Simsiz tətbiqi proqram protokolu — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart.
Tarixi
[redaktə | mənbəni redaktə et]1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir.[1]
WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür. 1998-ci ilin may ayında ilk WAP – v1.0 redaksiyası işıq üzü görür. Konsorsiumun tam bitkin olmasına baxmayaraq səhv və yanlışlıqlar çox idi. Və praktiki olaraq 1 ildən sonra 1999-cu ilin iyun ayında ictimaiyyətə yeni WAP 1.1 standartı təqdim edilir. 2000-ci ilin yayında isə WAP 1.2 və onun inkişaf etmiş WAP1.2.1 nəşr etdirilir. Axırıncı WAP 2.0 versiyası 2002-ci ilin yanvarında çıxır.
İlk olaraq WAP geniş bir texnologiyalar və mobil şəbəkə sahələri (GSM, CDMA və s.) üçün yaradılır. Hətta UMTS/CDMA2000 1X tezliyində olan 3G şəbəkəsinin dəstəyi də nəzərə alınmışdı. WAP qurğu və xidmətlərdən asılı olmayan, kiçik ekranlı mobil telefonlar üçün optimallaşmış, məhdud yaddaşlı və yüksək olmayan tərtib olunmuş məlumatların naqilsiz ötürülməsi üçün açıq standart kimi düşünülmüşdür. WAP 1 standartlarında müxtəlif limitlər var idi, belə ki bir səhifə ağ-qara rəngdə olmalı, 4 KB-dan çox olmamalı, şəkillər gif və ya xüsusi yaradılmış wbmp formatında olmalı idilər. WAP 2 standartı çıxdıqdan sonar bu limitlər aradan qaldırıldı.
WAP 2.0
[redaktə | mənbəni redaktə et]WAP 2.0 – XHTML və CSS-in ixtisarlaşdırılmış variantını istifadə edən WAP-ın mükəmməlləşdirilmiş versiyasıdır. Bu da o deməkdir ki WAP 2.0-da olan saytlara kompüterdə adi brauzerdə heç bir əlavə plaginlər yükləmədən baxmaq olar. XHTML Mobile Profile (XHTML MP) — WAP 2.0-də mobil telefonlarda işləmək üçün istifadə edilən nişanlanma dilidir. WAP-ın CSS üçün olan versiyası WAP CSS adlanır və XHTML MP-də dəstəklənir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Nice.az – Naqilsiz Qoşulma Protokolu". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] İnformatika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |