Səadət Təhmirazqızı — Vikipediya

Səadət Təhmirazqızı
Şirinova Səadət Təhmiraz qızı
Fəaliyyəti ssenarist

Səadət Təhmirazqızı (Şirinova Səadət Təhmiraz qızı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi.

S. Hacıbəyov adına Musiqi Texnikumunun "Tarixi nəzəriyyə" fakültəsini bitirdikdən sonra təhsilini BMA-da həmin ixtisas üzrə davam etdirərək bakalavr və magistr mərhələlərini fərqlənmə diplomları ilə bitirmişdir.

1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır. Çoxlu sayda elmi məqalə və oçerklərin müəllifıdir.

2002-ci ildə "Süleyman Ələsgərov xatirələrdə", 2005-ci ildə "Nəğmədir həyat" adlı kitabları işıq üzü görmüşdür. Bu isə müəllifin üçüncü kitabıdır.

Musiqişünaslıq sahəsindəki xidmətlərinə görə "Qızıl qələm", "Məhsəti Gəncəvi" və "Gənclər mükafatı"nın laureatıdır.

Kitabları
  • "Süleyman Ələsgərov xatirələrdə", 2002-ci il
  • "Nəğmədir həyat" 2005-ci il
  • "Sənətin Əliövsət zirvəsi"
Məqalələr
  1. Mənim atam Əliövsət Sadıqov (film, 2007)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]