Rusiya Silahlı Qüvvələri — Vikipediya

Rusiya Silahlı Qüvvələri
Rusiya Federasiyası Silahlı Qüvvələrinin bayrağı:
Silahlı
qüvvələr
Rusiya Quru Qoşunları
Rusiya Hərbi Hava Qüvvələri
30px Rusiya Hərbi Dəniz Qüvvələri
Ground Forces Strateji Raket Qoşunları
Ground Forces Aerokosmik Qüvvələr
Ground Forces Hava-Desant Qüvvələri
Müdafiə naziri Sergey Şoyqu
Baş Qərargah rəisi Valeri Gerasimov
Əsgərlərin sayı 766 000
Əsgərlik yaşı 18-27
Hərbi xidmət 12 ay
Beynəlxalq əməkdaşlıq Braziliya Braziliya
Serbiya Serbiya
Ukrayna Ukrayna
Belarus Belarus
İran İran
Hindistan Hindistan
Venesuela Venesuela
Avstraliya Avstraliya
Yeni Zelandiya Yeni Zelandiya
 Böyük Britaniya
Özbəkistan Özbəkistan
Pakistan Pakistan
Livan Livan
Bolqarıstan Bolqarıstan
Azərbaycan Azərbaycan
Rumıniya Rumıniya
Ermənistan Ermənistan
İraq İraq
Argentina Argentina
Hərbi büdcə 90,7 milyard ABŞ dolları (2013-ci il) [1][2]
Vebsayt

Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır.[3]

31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı. Növbəti ilyarım ərzində onu MDB ölkələrinin vahid ordusuna çevirmək cəhdləri uğursuz alındı. Zamanla yeni müstəqil olmuş dövlətlərdə olan silahlı qüvvələr yerləşdikləri ölkələrə xidmət etməyə başladılar, imzalanmış müqavilələr əsasında Sovet ordusundan qalmış hərbi texnika yeni qurulmuş ordular arasında bölüşdürüldü. 7 may 1992-ci ildə rusiya Müdafiə Nazirliyi qurulduqdan sonra Pavel Qraçev ilk müdafiə naziri təyin olundu. Növbəti bir neçə il ərzində Rusiya ordusu Mərkəzi və Şərqi Avropadan, həmçinin yeni qurulmuş keçmiş SSRİ respublikalarının çoxundan öz qoşunlarını çıxardı. Rus ordusu ancaq bir neçə mübahisəli ərazilərdə, Dnestryanı, SevastopolAbxaziyada qaldı. 1993-cü ilin noyabr ayında qəbul olunmuş hərbi doktrinaya əsasən Rusiya qlobal supergüc olmaq iddiasından əl çəkir və yalnız regional lider olmaq vəzifəsinə iddia edirdi. Yeni doktrina regional konfliktlərin qarşısına almağa yönəlmişdi və yüksək hazırlıqlı kiçik dəstələrdən ibarət mobil ordunun qurulmasını nəzərdə tuturdu. Lakin belə ordunun qurmaq çox çətin vəzifə olaraq qaldı. Pavel Qraçevin nazir olduğu zaman orduda çox az dəyişikliklər baş verdi. Sonrakı Müdafiə naziri Rodionov çox yaxşı mütəxəssis olsa da, orduda gözəçarpan dəyişikliyə nail ola bilmədi. Yalnız nazir İqor Sergeyevin dövründə bəzi reformlar başladı, lakin əsas diqqət Strateji Raket Qoşunlarına yönəlmişdi.

2008-ci ildə müdafiə naziri Anatoli Serdyukovun dövründə Rusiya ordusunda əhəmiyyətli hərbi reformlara başlandı. Reformların əsas məqsədi hərbi qulluqçuların sayının 2012-ci ildə (ən geci 2016-cı ildə) 1 milyon nəfərə kimi azaldılması, zabitlərin sayının azaldılması, zabit hazırlığının mərkəzləşdirilməsi və zabit məktəblərinin sayının 65-dən 10-a azaldılması, mərkəzi qərargahın şəxsi heyətinin azaldılması, ordunun təchizatında mülki şirkətlərə yer verilməsi, eytiyat qüvvələrin yenidən təşkilatlandırılması, ordunun briqada sisteminə keçirilməsi, hərbi hava qüvvələrinin polk sistemindən aviabaza sisteminə keçirilməsi aparılan islahatların əsas istiqamətləri idi. Ümumiyyətlə, islahatların əsas məqsədi şəxsi heyətin azaldılması və orduya ayrılan vəsaitin artırılması idi. Ordudakı islahatların digər məqsədlərindən biri də hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılmasıdır.

Rusiya Federasiyası Müdafiə Nazirliyi silahlı qüvvələrin əsas idarəedici orqanıdır. Sovet dövründən bəri Baş Qərargah ordunun əsas qərarlarının verən mərkəzdir. Lakin indi Baş Qərargahın rolu azaldılaraq Müdafiə Nazirliyinin strateji planlaşdırma şöbəsi vəziyyətinə gətirilib. Rusiya ordusunun baş qərargah rəisi ordu generalı Valeri Gerasimovdur. Rusiya Silahlı Qüvvələri aşağıdakı qoşun növlərinə bölünüb:

2010-cu ildəki struktura görə Quru qoşunları, HHQ və donanma 4 hərbi dairəyə bölünüb. Bunlar Qərb Hərbi Dairəsi, Şərq Hərbi Dairəsi, Mərkəzi Hərbi Dairəsi və Cənub Hərbi Dairəsidir. Bundan başqa ölkə xaricində Rusiyanın Ermənistanda 105-ci hərbi bazası yerləşir və bu baza Cənub Hərbi Dairəsinə tabedir. Hərbi donanma 4 dairə və bir flotiliyadan ibarətdir:

  1. "Комитет Государственной Думы по обороне — Комитет по обороне рассмотрел законопроект "О федеральном бюджете на 2013 г. и на плановый период 2014 и 2015 гг."". Komitet2-15.km.duma.gov.ru. 18 March 2014. İstifadə tarixi: 23 March 2014.
  2. "Russia to increase defense spending by nearly two-thirds to $97 billion by 2016". 12 December 2013.
  3. Richard Norton-Taylor. "Russia overtakes UK and France in global arms spending league table | World news". theguardian.com. 7 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2014.