Sərdar İmrəliyev məktəbi (film, 1964) — Vikipediya
Sərdar İmrəliyev məktəbi | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Nina Mustafayeva |
Ssenari müəllifi | Nina Mustafayeva |
Operator | Leonid Koretski |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1964 |
Texniki məlumatlar | 2 hissə 562 metr 35 mm |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film məşhur pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevə həsr olunmuşdur.
Tanınmış mexanizator öz briqadası ilə artıq neçə illərdir ki, maşınla pambıq yığımı üzrə dövlət planlarını dalbadal yerinə yetirir.
Filmin müəlifləri onun əmək həyatından faktlar götürmüş və belə bir suala cavab verməyə çalışmışlar. Sərdar hansı yollarla müvəffəqiyyətlərə nail olmuşdur? Onun istehsalat sirri nədən ibarətdir?
Filmdə bizim müasirlərimizin parlaq, yaddaqalan obrazı yaradılmışdır.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Nina Mustafayeva
- Ssenari müəllifi: Nina Mustafayeva
- Operator: Leonid Koretski
- Cizgi rəssamı: Bəhmən Əliyev
- Səs operatoru: Şamil Kərimov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.