Salman Vilayətoğlu — Vikipediya

Salman Vilayətoğlu
azərb. Salmanov Salman Vilayət oğlu
Salman Vilayətoğlu iş zamanı
Salman Vilayətoğlu iş zamanı
Doğum adı Salman
Təxəllüsü Vilayətoğlu
Doğum tarixi 14 fevral 1962(1962-02-14)
Doğum yeri
Vəfat tarixi 30 aprel 2009(2009-04-30) (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək infarktı
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Uşağı dörd
Atası Vilayət
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 1985–2009
Əsərlərinin dili Azərbaycan dili
Janr publisistika
salmanvilayatoglu.com

Salman Vilayətoğlu (azərb. Salmanov Salman Vilayət oğlu‎; 14 fevral 1962, Əzizli, Basarkeçər rayonu30 aprel 2009, Bakı) — publisist[1], jurnalist[2], psixoanalitik, "Dövran" qəzetinin baş redaktoru[3][4], "İntellekt" Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru[5].

Salman Vilayətoğlu 1962-ci il fevral ayının 14-də Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. 15 yaşında orta məktəbi, 20 yaşında (1982-ci ildə) isə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1982–1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Ural Hərbi Dairəsindəki qapalı müəssisələrindən biri olan "Xrompik" İB-nin konstruktor bürosunda çalışıb, 1983–1985-ci illərdə Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarına məxsus hərbi hissələrdən birinin kəşfiyyat vzvoduna rəhbərlik edib, hərbi hissə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib. 1986-cı ildə Bakı Ali Partiya Məktəbində "İdeoloji kadrlar" kursunun müdavimi olub[6].

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Mətbuatda ilk yazısı 1978-ci ildə çap olunub.

1985-ci ildən 1989-cu ilin yanvar ayınadək İrəvanda, Ermənistan SSR Ali Sovetinin və Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetində şöbə müdiri işləyib. 1989-cu ilin yanvarında deportasiya nəticəsində Bakı şəhərinə köçüb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıb. O, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biridir. 1990–1992-ci illərdə həmin cəmiyyətin "Təşkilat və hüquq" şöbəsinin müdiri, eyni zamanda, Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1993-cü ildə köçürmə yolu ilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə qayıdıb və 1997-ci ilin aprel ayına qədər "Sosioloji tədqiqatlar, müxbirlər və məktublarla iş" şöbəsinə rəhbərlik edib[6].

1997–2000-ci illərdə özünün şəxsi təşəbbüsü ilə nəşr etməyə başladığı müstəqil "Dövran" qəzetinin təsisçisi və baş redaktoru[3] olub. 2000–2004-cü illərdə "Spektr" jurnalının təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərib. 2004-cü ildən "Simurq" Fundamental Araşdırmalar Bürosunun və "Simurq" Milli Mükafat Fondunun rəhbəri, 2007-ci ildən "İntellekt" Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru olub[2]. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin icraçı katibi, "Birlik" jurnalının baş redaktoru olub. Son illərdə həmçinin "Kaspi" qəzetində baş redaktorun müavini idi[7].

Salman Vilayətoğlu 30 aprel 2009-cu ildə[3] 47 yaşında dünyasını dəyişib[2]. 1 may 2009-cu ildə Qaraçuxur qəsəbəsindəki məzarlıqda dəfn olunub.

100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, 3 kitabın müəllifidir[6].

Azərbaycan, rus, türk dillərini bilirdi[6].

Salman Vilayətoğlu ailəli idi. 4 övladı var.

