Rəqqə — Vikipediya
Şəhər və nahiyə | |
Rəqqə | |
---|---|
ərəb. الرّقّة | |
35°57′00″ şm. e. 39°01′00″ ş. u.HGYO | |
Ölkə | Suriya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 244 |
Sahəsi | 1962 km² |
Mərkəzin hündürlüyü | 245 ± 1 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 300.000-dən çox[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +963 22 |
Poçt indeksi | C5710 |
Digər | |
http://esyria.sy/eRəqqə/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəqqə (ərəb. الرقة) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır.
2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur.[1] Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu.
Tarixçə
[redaktə | vikimətni redaktə et]639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur. Osmanlının vaxtında sancaq olan Rəqqəyə Mosul kimi indi İraq sərhədlərində olan şəhərlər də bağlıydı və Osmanlı dövlətinin təyin etdiyi və indiki Şanlıurfada yerləşən bir Osmanlı qubenatoru tərəfindən idarə edilirdi.
Osmanlıların türkmənləri sürgün etdikləri Rəqqə bölgəsi haradır? Rəqqə əyaləti Bəydili və Avşar boyunun sürgün yeridir. Ruha əyaləti olaraq da tanınan Rəqqə bölgəsi 1516-cı ildə Osmanlı ölkəsinin tərkibinə qatıldı. Diyarbəkir ilə Hələb əyalətləri arasında qalan bölgə mərkəzi Urfa olmaq üzrə 6 sancaqdan ibarət olan Rəqqə bəylərbəyliyində 37 feod və 616 timar var idi. Osmanlı idarəetməsi bu bölgə üçün özəl məskən siyasəti tətbiq edərkən Bəydili və Bozulus türkmənlərini Fərat boyunca yerləşdirmə cəhdləri uğursuz oldu. Köçəri türkmənlərin nizamları da pozuldu. Türkmənlərə ərəb tayfaları qulduru hücumları da istiqrarı pozanda 18-ci əsrdə qarışıqlıqlar gedərək artdı. 19-cu əsrdə meydana gələn ayaqlanmalar ilə Misir xədivi İbrahim paşanın bölgəni alması nəticəsində türkmən tayfalar ətrafda az bir əhali qoyaraq dağılışdılar, 1840-cı ildə bölgə təkrar osmanlılara keçəndə Rəqqə əyaləti götürülərək Urfa, Hələb vilayətinə bağlı bir sancaq oldu.
Əhməd Refiq Anadoludan türk tayfalarının 966-1559 ilə 1200-1786 müddətində Rəqqə çöllərinə və digər yerlər sürgünləri ilə bağlı yayımladığı Osmanlı sənədləri vardır.
Demoqrafiya
[redaktə | vikimətni redaktə et]Monqol zəbtetməsiylə yerli xalq məhv edilmiş, sonraları Bədavi tayfaları daha sonra çeçen məskunlaşmalarına rastlanılmışdır. Şəhərdə 2008-ci il əhali "təxmin"lərinə görə 191.784 şəxs yaşayır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "2004 Census Data for ar-Raqqah nahiyah" (ərəb). Syrian Suriya statistikalar mərkəzi börosu. 11 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 October 2015. İngilis dilində: "2004 Census Data". 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2015.