Salidə Şərifova — Vikipediya
Salidə Şərifova | |
---|---|
Doğum tarixi | 12 yanvar 1971 (53 yaş) |
Doğum yeri | |
Elm sahələri | ədəbiyyat nəzəriyyəsi,ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi |
Vikianbarda əlaqəli mediafayllar |
Salidə Şəmməd qızı Şərifova (Salidə Şəmmədqızı; 12 yanvar 1971, Tbilisi) — ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas, yazıçı; Filologiya elmləri doktoru (2012), AMEA-nın professoru (professor, 2019), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik, 2022); Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009), "Qızıl qələm" (2010), "Rəsul Rza" (2017), "İstinadda rekord" (2024) mükafatları laureatı, Prezident təqaüdçüsü (2016–2017).
Həyatı
[redaktə | mənbəni redaktə et]Salidə Şərifova 12 yanvar 1971-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. 1988-ci ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuş və 1993-cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasının "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə daxil olmuş və 1996-cı ildə aspiranturanı bitirmişdir. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisidir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır.
1996-cı ildə "İlk Azərbaycan romanları" mövzusunda namizədlik (10.01.03 (5716.01)- Azərbaycan ədəbiyyatı) mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası|Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü.
2012-ci ildə Rusiya Elmlər Akademiyası A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda "Теоретические аспекты жанрового многообразия азербайджанского романа (Azərbaycan romanlarının janr müxtəlifliyinin nəzəri aspektləri)"[1] mövzusunda doktorluq (10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq) dissertasiyası müdafiə edərək Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən filologiya elmləri doktoru adına layiq görülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiya qərarı ilə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən təqdim edilmiş filologiya elmləri doktoru dərəcəsi tanınmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan ədəbiyyatı ixtisası üzrə dosent elmi adına layiq görülmüşdü.
2019-cu ildə ədəbiyyatşünaslıq ixtisası üzrə AMEA-nın professoru seçilmişdir.[2]
2022-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik) seçilib[3],[4];
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən filologiya elmləri üzrə ekspert şurasının eksperti kimi fəaliyyət göstərmişdir (2016–2018-ci illər, Azərbaycan, Bakı);
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.05 – Dissertasiya Şurasının üzvü kimi fəaliyyət göstərmiş və göstərməkdədir (2019 – hal-hazırda, Azərbaycan, Bakı)
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AMEA Nizami Gəncəvi adına Muzeyin nəzdində fəaliyyət göstərən Seminarın üzvü kimi fəaliyyət göstərmişdir (2019–2022, Azərbaycan, Bakı)
Maraq dairəsini ilk növbədə milli ədəbiyyatda roman janrının iki mərhələli yaranma nəzəriyyəsi, "roman-hekayətin" janr konstruksiyasının xüsusiyyətləri, müharibə romanın yeni tipinin formalaşması, romanda janr qarışıqlığı nəzəriyyəsi, kreollaşmış romanların romanın xüsusi növü kimi fərqlənməsi və s. çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası əhatə edir.
2022–2023-cü tədris ilində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun magistratura pilləsində Azərbaycan ədəbiyyatı (XX əsr (Sovet dövrü))[5] fənnindən mühazirələr oxumuşdur.
Kitablar
[redaktə | mənbəni redaktə et]- İlk Azərbaycan romanları – Bakı, "Elm", 1998. – 120 s. Ш 4603010000–652____655(07)-98 qrifli nəşr, ISBN 5-8066-0861-1;
- Azərbaycan nəsr janrlarının təşəkkül və formalaşması prosesi (XX əsrin əvvəllərinə qədər) – Bakı, "Elm", 2005. – 240 s.4603000000____655(07)-2005 qrifli nəşr; ISBN 5-8066-1737-8[6];
- Ədəbi prosesə nəzəri baxış (tənqidi məqalələr – 2003–2005-ci illər. I kitab) – Bakı, "Maarif", 2006. – 210 s. 4603000000____652–2006 qrifli nəşr; ISBN 9952-420-07-1[7];
- Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri – Bakı, Bakı Qızlar Universitetinin nəşriyyatı, 2007. –78 s. R 4602010000 ____026(07–02)-96 21–96[8];
- Ədəbi prosesə nəzəri baxış (2006–2007-ci illərin məqalələri). İkinci kitab – Bakı, "Elm", 2008. – 216 s. 4603000000 ____655 (07)-2007 qrifli nəşr; ISBN 5-8066-1711-4[9];
- Генезис азербайджанского романа: жанровые характеристики романа-хекаята и "маленького романа" – М.: Независимое литературное агентство "Московский парнас", 2009.– 208 с. ISBN 978-7330-0556-1.[10],[11];
- Жанровое смешение в романе: коммуникативно-социокогнитивный подход – М.: Независимое литературное агентство "Московский парнас", 2011, 400 с.; ISBN 5-978-73301-6639-2;
- Əriyən şam (hekayələr toplusu) – Bakı, "Elm və təhsil", 2011. 124 s.; Ş 4702000000____N 098–2011 qrifli nəşr;
- Теоретические аспекты жанрового многообразия Азербайджанского романа–Автореферат диссертации на соискание ученой степени доктора филологических наук, М.,2012,38 c.[12];
- Çağdaş Azərbaycan postmodern romanı – Bakı, "Elm və təhsil",, 2015. 104 səh.4603000000____N098–2015 qrifli nəşr[13];
- Klassiklər və müasirlər söz müstəvisində – Bakı, "Elm və təhsil",, 2018. 568 səh. ISBN 978-9952-8305-8-3[14],[15], [3];
- Dionisin qələbəsi (hekayələr toplusu) – Bakı, "Elm və təhsil", 2018. 200 s.[16],[17] ISBN 978-9952-8305-9-0;
- دیونیسین قلبه سی Təbriz, 2019. 202 səh. ISBN 978-9952-37-305-9;[18],[19];
- اريين شمع Tehran, 2020. 170 səh. ISBN 978-9952-37-306-6;[20];
- Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi — Bakı, "Elm və təhsil", 2021. 116 s. ISBN 978-9952-8392-0-3[21],[22];
- Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri — Bakı, "Qanun", 2021. 164 s. ISBN 978-9952-534-12-2 [4],[23],[24];
- Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе (Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri) — Москва,"У Никитских ворот", 2021, 530 стр. ISBN 978-5-00170-403-4[25];
- Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili — Bakı, "Elm və təhsil", 2022. 444 səh. ISBN 978-9952-8448-0-1[26],[27],[28],[29],[30];
- Генезис азербайджанского романа жанровые характеристики романа — хекаята и "маленького романа" — Издательский Дом "GlobeEdit". 2022, 216 c. ISBN 978-620-0-63596-9[31];
- Azərbaycan ədəbiyyatı (XX əsr (sovet dövrü)) fənni üzrə magistratura pilləsi üçün proqram- Bakı, "Elm və təhsil", 2023, 22 səh.4602000000_____N-98–2023 qrifli nəşr[32];
- İlk Azərbaycan romanları – Bakı, "Elm və təhsil", 2023. 216 s., ISBN 9789952568523[33],[34].
