San-Tome və Prinsipi — Vikipediya
San-Tome və Prinsipi | |||||
---|---|---|---|---|---|
República Democrática de São Tomé e Príncipe | |||||
| |||||
Unidade, Disciplina, Trabalho, Unity, Discipline, Labour, Единство, дисциплина, труд, Undod, Disgyblaeth a Llafur | |||||
Himn: Ümumi Müstəqillik | |||||
Tarixi | |||||
• Müstəqillik | 12 iyul 1975 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | San Tome | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Carlos Vila Nova [ X.2021~ ] | ||||
Baş nazir | Patrice Trovoada [ XI.2022~ ] | ||||
Sahəsi | |||||
• Ümumi | 1.001 km² | ||||
• Su sahəsi (%) | 0 | ||||
Əhalisi | |||||
• Əhali | 190.428[1] nəfər | ||||
• Siyahıyaalma (2012) | 178.739[2] nəf. | ||||
• Sıxlıq | 65 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 402 milyon dollar (218-ci) | ||||
• Adambaşına | 1.612 [3] dollar (140-cı) | ||||
Valyuta | San-Tome və Prinsipi dobrası | ||||
İnternet domeni | .st | ||||
ISO kodu | ST | ||||
BOK kodu | STP | ||||
Telefon kodu | +239 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
San-Tome və Prinsipi (port. São-Tomé e Príncipe) və ya rəsmi adı ilə San-Tome və Prinsipi Demokratik Respublikası (port. República Democrática de São Tomé e Príncipe) – Mərkəzi Afrikada ada dövləti. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tome, ümumi sahəsi 1,001 kvadrat kilometr, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. yerləşir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaiyyətini qazanmışdır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]San-Tome və Prinsipi ada dövlətidir və adaların ümumi sahil uzunluğu 209 km-dir. San-Tome və Prinsipi Seyşeldən sonra Afrika qitəsinin ən kiçik ikinci ölkəsidir. Ölkə 2 adadan ibarətdir və bu adalar Ekvatoriyal Qvineyaya aid olan Bioko və Annobon adaları arasında yerləşir. Bu iki ada arasındakı məsafə 150 km-dir.
Ölkənin əsas adası sayılan San Tome adası bu iki adanın ən dağlıq olandır. Bu adanın uzunluğu 48 km, eni isə 32 km-dir və sahəsi 859 km²-dir. Adanın və eyni zamanda ölkənin də ən yüksək nöqtəsi 2.024 m ilə Pico de Sao Tome dağıdır. Adalar ölkəsinin digər adası olan Prínsipi adası isə 20 km uzunluğa və 10 km enə malikdir, adanın ümumi sahəsi 136 km²-dir. Bu adanın ən yüksək nöqtəsi isə 927 m Pico di Príncipe dağıdır.
San Tome adasının ən cənub ucu Ekvator xəttində yalnız iki km uzağında yerləşir, bu adaya məxsus olan kiçik bir ada olan Rólas adası Ekvator xəttinin üzərində yerləşir.
Əhali
[redaktə | mənbəni redaktə et]Ölkə əhalisinin böyük bir əksəriyyəti paytaxt San Tomedə yaşamaqdadır.
San-Tome və Prinsipi əhalisinin böyük əsəriyyəti gənc ibarət olub, 2014-cü ilin təxmini məlumatlarına görə əhalinin 63,3 %-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 2,9 %-i 65 yaş və yuxarı olanlar təşkil edir. < ref name = CIA / >
0-14 yaş: % 43.5 ( kişi 42,170 / qadın 40,750 )
15 -24 Yaş: % 19.8 ( kişi 19,085 / qadın 18,573 )
25 -54 Yaş: % 30.3 ( kişi 28,232 / qadın 29,410 )
55 -64 Yaş: % 3.5 ( kişi 3,010 / qadın 3,612 )
65 Yaş və yuxarı: % 2.9 ( kişi 2,523 / qadın 3,063 )
Etnik qruplar
[redaktə | mənbəni redaktə et]San-Tome və Prinsipidə yaşayan qruplar içərisində ölkənin yerli xalqı ilə xüsusilə Portuqaliyalıların daxil olduğu ağ Avropalıların bir yerə gəlməsi ilə ortaya çıxan qrupdur. Mestiço olaraq adlandırılan mələz qrupundan başqa Angolares, Forros, Serviçais, Tongas olaraq adlandırılan qruplar da ölkə də yaşamaqdadır. Bu qrupların xaricində əksəriyyətini Portuqaliyalıların meydana gətirdiyi Avropalılar və bir çoxunu çinlilər ilə Makauluların meydana gətirdiyi Asiyalı da ölkədə yaşayır.
- Angolares: 1540-ci ildə yaşanan bir gəmi qəzasında həyatda qalaraq adaya yerləşən Angolalı qulların soyundan gələn və dolanışığını balıqçılıq ilə təmin edən qrup.
