Sergey Brızqalin — Vikipediya

Sergey Brızqalin
rus. Сергей Николаевич Брызгалин
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi
bayraq2
16 iyul 1970 – 29 iyul 1975
ƏvvəlkiHacıməmməd Abdullayev
Sonrakıİnqilab Şəmiyev[a]
Şəxsi məlumatlar
Doğum tarixi 1917
Doğum yeri
Vəfat tarixi 11 aprel 1977(1977-04-11)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Voronej Dövlət Universiteti[d]
Hərbi xidmət
Döyüşlər

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Voronej11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.

Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur.[1] Orta ixtisas təhsilli olmuşdur.[2] 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir.[1]

1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur.[2] 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir.[3]

Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[1]

Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[3][4]

Sergey Brızqalin 1977-ci il aprelin 11-də vəfat etmişdir. Moskvadakı Vaqankovo qəbiristanlığında dəfn olunmuşdur.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan SSR Nazirlər Soveti Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin sədri kimi
  1. 1 2 3 4 Брызгалин Сергей Николаевич // Герои страны. 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2022.
  2. 1 2 Брызгалин Серҝеј Николајевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 71.
  3. 1 2 Брызгалин Серҝеј Николајевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 63.
  4. Брызгалин Серҝеј Николајевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 73.