Siciliyalı Apollodor — Vikipediya
Siciliyalı Apollodor | |
---|---|
Doğum tarixi | e. ə. I əsr |
Vəfat tarixi | e. ə. I əsr |
Fəaliyyəti | siyasətçi |
Apollodorus (yun. Ἀπολλόδωρος; e. ə. I əsr – e. ə. I əsr) — Kraliça VII Kleopatranın sadiq təqibçisi. E.ə 48-ci ildə Apollodor Kleopatranın Yuli Sezarın sarayına daxil olmasında böyük rol oynamışdır. Bunun sayəsində Yuli Sezar Kleopatra ilə müttəfiq olmuşdur.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]E.ə 48-ci ilin yayında Sezar İsgəndəriyyə şəhərinə gələndə XIII Ptolemey və ordusu Pelusiy şəhərində, Kleopatranın ordusu qarşısında idi. Buna görə, Sezarla ilk o görüşmüşdür.
Kleopatra ilk olaraq öz görüşünü açıqlamaq üçün müzakirəçilər göndərmiş, ancaq Dion Kassiyə əsasən, Kleopatra özünün ora getməsinin daha məqsədəuyğun olduğunu və Roma sərkərdəsini müttəfiqi olaraq öz cazibəsi və gözəlliyi ilə ala biləcəyini düşünmüşdür. Sezar ona gizli bir söhbət təklif etmişdir.[1]
Plutarx Kleopatranın Misir paytaxtına olan macəralı səyahətindən bəhs edir, buda o deməkdir ki, XIII Ptolemey öz bacısının yolunu bağlamağa çalışmışdır. Plutarxın verdiyi məlumata görə, Kleopatra özü ilə səyahət etməsi üçün yeganə təqibçisi olan Apollodoru seçmişdir.[2] Roma şairi Mark Anney Lukan yazır ki, Kleopatra İsgəndəriyyə mayakının girişindəki zəncirləri açması üçün bir mühafizəçiyə rüşvət vermişdir.[3] Hər-halda Kleopatra İsgəndəriyyə limanına su vasitəsilə daxil olmuşdur, çünki həm Plutarx, həm də Lukan Kleopatranın krallıq sarayına qayığı ilə gizli daxil olduğunu yazır.[4] Plutarxa görə bu hadisə alaqaranlıqda baş vermişdir. Yunan bioqraf yazır ki, Kleopatra Sezara çatmaq üçün özünü xalçada gizlətmiş, Apollodor isə onu saraya aparmışdır. Misir kralıçası deyilə görə Roma sərkərdəsinə çatmış və onu öz müttəfi etmişdir,[5] ancaq bu hadisənin etibarlığı alimlər arasında mübahisəli bir mövzudur. Apollodor haqda başqa bir məlumat məlum deyil.
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]- 1963-cü ildə istehsal olan "Kleopatra" filmində Apollodor rolunu Sezar Danova oynayır.
- 1945-ci ildə istehsal olan "Sezar və Kleopatra" filmində Apollodor rolunu Styuart Qreyncer oynayır və Kleopatranı bir qədər sevirmiş kimi təsvir olunmuşdur.
- Kleopatra filminin televiziya adaptasiyasında Apollodor rolunu Farli Qreyncer, ikinci televiziya adaptasiyasında isə Kliv Fransis oynamışdır.
- 2017-ci ildə istehsal olan "Assassin's Creed Origins" video oyununda Apollodoru Cerald Kid səsləndirmişdir. Apollodor oyunda Kleopatra lehinə işləyən cəsuslar şəbəkəsinin idarəçisi və oyunun baş qəhrəmanı olan Bayekin müttəfiqi olaraq təsvir edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Qrant, Maykl. Kleopatra. Almaniya: Bergisch Gladbach. 1998. 92–93. ISBN 3-404-61416-X.
- Şafer, Kristof. Kleopatra. Darmştadt. 2006. 57–59. ISBN 3-534-15418-5.