Rusiya–Ukrayna müharibəsində azərbaycanlılar — Vikipediya
Rusiya–Ukrayna müharibəsi |
---|
Əsas məqalələr |
Əlaqəli məqalələr |
Azərbaycanlılar Rusiya–Ukrayna müharibəsində birbaşa və dolayısı ilə iştirak edirlər. 2023-cü ilin qeyri-rəsmi məlumatına görə, Ukraynada azı 130 azərbaycanlı öldürülüb, 70 nəfər itkin düşüb və 100-ə yaxın azərbaycanlı yaralanıb[1] (2023-cü ilin may ayına qədər Rusiya işğalı zamanı Ukrayna uğrunda şəhid olmuş 26 azərbaycanlının adı məlumdur). 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrində təxminən 500 Azərbaycan əsilli Ukrayna vətəndaşı xidmət edib.[2] Ukraynaya humanitar yardım həm Azərbaycan hakimiyyəti, həm də Ukrayna azərbaycanlıları tərəfindən təmin edilmişdir.
Bəzi azərbaycanlılar Ukraynanın hərbi mükafatları ilə təltif olunmuşdur. Bakıda Ukraynanın şəhid olmuş azərbaycanlı müdafiəçilərinin xatirə lövhəsi var.
2014–2021-ci illər
[redaktə | vikimətni redaktə et]Azərbaycanlılar Rusiya–Ukrayna müharibəsində onun 2014-cü ildə əvvəlindən iştirak edirlər. Krımın ilhaqı zamanı Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirmişdi ki, ukraynalılar və ruslar qohum xalqlar olsalar da, müharibə başlayarsa, Ukraynanın azərbaycanlı vətəndaşları Ukraynanı silahla müdafiə etməyə hazırdırlar.[3] 2014-cü il sentyabrın 30-da Debaltsevoda Kiyev Rus Batalyonunun kəşfiyyat qrupunun komandiri İlqar Bağırov ("Balu") mühasirəyə düşərkən qumbara ilə özünü partladıb[4] (ölümündən sonra "İgidlik" ordeni ilə təltif olunmuşdur). 2018-ci il iyulun 27-də Donbass uğrunda döyüşlərdə Aydar Batalyonunda vuruşmuş Beyləqan rayonunun Daşburun qəsəbəsindən olan Yolçu Əliyev həlak olmuşdur.[5]
Bəzi azərbaycanlılar Gürcüstan legionunda döyüşməyə başladılar.[6]
2022-ci il işğalı
[redaktə | vikimətni redaktə et]2022-ci ildə başlanmış Rusiya işğalı zamanı mülki azərbaycanlılar da həlak olub. 2022-ci ilin martında Ukraynada 5 Azərbaycan vətəndaşı həlak olub (onlardan 4 nəfər Odessa vilayətindən Moldovaya getməyə çalışarkən Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən güllələnmişdirlər, beşincisi isə Xarkovda öldürülüb).[8] 2022-ci il martın 4-də Xarkovda mərmi partlaması nəticəsində həyat yoldaşları Emin və Lyudmila Mahmudovlar həlak oldular (Eminin Xarkovda öz "Ləvəngi" adlı restoran var idi).[9] 2023-cü il fevralın 9-da Rusiya ordusu tərəfindən Kleşçeyevkanın atəşə tutulması zamanı iki Azərbaycan vətəndaşı həlak olub. Həmin il avqustun 13-də Xerson vilayətində iki Azərbaycan vətəndaşı rus tankı tərəfindən öz maşınında əzildi.[10]
Hərbi azərbaycanlıların da adı dəfələrlə çəkilib. 2022-ci il martın 27-də Kiyev müdafiəsi zamanı "Karpatskaya Seç" könüllü dəstəsində vuruşmuş İkinci Qarabağ Müharibəsi qazisi, snayper Elnur Həsənov ("Alik") şəhid olub.[11] Mariupol mühasirəsi zamanı, 2014-cü ildən Rusiya—Ukrayna müharibəsində iştirak etmiş dəniz piyadaçısı Rafael Ağayev şəhid olub. 2022-ci ilin may ayında Azərbaycan əsilli baş leytenant Kirill Ağasıyev "Ukrayna Qəhrəmanı" mükafatını, Ukrayna Silahlı Qüvvələrinin çavuşları Raqif Əliyev və Məcid Əbdülqafarov isə "Şücaətə görə" medallarını alıblar.[12] Azərbaycan qanunları Azərbaycan vətəndaşlarının xarici müharibədə könüllü şəkildə iştirakını qadağan etsə də, Ukraynada "posvidka" (müvəqqəti və ya daimi yaşamaq icazəsini verən sənəd) əsasında yaşayan Azərbaycan vətəndaşları da Ukrayna tərəfində döyüşməyə başlayıblar.[11] Ukrayna tərəfində döyüşən azərbaycanlıların bir neçəsi rus əsirliyinə düşmüşdü, bəzilər oradan qayıtdı.[13]
2023-cü ilin fevralında Rusiya tərəfində vuruşmuş və ölümündən sonra Rusiyanın "Şücaət" ordeni ilə təltif edilmiş Vüqar Ağayevin ölümü barədə xəbər yayılıb.[14]
Qadınlar
[redaktə | vikimətni redaktə et]2022-ci ildə Samirə Moroz dəniz piyadasında xidmətə başlayaraq Ukrayna ordusunda ilk azərbaycanlı qadın olub. Bundan əvvəl Moroz 2014-cü ildən könüllü kimi müharibədə iştirak etmişdi.[15] Həmçinin, Kiyevdə yaşayan iki azərbaycanlı tibb bacısı – Leyla Mahmudova və Darya Hüseynova – rus işğalının əvvəlindən hərbçilərə və mülki şəxslərə yardım göstərməyə başlayıblar.[16]
Humanitar yardım
[redaktə | vikimətni redaktə et]2022-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Kiyevdə rəsmi səfər zamanı hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü təsdiq etdi.[17]
