Sarı gəlin (film, 1998) — Vikipediya
Sarı gəlin | |
---|---|
Fayl:Sarı gəlin (film, 1998).jpg | |
Janr | dram macəra müharibə |
Rejissorlar | Yavər Rzayev |
Ssenari müəllifləri | Yavər Rzayev |
Baş rollarda | Hacı İsmayılov — Qədir Cahangir Novruzov — Artavas Münəvvər Əliyeva — Sarı gəlin Ramiz Novruzov — Rasim Fərman Abdullayev — Samvel |
Operator | Rövşən Quliyev |
Bəstəkar | Səyavuş Kərimi |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1998 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 84 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1998 |
Texniki məlumatlar | 9 hissə 2383 metr 35 mm |
Rəng | Rəngli |
IMDb | ID21956208 |
Sarı gəlin — müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edən film.
Məzmun
[redaktə | vikimətni redaktə et]Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir (Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim (Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası (Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür...
Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.
"Sarı gəlin" rəmzi addır. Bizim xalq mahnımız "Sarı gəlin" ermənilər arasında da geniş yayılmışdır. Bu mahnı ilə müəlliflər demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibə uzandıqca "Sarı gəlin"lər hələ çox göz yaşı tökəcək.
Festivallar və mükafatlar
[redaktə | vikimətni redaktə et]- Ən yaxşı kinossenariyə görə baş Priz — 1999-cu ildə Anapada (Rusiya) Beynəlxalq "Kinoşok" kinofestivalı[1]
- "Azadlıq" Prizi və pul Mükafatı (Filip Morris Şirkəti) (az iqtisadi vəsaitlə yüksək səviyyədə vizual poeziyaya nail olduğuna görə) — 2000-ci ildə Karlovı-Varıda (Çexiya) Beynəlxalq kinofestival[2]
Film haqqında
[redaktə | vikimətni redaktə et]Filmdə Azərbaycan xalq musiqisi "Sarı gəlin"dən istifadə edilmişdir.
Filmin çəkilişlərinə Daşkəsən rayonu Bayan kəndi sakinləri və Şamaxı rayonu sakinləri köməklik göstərmişlər.
Filmin heyəti
[redaktə | vikimətni redaktə et]Film üzərində işləyənlər
[redaktə | vikimətni redaktə et]- Ssenari müəllifi: Yavər Rzayev
- Quruluşçu rejissor: Yavər Rzayev
- Quruluşçu operator: Rövşən Quliyev
- Bəstəkar: Səyavuş Kərimi
- Quruluşçu rəssam: Rafiq Nəsirov
- Səs operatoru: Bəkir Bəkirzadə
- Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi)
- Musiqi redaktoru: İsmayıl Dadaşov
- İcraçı prodüser: Əlfi Şükürov
- Məsləhətçi: Məhəmməd Bəydullayev (polkovnik), Qalib İsayev (polkovnik)
- Kamançada ifa edən: Habil Əliyev
- Çalır: Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl
- Solist: Cəmilə Kamal, Səyavuş Kərimi, Hüseynağa Yəhyayev, Elşən Qasımov
- Rejissor: Adil İsmayılov
- Operator: Sərvər Rəşidoğlu
- Rejissor assistenti: Yusif Quliyev (Y.Quliyev kimi), Elşən Zeynalov, Cəbrayıl Rzayev
- Operator assistenti: Nizami Səfərov, N.Nağıyev
- İnzibatçı: İnessa Safronova, Ədalət Yunusov, Muxtar İbadov
- Qrim rəssamı: Berta Roqova
- Montaj üzrə assistent: Tamilla Muxtarova, Xuraman Pişiyari
- Geyim rəssamı: A.Mahmudova
- Əlbəsəçi: G.Hüseynova
- İşıq Ustası: S.Əliyev, Akif Rəhimov, Tahir Bağırov (T.Bağırov kimi)
- İşıq tənzimləyicisi: Əminə Cəfərova
- Sürücü: Muxtar Əzizbəyov, Oqtay Əliyev, Ə.Abdulov, Ə.Bərxudarov
- Pirotexnik: Dmitri Kasilov, Əlibala Məmmədov
Rollarda
[redaktə | vikimətni redaktə et]- Hacı İsmayılov — Qədir
- Cahangir Novruzov — Artavas
- Münəvvər Əliyeva — Sarı gəlin
- Ramiz Novruzov — Rasim
- Fərman Abdullayev — Samvel
- Muxtar Maniyev — komandir
- Muxtar Avşarov
- Lətifə Əliyeva — Qədirin arvadı
- Eldar Bağırbəyov
- Rafiq Qasımov
- Yuri Trubin
- Muxtar İbadov
- Muxtar Əzizbəyov
- Ə.Bərxudarov
Filmi səsləndirənlər
[redaktə | vikimətni redaktə et]- Eldəniz Rəsulov — Artavas (Cahangir Novruzov) (titrlərdə yoxdur)
- Zərnigar Ağakişiyeva — Qədirin arvadı (Lətifə Əliyeva) (titrlərdə yoxdur)
Sponsor
[redaktə | vikimətni redaktə et]- "Azərkinovideo" İstehsalat Birliyi
Çəkilişə kömək edənlər
[redaktə | vikimətni redaktə et]- Ağası Məmmədov (Gəncə dəmir yolu idarəsi işçisi)
- Şaməddin Orucov (Gəncə dəmir yolu idarəsi işçisi)
- Rasim Həsənov (Gəncə dəmir yolu idarəsi işçisi)
- Qalib Qəribov (Gəncə dəmir yolu idarəsi işçisi)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Т. Иенсен. "Готовность к страху. «Сары гялин», режиссёр Явер Рзаев". kinoart.ru (rus). Искусство кино. 2000. 2014-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2016.
- ↑ "НЕВЕСТА В ЖЕЛТОМ ("Сары Гялин")" (rus). Энциклопедия кино. 2010. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2016.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-366; 372.
- Əhmədova, M. “Sarı gəlin və müharibə” ["Sarı gəlin" filmi haqqında] //Kino.- 2006.- 18 avqust.- səh. 6.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.