Səməd Qurbanov — Vikipediya

Səməd Qurbanov
Ümumi məlumatlar
Ləqəbi Jiquli
Doğum tarixi (71 yaş)
Doğum yeri Qazax, Azərbaycan SSR, SSRİ
Mövqeyi sol cinah yarımmüdafiəçisi
Karyerası
Klub karyerası[* 1]
1971—1984 SSRİ Neftçi Bakı 361 (20)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Səməd Qurbanov (10 iyul 1953, Qazax) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş SSRİ futbolçusu. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb.

Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub. Rəsmi və qeyri-rəsmi turnirlər, həmçinin yoldaşlıq görüşləri nəzərə alınmaqla "Neftçi"də 400-dən çox oyun keçirib. 1976-cı ildə "Neftçi"nin heyətində SSRİ 1-ci liqasının ikinci mükafatçısı olub. 70-ci illərin sonunda SSRİ-nin ikinci yığmasına və olimpiya yığmasına cəlb olunub. 1979-cu ildə Azərbaycan yığmasının heyətində SSRİ Xalqlarının Spartakiadasında iştirak edib. 1981-ci ildə tərtib edilən Azərbaycanın bütün dövrlər ərzində 33 ən yaxşı futbolçusunun siyahısında yer alıb (3-cü sol yarımmüdafiəçi). 1983-cü ildə "Futbol-Hokkey" həftəliyinin SSRİ-nin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda "Neftçi"nin səs alan yeganə futbolçusudur (1 xal). Sürətli reydlərinə görə "Jiquli" ləqəbini qazanıb. 1982-ci ilin mayında - 30 yaş 10 ayında futbolçu karyerasını başa vurub.

SSRİ çempionatında

[redaktə | mənbəni redaktə et]

SSRİ çempionatının yüksək liqasında qol vurduğu oyunlar

  • 08.09.1972 Dinamo (Minsk) - Neftçi 1:1
    • 29-cu dəqiqədə hesabı açıb (0:1).
  • 18.06.1978 SSKA (Moskva) - Neftçi 1:1
    • 55-ci dəqiqədə hesabı açıb (0:1).
  • 13.06.1979 Neftçi - Zenit (Leninqrad) 2:2
    • 56-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb (1:2).
  • 21.08.1980 Paxtakor (Daşkənd) - Neftçi 2:2
    • 7-ci dəqiqədə hesabı açıb (0:1).
  • 13.08.1981 Neftçi - Kuban (Krasnodar) 2:1
    • 57-ci dəqiqədə hesabı açıb (1:0).
  • 26.04.1982 Paxtakor (Daşkənd) - Neftçi 3:2
    • 18-ci dəqiqədə hesabı açıb (0:1).
  • 16.08.1982 Neftçi - Torpedo (Kutaisi) 3:2
    • 71-ci dəqiqədə Azərbaycan komandasının üçüncü qolunu vurub (3:1).
  • 24.08.1982 Neftçi - Paxtakor (Daşkənd) 4:2
    • 17-ci dəqiqədə hesabı bərabərləşdirib (1:1).
  • 23.10.1982 Neftçi - Dinamo (Minsk) 3:2
    • 14-cü dəqiqədə hesabı açıb (1:0).
  • 07.04.1984 Neftçi - Çernomorets (Odessa) 2:1
    • 8-ci dəqiqədə hesabı açıb (1:0).

Qeyd: Fərqləndiyi 10 oyundan 7-də matçın ilk qolunu vurub. Ən çox Daşkənd "Paxtakor"unu məyus edib - 3 qol.