- Leyla Əliyevanın poetik dünyası – Bakı, "Elm və təhsil", 2024. 280 s., ISBN 978-9952-581-18-8[35],[36],[37],[38],[39];
- Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı və publisistikası. Bakı, “Elm və təhsil”, 2024. – 80 səh. ISBN 978-9952-581-28-7-0 [40],[41],[42],[43],[44],[45],[46],[47].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Теоретические аспекты жанрового многообразия азербайджанского романа"[1] Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- ↑ "Arxivlənmiş surət". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
- ↑ https://azertag.az/xeber/AMEA_nin_professoru_Salide_Serifova_Rusiya_Tebiet_Elmleri_Akademiyasinin_heqiqi_uzvu_sechilib-2143565
- ↑ https://www.academia.edu/97291407/Az%C9%99rbaycan_%C9%99d%C9%99biyyat%C4%B1_XX_%C9%99sr_sovet_d%C3%B6vr%C3%BC_f%C9%99nni_%C3%BCzr%C9%99_magistratura_pill%C9%99si_%C3%BC%C3%A7%C3%BCn_proqram
- ↑ "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
- ↑ "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
- ↑ "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
- ↑ "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
- ↑ https://literature.az/?page=152&newsId=117975&lang=aze
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-04.
- ↑ "Arxivlənmiş surət".
- ↑ Çağdaş Azərbaycan postmodern romanı: [2] Arxivləşdirilib 2015-03-24 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-24.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2019-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-24.
- ↑ "Arxivlənmiş surət". 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-24.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-24.
- ↑ "Arxivlənmiş surət".
- ↑ "Arxivlənmiş surət" (PDF).
- ↑ "Arxivlənmiş surət".
- ↑ https://www.kitabyurdu.org/xfsearch/muellif/Salid%C9%99%20%C5%9E%C6%8FR%C4%B0FOVA/[ölü keçid]
- ↑ "Arxivlənmiş surət" (PDF). 2023-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-26.
- ↑ "Arxivlənmiş surət". 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2023-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-26.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-15.
- ↑ https://azertag.az/xeber/Adebiyyatsunasliq_elmine_yeni_tohfe-2193332
- ↑ "Arxivlənmiş surət". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ https://www.medeniyyet.az/page/news/63133/Musteqillik-dovru-Azerbaycan-edebiyyatinda-Qarabag-movzusu.html
- ↑ "Arxivlənmiş surət". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
- ↑ "Arxivlənmiş surət". 2024-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-28.
- ↑ "Arxivlənmiş surət". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
- ↑ "Arxivlənmiş surət".
- ↑ https://science.gov.az/az/news/open/26727
- ↑ https://azertag.az/xeber/ilk_azerbaycan_romanlari_monoqrafiyasi_tekrar_nesr_edilib-2799049
- ↑ "Arxivlənmiş surət". 2024-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-06.
- ↑ "Arxivlənmiş surət". 2024-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-06.
- ↑ "Arxivlənmiş surət". 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ "Arxivlənmiş surət". 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ "Arxivlənmiş surət". 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ https://www.researchgate.net/publication/384014723_Bayram_Isgndrlinin_hyati_bdii_yaradiciligi_v_publisistikasi (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2024-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
- ↑ https://azertag.az/xeber/edebiyyat_institutunun_emekdasinin_yeni_monoqrafiyasi_chapdan_chixib-3177746?fbclid=IwY2xjawFW2odleHRuA2FlbQIxMAABHR0bd6y0Tl1FmwyvXScN2Niel8z0q_ef3SDuVEAoDOSxrXg5IPbEglNAvw_aem_xQdhAiyT8xCkY7daUi2BNA (#bare_url_missing_title).
- ↑ https://science.gov.az/az/news/open/29977?fbclid=IwY2xjawFW2oxleHRuA2FlbQIxMAABHeOR_S1WIi1GRFPoDX2DN2gWEiN4xjdOYiIafiwoYxi4LvZXCdwFIRCZpQ_aem_NwOIfrNJxtqn5fnK_jgmGA (#bare_url_missing_title).
- ↑ http://www.azyb.az/index.php/culture/post/218 (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ "Arxivlənmiş surət". 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
- ↑ "Arxivlənmiş surət". 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.