Süleymaniyyə məscidi — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Süleymaniyyə məscidi | |
---|---|
Süleymaniye Camii | |
| |
41°00′58″ şm. e. 28°57′50″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | İstanbul ili, Fateh |
Memar | Memar Sinan |
Tikilmə tarixi | 1550 |
Üslubu | Osmanlı memarlığı |
Hündürlüyü | 53 m |
Vikianbarda əlaqəli mediafayllar |
Süleymaniyyə camisi — Sultan Süleyman Qanuninin şərəfinə 1550–1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi.
Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir
Struktur özəllikləri
[redaktə | vikimətni redaktə et]Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni, caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib. Qəndilin hisi əsas giriş qapısının üzərindəki otaqda toplanaraq mürəkkəb hazırlanmasında istifadə olunub.
28 revakla əhatələnmiş cami avlusunun mərkəzində düzbucaqlı formasında şadırvan var. Caminin qiblə tərəfində içərisində Qanuni Sultan Süleymanın və xanımı Hürrəm Sultanın olduğu hazirə mövcuddur. Qanuni Sultan Süleymanın türbəsinin qübbəsi ulduzlu səma görünüşü almağı üçün içəridəki metal lövhələrin araları almazlarla bəzədilib.
Caminin bəzədilməsi baxımından sadə quruluşa sahibdir. Mehrab divarındakı pəncərələr vitrajlarla bəzədilib. Mehrabın hər iki tərəfindəki pəncərələrin üzərində yer alan çini medalyonlarda Fəth surəsi caminin əsas qübbəsinin mərkəzində isə Nur surəsi yazılıb. Caminin xəttatı Həsən Çələbidir.
Süleymaniyyə camisinin 4 minarəsi var. Bunun səbəbi Qanuninin İstanbulun fəthindən sonraki dördüncü padşah; bu dörd minarədəki on şərəfənin də Osmanlının 10-cu padşahı olduğunun işarəsidir.
Osmanlı külliyələri içində Fateh külliyəsindən sonra ikinci böyük külliyə Süleymaniyyə külliyəsidir. Külliyə İstanbul yarımadasının Haliç, Mərmərə, Topqapı Sarayı və Boğaziçini görən mərkəzdəki ən hündür təpədə inşa edilmişdir. Camii mədrəsələr, darüş-şəfa, darül-hədis, çeşmə, darül-kürra, darüz-ziyafə, imarət, hamam, tabhane, kitabxana və dükanlardan ibarət külliyədə Memar Sinanın türbəsi çöl avlu divarlarının qarşısında təvazökar, kiçik inşadır.
Qalereya
[redaktə | vikimətni redaktə et]- Məscidə aid Osmanlı miniatürü
- Süleymaniyyə Məscidi, 1890-cı ildə
- Süleymaniyyə məscidinin yüksəklikdən çəkilmiş fotosu, 1903-cü il. Bruklin Muzey Arxivi, Goodyear Arxiv Kolleksiyası
- Süleymanın məqbərəsi
- Hürrəm Sultanın məqbərəsi
- Süleymaniyyə məscidinin qərbdən bağçaya girişi
- Süleymaniyyə Məscidi Qərb girişi
- Süleymaniyyə məscidinin xarici sütunları
- Şimal tərəfdən Süleymaniyyə məscidinin görünüşü
- Süleymaniyyə məscidinin cənub tərəfdən görünüşü
- Süleymaniyyə məscidinin günbəzlərinin çöldən görünüşü
- Süleymaniyyə məscidinin günbəzləri
- Namaz zalı və çilçıraq
- Müəzzinin mahfili
- Süleymaniyyə Məscidi namaz zamanı
- Məscidin gecə zamanı görünüşü
- Portiko və minarələrdən biri
- Süleymaniyyə məscidinin pəncərəsi
- Süleymaniyyə Məscidinin Uzaq Görünüşü
- Qiblə divarı və mehrabı əks etdirən Süleymaniyyə məscidinin interyeri.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Atasoy, Nurhan; Raby, Julian. Petsopoulos, Yanni (redaktor). Iznik: The Pottery of Ottoman Turkey. London: Alexandria Press. 1989. ISBN 978-1-85669-054-6.
- Baer, Marc David. "The great fire of 1660 and the Islamization of Christian and Jewish space in Istanbul". International Journal of Middle East Studies. 36 (2). 2004: 159–181. doi:10.1017/S002074380436201X. JSTOR 3880030.
- Denny, Walter B. Iznik: the Artistry of Ottoman Ceramics. London: Thames & Hudson. 2004. ISBN 978-0-500-51192-3.
- Goodwin, Godfrey. A History of Ottoman Architecture. London: Thames & Hudson. 2003 [1971]. 215–239. ISBN 978-0-500-51192-3.
- Necipoğlu-Kafadar, Gülru. "The Süleymaniye Complex in Istanbul: an interpretation". Muqarnas. 3. 1985: 92–117. doi:10.2307/1523086. JSTOR 1523086.
- Necipoğlu, Gülru. The Age of Sinan: Architectural Culture in the Ottoman Empire. London: Reaktion Books. 2005. ISBN 978-1-86189-253-9.
- Sumner-Boyd, Hilary; Freely, John. Strolling through Istanbul. London: Tauris Parke. 2010. 199–208. ISBN 978-1-84885-154-2.
- Barkan, Ömer Lûtfi. Süleymaniye Cami ve İmareti İnşaatı (1550-1557) (türk). (2 Volumes). Ankara: Türk Tarih Kurumu Basımevi. 1972–1979. OCLC 614354340.
- Faroqhi, Suraiyah. Subjects of the Sultan: Culture and Daily Life in the Ottoman Empire. London: I.B. Tauris. 2005. ISBN 1-85043-760-2.
- Kolay, İlknur Aktuğ; Çelik, Serpil. "Ottoman stone acquisition in the mid-sixteenth century: the Süleymaniye Complex in Istanbul". Muqarnas. 23. 2006: 251–272. JSTOR 25482444.
- Morkoç, Selen B. "Reading architecture from the text: the Ottoman story of the four marble columns". Journal of Near Eastern Studies. 67. 2008: 31–47. doi:10.1086/586669.
- Rogers, J.M. Sinan: Makers of Islamic Civilization. London: I.B. Tauris. 2007. ISBN 978-1-84511-096-3.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Süleymaniye Külliyesi, Archnet
- Süleymaniye Mosque ve Mimar Sinan
- Suleymaniye Mosque Virtual Walking Tour, Saudi Aramco World.
- Photographs by Dick Osseman
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |