Saksoniya (krallıq) — Vikipediya
Krallıq | |||||
Saksoniya | |||||
---|---|---|---|---|---|
Königreich Sachsen | |||||
| |||||
«Providentiae Memor» | |||||
Himn: Sakson himni Preise dein Glücke, gesegnetes Sachsen! | |||||
| |||||
| |||||
Paytaxt | Drezden | ||||
Rəsmi dilləri | Yuxarı Sakson Almancası | ||||
Ərazisi | 14,993 km² | ||||
Əhalisi | 4,806,661 (1906) | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Dövlət başçıları | |||||
İlk kral | |||||
• 1806-1827 | I Fridrix Avqust | ||||
Son kral | |||||
• 1904-1918 | III Fridrix Avqust | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Saksoniya krallığı (alm. Königreich Sachsen); bəzən Saksen — Almaniya İmperiyası tərkibində 1806-1918-ci illərdə mövcud olmuş dövlət.
Tarixi
[redaktə | mənbəni redaktə et]1806-cı ildən əvvəl Saksoniya Müqəddəs Roma İmperiyasının bir hissəsi idi. Napoleon Bonapart 1806-cı ildə ələ keçirdiyi Saksoniyanı bir krallıq halına gətirdi. Saksonya krallığı Napoleon devrilənə qədər onun ən yaxın mütffəqi oldu. Napoleondan sonra Saksoniya torpaqları qalib dövlətlər toplanan Vyana konqresində (1814-15) 40%-i Prussiyaya verildi. Krallığın geri qalan bölümü 1815-ci ildə Alman konfederasiyasına qoşuldu. 1817-ci ildə isə yeni Almaniya imperiyası tərkibinə qoşuldu. Almaniya I Dünya müharibəsində məğlub olandan sonra krallıq da ləğv olundu.
Hakimiyyət
[redaktə | mənbəni redaktə et]1831-ci il konstitusiyasına əsasən Saksoniya krallığı konstitusiyalı monarxiya idi. O başqa bir dövlətin hökmdarı ola bilməzdi.[1] Nazirlərin razılığı olmadan kralın hər-hansı əmri keçərli sayılmırdı. Aşağıdakı nazirliklərdən ibarət idi:
- Ədalət nazirliyi
- İqtisadiyyat nazirliyi
- Daxili işlər nazirliyi
- Müharibə nazirliyi
- Din işləri nazirliyi
- Xarici işlər nazirliyi
Kralları
[redaktə | mənbəni redaktə et]Şəkli | Adı | Hakimiyyət dövrü | Qeydlər |
---|---|---|---|
I Fridrix Avqust | 20 Dekabr 1806 - 5 May 1827 | 1807-1813-cü illər arası Varşava hersoqu idi. | |
Anton | 5 May 1827 - 6 İyun 1836 | I Fridrix Avqustun qardaşı | |
II Fridrix Avqust | 6 İyun 1836 - 9 Avqust 1854 | I Fridrix Avqustun və Antonun qardaşıoğlu | |
İohann | 9 Avqust 1854 - 29 Oktyabr 1873 | II Fridrix Avqustun qardaşı | |
Albert | 29 Oktyabr 1873 - 19 İyun 1902 | İohannın oğlu | |
Georg | 19 İyun 1902 - 15 Oktyabr 1904 | Albertin qardaşı | |
III Fridrix Avqust | 15 Oktyabr 1904 - 13 Noyabr 1918 | Georgun oğlu. Son Saksoniya kralı.[2] |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Saksoniya konstitusiyası, 5 və 138-ci hissələr". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
- ↑ "Saxony during the Weimar Republic 1918-1933". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.