- Forros: Quldarlığın qadağan edilməsi ilə sərbəst buraxılan qulların soyundan gələnlərin meydana gətirdiyi qrup.
- Serviçais: Anqola, Mozambik və Yaşıl Burun Adalarından müqavilə ilə işçi olaraq adaya gələn və yaşayan qrup.
- Tongas: Müqavilə ilə işçi olaraq adaya gələnlərin bu adada doğulan uşaqlarının meydana gətirdiyi qrup.
Dil
[redaktə | mənbəni redaktə et]Ölkənin rəsmi dili Portuqal dilidir və bu dildən əhalinin 98,4 %-i tərəfindən istifadə edilməkdədir. Rəsmi dildən naşqa ölkə daxilində qarışıq dildən də istifadə edilir. Portuqal ilə Bantu dil ailəsinə mənsub dillərin qarışığı ilə ortaya çıxan KREOLE dilləri də müəyyən bir qrup tərəfindən istifadə edilməkdədir.
San-Tome və Prinsipi Portuqal dilinin rəsmi dil olaraq istifadə edildiyi ən kiçik ölkədir.
Din
[redaktə | mənbəni redaktə et]San-Tome və Prinsipidə hakim olan din xristianlıq dinidir. Buna görə əhalinin 55,7 %-i xristianlıq adətlərinə uyğun olaraq həyatını yaşayırlar. Bu əhalinin az qala hamısını katolik məzhəbinə mənsub xristianlar təşkil edir. Bundan başqa 4,1 %-lik bir qrupu da Adventist inancına görə yaşayır. Əhalinin geridə qalan qisimi isə fərqli dinlərə görə həyatını davam etdirməkdədir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]1975-ci ildə müstəqilliyinin qazandıqdan sonra ticarət baxımdan bir əhəmiyyətə sahib olmayan ada ölkəsi kakao ticarətinə asılı bir şəkildə iqtisadiyyatını qurmuşdur. 2010-cu ildin məlumatlarına görə ölkənin ixracatının 80 %-i kakao təşkil edir və ölkədə əkinçiliyə yararlı torpaqlarının 80 %-də kakao əkilir. Xüsusilə son illərdə yaşanan quraqlığa görə kakao qiymətlərindəki düşüb-qalxmalar kakao ixracından bu qədər asılı olan ada ölkəsinə problem yaradır.
Kakaodan başqa kokos, palma ağacı toxumu, darçın, istiot, qəhvə, banan, papaya və paxla kimi kənd təsərrüfatı məhsulları əkilməkdədir. Ada daxilində işlədilən balıq fermaları ilə birlikdə ev heyvanı yetişdirilməsi də ölkə iqtisadiyyatına qatqı verir.
İxrac olunan kakao və qəhvənin əvəzinə ölkəyə ərzaq və yanacaq gətirilir. Respublika Afrikanın ən kasıb dövlətlərdən birisi sayılır, təsərrüfatı xarici köməkdən çox asılıdır.
Ada sahillərində olan neft yataqları ölkənin iqtisadiyyatı üçün gələcəkdə əhəmiyyətli qatqı təmin edəcəyi planlaşdırılır ancaq indiki vaxtda bu sahədə hələ irəliləyiş yoxdur. 1990-cı illərdə geoloqlar adanın altında və ətrafında 11 milyard barrel neftin olduğu açıqlamışdırlar və bu şərhlər istinadən ölkə Kara Bruney, İkinci Küveyt adları ilə anılmıştır. Ölkə offshore neft imtiyazlık işlərinin satışı səbəbi ilə Nigeriya ilə birlikdə işlətdiyi Joint Development Zone (JDZ) satışlarından 40% əldə etdiyi halda, qalan 60% Nigeriya tərəfindən alınır.
İxracat
[redaktə | mənbəni redaktə et]Ölkə iqtisadiyyatının ən əhəmiyyətli ixracat məhsullarını kakao , qəhvə və palma ağacı yağı təşkil edir. Ölkənin 2013-cü ilin məlumatlarına görə ixracat etdiyi ilk beş ölkə bu şəkildədir:
Hollandiya 30.5 %
Belçika 20.4 %
İspaniya 9.8 %
Nigeriya 7.4 %
Türkiyə 7.3 %
İdxalat
[redaktə | mənbəni redaktə et]Ölkə iqtisadiyyatının ən əhəmiyyətli idxal məhsullarını maşın və avadanlıqları, elektron məhsullar, qida məhsulları və neft məhsulları təşkil edir. Ölkənin 2013 məlumatlarına görə idxal etdiyi ilk üç ölkə bu şəkildədir:
Portuqaliya 9.8 %
Qabon 7.4 %
Çin 7.3 %
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- ↑ "www.cia.gov". 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- ↑ "STP resmi sayım sonuçları" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-31.
- ↑ "www.imf.org". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- ↑ http://chartsbin.com/view/edr.