Salix excelsa — Vikipediya
Salix excelsa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Salix excelsa | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
|
Salix excelsa (lat. Salix excelsa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Pakistan, Kaşmir, Əfqanıstan, Mərkəzi Asiya, Çin, İran, İraq, Türkiyə, Livan, Suriyada yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 30 m-dək olan ağacdır. Cavan budaqları çılpaq və ya seyrək tükcüklü, qonur və ya sarımtıldır. Yarpaqları lansetvari və ya yumurtavari üçkünc, əvvəlcə ağımtıl-gümüşü, sonradan parlaq, uzunluğu 5–8,5 sm, eni 1,3–2 sm, bünövrəsinə tərəf daralmış, kənarları dişlidir. Tumurcuqları əvvəlcə tükcüklü, sonra çılpaq, yumurtavari-lansetvari və ya yumurtavari-üçküncdür. Erkək çiçəyin uzunluğu 3–4,5 sm, eni 4–5 mm-dir. Çiçək yanlığı yumurtavari, erkəkcikləri 2, bünövrəsində tükcüklü, uzunluğu 5–7(9) mm, tozluğu 0,8–0,9 mm, yumurtavari 0,5 sm-dir. Dişi çiçəyin uzunluğu 1,5–3 sm, eni 0,5 sm-dir. Yumurtalığı yumurtavari-konusvari, uzunluğu 3 mm, çılpaqdır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Quraqlıq və işıqsevən, torpağa tələbkar olmayan bitkidir. Rütubətli yerlərə də rast gəlinir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]Heterotipik sinonimləri
[redaktə | mənbəni redaktə et]- Salix dischgensis Goerz
- Salix euapiculata Nasarow
- Salix excelsa var. rodinii A.K.Skvortsov
- Salix lispoclados Dode
- Salix litwinowii Goerz ex Nasarow
- Salix neodaviesii Bornm. ex Goerz
- Salix oxica Dode
- Salix variifolia Freyn & Sint.