Dəfn mərasimi

[redaktə | vikimətni redaktə et]

Salman Vilayətoğlu 2009-cu il aprelin 30-da saat 11:30[3] radələrində ürək tutmasından vəfat edib. Mayın 1-də ATXƏM sədri İlham İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM sədrinin müavini Akif Kərimov, ATXƏM sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Güllü Yoloğlu, təşkilatın üzvləri, mərhumun qohumları və dostları onu son mənzilə yola salıblar. Dəfn mərasimində çıxış edənlər onun gözəl insan, yaxşı dost, qayğıkeş ata, Vətənə, millətə bağlı bir insan olduğunu bildiriblər:

"O, həqiqətən də, belə bir insan idi. Bu itki Türk dünyasının birləşməsi yönündə qollarını çirmələyib real işlə məşğul olan bir təşkilata, bu işdə onunla çiyin-çiyinə çalışan vətənpərvərlərimizə, eləcə də Türk dünyasına ağır zərbədir. Bu gün onun aramızdan vaxtsız getməsi qəlblərimizi sızladır. Heç kim bu reallıqla barışa bilmir".

Sonda mərhumun məzarı önünə ATXƏM adından əklil qoyulub[6].

Ədəbi fəaliyyətinə görə Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına (1993), "Cəsarətli söz" mükafatına (1994), "İnam" fəxri diplomuna (1998), "Araz" Ali Ədəbi mükafatına layiq görülüb. "Qızıl qələm" mükafatı laureatı idi (2002). İctimai fəallığına görə Moskvada fəaliyyət göstərən "Bəşəri ideallar uğrunda" Beynəlxalq İctimai Fondun xüsusi diplomu və döş nişanı ilə təltif olunmuşdu[6].

2009-cu il mayın 26-da Dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırılmışdır. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olunmuşdur[8].