Rusiya işğalından sonra Azərbaycan hakimiyyəti rəsmi mövqeyi bildirməsə də, artıq işğalın ikinci günündə Ukraynaya humanitar yardım göstəriləcəyini bəyan edib. 25 fevral 2022-ci il axşam saatlarında iki Silk Way təyyarəsi ərzaq və dərman yükü yola düşdü. Eyni zamanda, SOCAR bəyan edib ki, Ukraynanın bütün fövqəladə xidmət maşınları (təcili yardım, yanğınsöndürmə xidməti və s.) Ukraynadakı SOCAR-ın bütün 59 yanacaqdoldurma məntəqəsindən pulsuz istifadə edə biləcək.[17] 28 fevral 2022-ci il tarixində Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının təxliyəsi üçün iki çarter reysi planlaşıb. İşğalın əvvəlində Azərbaycan vətəndaşlarının təxliyyəsi Ukrayna Azərbaycanlıları Radası (UAR) da həyata keçirilib. UAR həmçinin Ukrayna ordusuna maliyyə yardımı göstərir, toplanan vəsaitlərlə dərmanlar, zirehli jiletlər, termal kameraların, geyim və ayaqqabılar alınır.[2]
2023-cü ilin noyabr ayında Azərbaycan Ukraynaya 900 min metrdən çox elektrik kabeli və naqilləri, o cümlədən 18 transformator və transformator yarımstansiyası göndərib. 2023-cü ilin dekabrına qədər işğalın əvvəlindən Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği 34 milyon dollara çatıb.
Humanitar yardımı Ukrayna azərbaycanlıları, xüsusilə də ərzaq və geyimlə təmin edən "Tərəzi" biznes assosiasiyası təşkil edib. Nikolayevdə yaşayan Zaur Ağabəyov və Şamxal Quliyev humanitar yardıma və könüllü fəaliyyətinə görə mükafatlandırılıblar. Quliyev həmçinin "Kiyevin və Kiyev vilayətinin müdafiəsinə görə" medalı ilə təltif edilib.[18]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Ukraynada müharibədə ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı məlum olub". Report İnformasiya Agentliyi. 10 noyabr 2023. 2024-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ 1 2 Asif Aydınlı. "«В рядах ВС Украины воюют около 500 этнических азербайджанцев»" (rusca). Zerkalo. 13 oktyabr 2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Азербайджанцы поддержали Украину" (rusca). Anadolu. 12 mart 2014. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Ukraynada Donbass uğrunda döyüşən qəhrəman azərbaycanlılar". Bizim Yol. 12 may 2022. 24 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "В боях против сепаратистов в Украине погиб азербайджанец" (rusca). AZE.az. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Командир Мамука Мамулашвили: На Украине азербайджанцы и армяне воюют плечом к плечу" (rusca). ИноСМИ.ру. 5 sentyabr 2016. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Ukraynada döyüşən azərbaycanlı: "Ukraynanı özümə ikinci vətən sayıram"". Amerikaninsesi.org. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
- ↑ "Тела погибших в Украине 5 азербайджанцев отправлены в Азербайджан - МИД". İnterfaks. 15 mart 2022. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Ukraynada həlak olan azərbaycanlının anası xəbəri eşitdikdən sonra vəfat edib". Big.az. 7 mart 2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "В Херсонской области погибли двое граждан Азербайджана" (rusca). Turan İnformasiya Agentliyi. 14 avqust 2023. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ 1 2 Əkbər Həsənov. "Как быть с гражданами Азербайджана, воюющими в Украине?" (rusca). Zerkalo. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ Yelena Ostapenko. "Азербайджанец Кирилл Агасиев получил звание «Герой Украины» - ФОТО" (rusca). 1news.az. 17 may 2022. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Среди возвращенных Россией Украине пленных есть азербайджанцы" (rusca). Armiya.az. 22 sentyabr 2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "44-летнего добровольца из воронежского села смертельно ранили в бою" (rusca). Новости Воронежа. 1 fevral 2023. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Ukraynada döyüşən tək azərbaycanlı xanım: "Mən hər iki xalqın nümayəndəsiyəm" - FOTOLAR". Modern.az. 8 yanvar 2024. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Media Ukraynada döyüşən azərbaycanlı bacılardan yazır - FOTOLAR". Modern.az. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ 1 2 "Война в Украине. На чьей стороне Азербайджан?" (rusca). JAMnews. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.
- ↑ "Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə təltif olunub". Report İnformasiya Agentliyi. 29 iyun 2023. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2024.