Stratosfer — Vikipediya

EverestTroposferStratosferMeteozondMeteorMezosferKarman xəttiQütb parıltısıTermosferEkzosfer
Atmosferin quruluşu

Stratosfer (q.yun. στρατός — "qat", "lay", "təbəqə" və σφαῖρα — "sfera") — troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir.

Stratosferdə su buxarı olmadığından burada buludlar yaranmır. Stratosferdə 15–35 km arasında qalınlığı 20 km olan ozon qatı yerləşir. Ozon qatı Yerdəki canlıları məhvedici kosmik şüalardan və Günəşin ultrabənövşəyi şüalarından qoruyur. 1986-cı ildə Antarktida üzərində, 2–3 il sonra subtropik qurşaqda, 1992-ci ildə mülayim qurşaq üzərində ozon qatının deşilməsi müşahidə edilib. Ozon qatının nazilməsinə səbəb hərbi təyyarələrin çox yüksəkdən uçması, atmosferdə kükürd qazının artması, soyuducu və aerozollarda freon qazından istifadədir. Bu səbəbdən ozon qatı ildə 5–7% azalır.