camşoro dairəsi
Tikilmə tarixi XVII əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ranikot qalası (Sindhi: رني ڪوٽ, Urdu: قِلعہ رانی کوٹ) (Rannikot kimi də tanınır) Pakistanın Sind əyalətinin Camşoro dairəsində, Sann yaxınlığında tarixi Talpur qalasıdır. Rannikot qalası həm də Sindin Böyük səddi kimi də tanınır və bəzi məlumatlara görə dünyanın ən böyük qalasıdır. Ətrafı ilə birlikdə təxminən 32 km-dir.[2][3] Bu qalanın divarları Böyük Çin səddi ilə müqayisə olunur.

1993-cü ildə Pakistan Milli Komissiyası tərəfindən YUNESKO-nun dünya mədəni irsi statusuna namizəd irəli sürülüb və həmin vaxtdan eitbarən YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.[4]

Rannikot qalası 1975-ci ildə Pakistanın tarixi abidələri siyahısına daxil edilib.[5]

Yerləşmə yeri

[redaktə | vikimətni redaktə et]

Rannikot qalası Heydərabad şəhərindən 90 km şimalda, Hind şossesi yanında (N55) yerləşir. Bu qalaya Kəraçidən də asanlıqla çatmaq mümkündür.[6]

Rannikot qalasının ilkin təyinatı və memarları məlum deyil. Əvvəl belə bir fikir var idi ki, qala Sasanilərin, skiflərin, parfiyalıların və Baktriya yunanlarının hakimiyyəti dövründə inşa edilib, lakin daha sonra məlum oldu ki, Rannikot qalası Talpur sülaləsi zamanında bina edilib. Arxeoloqlar qeyd edir ki, XVII əsrı aid onun ilk tikililərindən bəziləri 1812-ci ildə Talpur sülaləsi tərəfindən 1,2 milyon rupi dəyərində yenidən bərpa edilib. Rannikot qalasının dişli qala divarları Sind əmirlərinin son paytaxtı üzərində ucalırdı və sonralar Birtaniya İmperiyasının müstəmləkə asıllığı altına düşmüşdür. Radiokömür təhlilləri aparılarkən məlum olub ki, qalanın dağıntılara məruz qalmış şərq qapıları XVIII əsrin əvvəlləri — XIX əsrin əvvəlləri aralığında yenidən təmir edilib. Bu da britaniyalıların gəlişinə qədər Kəlxurlar sülaləsi və ya Talpur hakimiyyəti dövrünü əhatə edir. Əslində isə təhlil aparmaq üçün götürülən nümunələr çox sonralar bina edilmiş dirəklərdən götürülmüşdür ki, həmin dirəklər də qalanın ilkin konstruksiyalarına aid deyildi.[7]

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Rannikot qalası bir neçə Kirtar təpələrini birləşdirir, relyefi izləyərək 32 km uzanır. Qalanın divarlarında bir neçə bürc mövcuddur, onlardan üçü yarımdairəvi formadadır. Bu qalanın hüdudlarında kiçik qala da var ki, "Miri qalası" adlanır və Sann qapılarından 3 km aralıda yerləşir. Bəzi məlumatlara görə hakim ailə üçün nəzərdə tutulub. Qalanın Sann, Amri, Şah-Pərə və Mohan qapıları var.[7]

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. "Soomro, Farooq (10 April 2015). "Mysterious Ranikot: 'The world's largest fort'"". 21 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2020.
  3. "Raza, M. Hanif (1984). Karachi, the Show Window of Sind. Editions Mystique". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  4. "Ranikot Fort. UNESCO". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  5. "Restoration work in Ranikot stopped". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  6. "Ranikot Fort is the Great Wall of Sindh. New Sindh (15 November 2019)". 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2020.
  7. 1 2 "Kingrani, Aziz Can carbon dating solve the MYSTERY of rannikot?". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.