Sultan toyuğu — Vikipediya

Sultan toyuğu--Porphyrio porphyrio, Gruiformes dəstəsindan bir quş növü.

  • Status. Nadir, oturaq növdür.
  • Yayılması. Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir.
  • Yaşayış yeri. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır.
  • Təbiətdə sayı. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən 1993-cü ildə 130 min fərd qeydə alınmışdır. Lakin növün çoxillik say dinamikası göstərir ki, soyuq və sərt qışlarda bu quşların bir neçə dəfə kütləvi məhvi baş vermiş və populyasiyanın sıxlığı minimuma düşmüşdür.Adı qırmızı-kitaba düşmüşdür.
  • Çoxalması. Qamışlıqlarda yuvalayır. Yuvalama dövrü çox uzanmışdır. Kürt yatma birinci – ikinci yumurtanı qoyduqdan sonra başlanır və 24-25 gün davam edir. Yumurtadan çıxmış balalar mayın axırıncı 10 günlüyündə görünməyə başlayır. Cavan quşlar iyulun axırı – avqustun əvvəlində uçmaq qabiliyyətinə malik olur.
  • Sayının dəyişilmə səbəbləri. Sərt qış məhvedici təsir göstərir ki, bu zaman sultan toyuqları külli miqdarda tələf olurlar.
  • Qorunması üçün zəruri tədbirlər. Sərt qışlarda – yemsizlik dövründə quşların tələf olmaması üçün qida ehtiyatını təmin etmək. Onları volyer şəraitində çoxaldıb təbiətə buraxmaq məqsədilə tədqiqatlar aparmaq.