Revaz Qabaşvili — Vikipediya
Revaz Qabaşvili | |
---|---|
gürc. რევაზ გაბაშვილი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 noyabr 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 1969 (86 yaşında) |
Fəaliyyəti | jurnalist |
Revaz Aleksandroviç Qabaşvili (gürc. რევაზ გაბაშვილი ;6 noyabr 1882, Tiflis – 14 mart 1969) — Gürcü siyasətçisi və alimi Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri.
Həyatı
[redaktə | vikimətni redaktə et]Məşhur gürcü yazıçısı Yekaterina Qabaşvili və məşhur hüquqşünas Aleksandr Qabaşvilinin oğludur. Ailənin on uşağı var idi, amma onlardan ilk beşi erkən yaşlarda ölmüşdü.
Revaz Qabaşvili ilk təhsilini Tiflisdəki gimnaziyada almış, 1902-ci ildə Belçikaya oxumağa getmişdi. 1905-ci ildə Revaz Belçikanın Lyej şəhərindəki Montefior Elektrik Mühəndisliyi İnstitutunda təhsilini yarımçıq qoyaraq Gürcüstana qayıtmaq və rus idarəçiliyinə qarşı inqilabi üsyanlarda iştirak etmək istəyir. Polis təqbindən Parisə qaçır. 1907-ci ildə Rusiyaya qayıdır və Bakıda yaşamağa başlayır. Burda Revaz Qabaşvili neft-kimya sənayesində çalışmağa başlayır. O ailə quraraq tədricən siyasi mübarizədən uzaqlaşır.
1910-cu ildə tələbə iğtişaşlarında iştirak etmək ittihamı ilə qovulduğu Peterburq Universitetinə daxil olur. Universitetdən qovulduqdan sonra üç ay həbs cəzası çəkir və Gürcüstana qayıtdıqdan sonra jurnalistika ilə məşğul olmağa başlayır. Revaz Qabaşvili "Klde" jurnalını, sonra "Gürcüstan" qəzetini qurur, redaktorluqla məşğul olur. Qəzetlə əməkdaşlıq edən bir qrup gürcü, Gürcüstan Milli Demokratik Partiyasının təşkilatlandığı nüvəni meydana gətirirdi. Partiya təsis qurultayını 1917-ci ilin fevral inqilabından sonra 1917-ci ilin iyununda Sankt-Peterburqda keçirdi.[1]
26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri də Revaz Qabaşvili olmuşdur.[2] Milli Demokrat Partiyasından Gürcüstan Təsis Məclisinə üzv seçilmişdir.
1921-ci ildə Qızıl Ordunun Gürcüstanı işğalı ilə Qabaşvili həyat yoldaşı və uşaqları ilə birlikdə əvvəl İstanbula, sonra Parisə köçməyə məcbur qaldı. Parisdə Revaz Qabaşvili Gürcüstanda siyasət və ictimai həyat haqqında yerli mətbuatda yazılar dərc edirdi.
Revaz Qabaşvili 1959-cu ildə Münhendə nəşr olunan xatirələrini ("Maksovun siçovulları", "Xatırladıqlarım") yazmışdır. Qabaşvili gürcülərin milli tələblərinə cavab verə bilməməkdə və bacarıqsızlıqda günahlandırdığı Sosial Demokratik liderliyi tənqid edirdi. Tarix, arxeologiya və etnoqrafiya sahəsində elmi tədqiqatlar da aparmışdır.
R.Qabaşvili Zurab Avalaşvili və Viktor Nozadze ilə sıx münasibətlər saxlayırdı.
Revaz Qabaşvili 14 mart 1969-cu ildə Qərbi Almaniyada vəfat etmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ru:Stephen F. Jones (2005), Socialism in Georgian Colors: The European Road to Social Democracy, 1883–1917, p. 354. ru:Harvard University Press, ISBN 0-674-01902-4.
- ↑ "Remix of "საქართველოს დამოუკიდებლობის დეკლარაცია" by Liza Buskhrikidze". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]Stephen F. Jones (2005), Socialism in Georgian Colors: The European Road to Social Democracy, 1883–1917, p. 354. Harvard University Press, ISBN 0-674-01902-4.