  1. "Desən öldürərlər, deməsən olmur", Bakı: 2006. 120 səh.
  2. "Oğuz elinin müqəddəs ocağı: Göyçə", Bakı: "TS", 2006. 512 səh.[9][10]
  3. "Beşikdən qəbrə qədər…", Bakı: "Adiloğlu", 2007. 132 səh.
  1. "Dağlar çökəndə…" (Çingiz Aytmatov haqqında rekviye), "Birlik" dərgisi — iyun 2008-ci il, № 1[11].
  2. "Qəmdən var olan incilər". "Ekran efir" qəzeti[12].
  3. Exinokokk ekstazı… : və eliziumdakı endemiya // Kaspi. — 2005. — 23 mart . — № 53. — s. 4 // Kaspi. — 2005. — 25 mart. — № 55. — s. 4.[13].
  4. Ekzistensializm və əxlaq:bunlar bir araya sığarmı?! // Kaspi. — 2005. — 25 mart № 55. — S. 4.[13].
  5. Qərbsayağı humanizm // Kaspi. — 2005. — 30 mart № 58. — s. 4.[13].
  6. Cinayət xarakterli demokratik tryuklar // Kaspi. — 2005. — 9–11 aprel.-№ 66. — s. 4.[13].
  7. Bir yanlışın tarixi fəsadları: "Böyük Hayastan" iddiası tarixçilərin qədim Ərman Yurduna pənah gətirmiş "hayk" tör-töküntülərini bu yurdun bütün sakinlərinə şamil olunan "ərmanlar" təsnifatı ilə eyniləşdirmələri kimi ciddi yanlışlığın tarixi fəsadlarından savayı bir şey deyil // Kaspi. — 2007.-7 iyun. — № 100. — s. 11.[13].
  8. Bir kitabənin sirri: Kələqıran kitabəsi "Kitabi Dədə Qorqud" həqiqətlərini təsdiqləyən maddi sübutdur, amma nədənsə Azərbaycan tarixçiləri heç vaxt ona diqqət yetirməyiblər // Kaspi. — 2007.-22 iyun. — № 110. — s. 11.[13].
  9. Mətbuat: cəmiyyətin aynasımı, yarasımı?!:1."Zəngin tarixi ənənələrə söykənən" çağdaş Azərbaycan mətbuatını Qərb mətbuatı ilə müqayisə etmək ən azı dünyadan bixəbərlik nümunəsidir // Kaspi. — 2007.-21–23 iyul. — № 130. — s. 6.[13].
  10. Özümüzmü verdik, "hay"larmı aldı?!: Bütün günahları erməni riyakarlığına uymuş ərəbin, farsın, rusun üstünə atmağa çalışsaq da, fakt odur ki, qədim Azərbaycan torpaqlarının az qala 90 faizi məhz öz "ağlımız" ucbatından yadlara qaldı // Kaspi. — 2008.-7 fevral. — № 19,20, 21. — s. 8.[13].
  11. Repressiyadan depressiyaya: "Dərin maliyyə böhranı" geosiyasi maraqlardan qaynaqlanan repressiv taktiki gedişlərin şərtləndirdiyi psixoloji diskomfortdur (I söhbət) // Kaspi. — 2008.-11 noyabr. — № 203. — s. 6.[13].
  12. Repressiyadan depressiyaya: "Dərin maliyyə böhranı" geosiyasi maraqlardan qaynaqlanan repressiv taktiki gedişlərin şərtləndirdiyi psixoloji diskomfortdur (II söhbət) // Kaspi. — 2008.-12 noyabr. — № 204. — s. 6.[13].
  13. Repressiyadan depressiyaya: "Dərin maliyyə böhranı" geosiyasi maraqlardan qaynaqlanan repressiv taktiki gedişlərin şərtləndirdiyi psixoloji diskomfortdur (IV söhbət) // Kaspi. — 2008.-14 noyabr. — N 206. — S. 6.[13].
  1. Modern.az. "Medianın son illər itirdikləri jurnalistlər..." (az.). modern.az. 21.12.2010, 16:58. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  2. 1 2 3 "Jurnalist Salman Vilayətoğlu vəfat edib" (az.). Lent.az. 01.05.2009 / 15:00. İstifadə tarixi: 2014-05-07.[ölü keçid]
  3. 1 2 3 4 Famil Cəfərli. "Bir VİLAYƏTİN oğlu:UNUDULMAZ DOSTUM SALMAN VİLAYƏTOĞLUNUN İŞIQLI XATİRƏSİNƏ" (az.). 525-ci qəzet. 01:39 / 30.04.2010. 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  4. Ə.Qafarlı. "Nəşri dayanan tanınmış qəzetlər... (SİYAHI)" (az.). modern.az. 21.07.2011, 10:16. 2019-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  5. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üzrə QHT-lərə maliyyə yardımı müsabiqəsinin qaliblərinin SİYAHISI" (az.). cssn.gov.az. 02 april, 2009. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  6. 1 2 3 4 5 6 "Məzarın nurla dolsun, Salman müəllim" (az.). sesqazeti.az. 05.05.2009 22:44. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  7. Təranə Məhərrəmova. ""Kaspi" 10 yaşında" (az.). anl.az. 2009.- 7-10 mart. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  8. "ATXƏM-ə iki ödül... ATXƏM sədri və "Birlik" jurnalı mükafata layiq görüldü - 27.05.2009" (az.). atxem.az. 12.03.2012. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  9. "Tərcümeyi-hal, yaxud qısa ömür yolunun yaddaqalan parıltıları" (az.). shovgiyarcemiloglu.info. 2013-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  10. "İrəvan şəhəri: Ədəbiyyat (sıra sayı:207)" (az.). iravan.info. 2013. 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  11. ""BİRLİK" dərgisinin ilk sayı işıq üzü gördü" (az.). atxem.az. 24.02.2012. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  12. "Ağacoyma sənəti ustası Seyfəddin Mənsimoğlu (biblioqrafiya)" (az.). xettatseyfeddin.com. 2013-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 "ПРЕЗИДЕНТСКАЯ БИБЛИОТЕКА". elibrary.az. 2004–2008. 2014-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  1. Təranə Məhərrəmova, ""Kaspi" 10 yaşında", Kaspi.- 2009.- 7–10 mart.- S. 5.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]