Sumqayıt Texnologiyalar Parkı — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sumqayıt Texnologiyalar Parkı STP | |
---|---|
Yaranma tarixi | 22 dekabr 2009 |
Fəaliyyət göstərdiyi yer | Hacı Zeynalabdin, Sumqayıt |
Üzvləri |
|
STP.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Sumqayıt Texnologiyalar Parkı (STP) — 2009-cu ildə Sumqayıt şəhərinin şimalında, Hacı Zeynalabdin qəsəbəsində 152 ha ərazidə salınmış texnologiya parkı. Cənubi Qafqazda və Azərbaycanda yaradılmış ilk texnologiya parkıdır.[1]
STP-nin istehsal və tikinti-quraşdırma sahələrində hazırda 2000-dən çox insan məşğuldur və bütün planlaşdırılmış yerlərin işə salınması halında 10 min nəfərin işləməsi mümkündür.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]STP-nin açılış mərasimi 22 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutmuşdur.[2] Azərbaycanda bazar şəraitində fəaliyyət göstərən ilk texnologiya parkıdır.
2021-ci ilin yanvar ayında Ruslan Ağabəyli icraçı direktor vəzifəsinə təyin olunub.
2020-ci ildə Sumqayıt Texnologiyalar Parkı idarəetmə və sənaye sektorunda olan dəyişikliklərə və müştəri ehtiyaclarına çevik adaptasiya olunmaq məqsədilə Biznes və idarəetmə forması yenidən təşkil edilmişdir. Şirkət istehsalçı qurumdan baş ofis və idarəedici qurum formatına keçib. Tərkibində fəaliyyət göstərən zavod və istehsal sahələri yeni yaradılan şirkətlərdə birləşdirilib.
STP-nin törəmə şirkətləri bunlardır:
- STP Global Cable
- STP Alüminium
- STP Metal Structures
- STP Polymer
- SOCAR-STP
- STP AH
- Assan STP Panel
STP-nin Biznes vahidləri və Müştərək şirkətlərində istehsal olunan məhsullara elektrik avadanlıqları, kabellər, maşınqayırma, polimer məhsulları, polad istehsalı, sandviç panelləri, ventilyasiya sistemləri, polivinilxlorid pəncərələri, qaynar sinkləmə, texniki kasalar, günəş paneli və toz örtükləri daxildir.
Qalereya
[redaktə | vikimətni redaktə et]- Qaynaq-quraşdırma işləri
- Qaynaq işləri
- Qaynaq-quraşdırma işləri
- Qaynaq-quraşdırma zavodu
- Boyama prosesi
- Boyama prosesi
- Dəqiq mexanika avadanlıqları
- Qaynar sinkləmə məhsulları
- Qaynar sinkləmə məhsulları
- Qaynar sinkləmə məhsulları
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "STP". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-28.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- stp.az — Sumqayıt Texnologiyalar Parkının rəsmi saytı