Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası — Vikipediya

Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Xəritə
55°39′54″ şm. e. 37°28′43″ ş. u.HGYO
Ölkə

Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyası(Sov. İKP MK yanında İctimai Elmlər Akademiyası)Moskva şəhərində 2 avqust 1946-ı il tarixində, ali partiya təhsil ocağı kimi yaradılmışdır. Burada mərkəzi partiya təşkilatları, ittifaq respublikalarının partiyalarının MK-ları, Sov.İKP-nin raykom və obkomları üçün nəzəri işçilərin, və həmçinin ali təhsil müəssisələrinin müəllimlərinin, elmi-tədqiqat müəssisələri və elmi jurnalların elmi işçilərinin hazırlığı baş verirdi.

Mütəxəssislərin hazırlığı Sov.İKP-nin tarixi, siyasi iqtisadiyyatın ümumi problemləri, sənaye iqtisadiyyatı, kənd təsərrüfatı iqtisadiyyatı, dünya iqtisadiyyatı, dialektik və tarixi materializm, müasir burjua fəlsəfəsi və sosiologiyasının tənqidi, elmi kommunizm, sovet cəmiyyətinin tarixi, beynəlxalq kommunist fəhlə və milli-istiqlal hərəkəti tarixi, ədəbşünaslıq, incəsənət və jurnalistika üzrə aparılırdı.

1964-cü ildə İEA yanında Elmi ateizm institutu yaradılmışdır.

İctimai elmlər akademiyasında aspitantların təhsili 3 illik proqram üzrə həyata keçirilirdi. Üçüncü ilin sonunda aspirantlar elmlər namizədi dərəcəsi üzrə dissertasiyalarını müdafiə edirdilər.

RF Prezidenti Boris Yeltsinin 72 nömrəli 5 noyabr 1991-ci il tarixli Sərəncamı ilə İctimai Elmlər Akademiyası Rusiya Dövlət Qulluğu Akademiyasına çevrilmişdir.