Sumqayıt FK — Vikipediya
Sumqayıt FK | |||
---|---|---|---|
Ölkə | |||
Ləqəb(lər) | Kimyaçılar | ||
Rəng(lər) | bənövşəyi-qırmızı | ||
Yaranma tarixi | 2010 ) | ||
Stadionu | Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu | ||
Tutumu | Mehdi Hüseynzadə Stadionu-15500 | ||
Prezidenti | Riad Rəfiyev | ||
Baş məşqçisi | Samir Abbasov | ||
Liqa | Azərbaycan Premyer Liqası | ||
2023-24 | 4 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Sumqayıt FK — və ya digər adı ilə Sumqayıt Futbol Klubu. Azərbaycan Premyer Liqasında Sumqayıt şəhərini təmsil edən peşəkar futbol klubudur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Sumqayıt futbol klubu 2010-cu ildə yaranıb. Həmin mövsüm komanda Azərbaycan Birinci Liqasında mübarizə aparır və 3-cü yeri tutur. Klubun maliyyə stabilliyini və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi bunu müsbət qarşılayıb. Buna əsas səbəb I divizionda 2010/2011 mövsümün yekunlarına əsasən, 1-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan "Abşeron"un maliyyə problemləri ilə əlaqədar olaraq iştirakdan imtina etməsi olmuşdur. Bundan sonra "Sumqayıt Şəhər" klubu bütün hüquqi sənədləri həll edərək, yeni mövsümdən yüksək liqada mübarizə aparacaq. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün "Azərkimya" İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalanıb[1]. 09 mart 2018-ci il tarixindən etibarən Müşahidə Şurasının qərarına əsasən Riad Rəfiyev klubun prezidenti təyin olunub.
2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasovdur. Ona Elnur Çodarov, Mehman Yunusov, Sergey Yankovyi və Emil Babayev kömək edirlər. 2021-ci il dekabrın 30-da belaruslu Aleksey Baqa "Sumqayıt"ın baş məşqçisi təyin olunub. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.[2]
Avrokuboklarda
[redaktə | mənbəni redaktə et]"Sumqayıt" FK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib.
- I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
- I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
- s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına
11 iyul 2024-cü il tarixində olan məlumat:
Mövsüm | Turnir | Mərhələ | Rəqib | Ev | Səfər | Nəticə | |
---|---|---|---|---|---|---|---|
2020–21 | UEFA Avropa Liqası | I təsnifat mərhələsi | Şkendiya | 0–2 | 0–2 | ||
2021–22 | UEFA Konfrans Liqası | II təsnifat mərhələsi | Çukariçki | 0-2 | 0-0 | 0–2 | |
2024–25 | UEFA Konfrans Liqası | II təsnifat mərhələsi | Fehervar |
Yarışlara görə
[redaktə | mənbəni redaktə et]- O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti
11 iyul 2024-cü il tarixinə olan məlumat:
Sıra | Turnir | O | Q | H | M | Qollar |
---|---|---|---|---|---|---|
1 | UEFA Çempionlar Liqası | 0 | 0 | 0 | 0 | 0–0 |
2 | UEFA Kuboku / UEFA Avropa Liqası | 1 | 0 | 0 | 1 | 0–2 |
3 | UEFA Konfrans Liqası | 2 | 0 | 1 | 1 | 0–2 |
4 | UEFA Kuboklar Kuboku | 0 | 0 | 0 | 0 | 0–0 |
5 | UEFA İntertoto Kuboku | 0 | 0 | 0 | 0 | 0–0 |
- | Cəmi | 3 | 0 | 1 | 2 | 0–4 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Abşeron"u Premyer Liqada "Sumqayıt Şəhər" əvəzləyəcək". 2011-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
- ↑ ""Sumqayıt"da əcnəbi baş məşqçi - Rəsmi". 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.