Sumqayıt FK — Vikipediya

Sumqayıt FK
Loqonun şəkli
Ölkə
Ləqəb(lər) Kimyaçılar
Rəng(lər)          bənövşəyi-qırmızı
Yaranma tarixi 2010 (14 il əvvəl) (2010)
Stadionu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Tutumu Mehdi Hüseynzadə Stadionu-15500
Prezidenti Azərbaycan Riad Rəfiyev
Baş məşqçisi Azərbaycan Samir Abbasov
Liqa Azərbaycan Premyer Liqası
2023-24 4
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sumqayıt FK — və ya digər adı ilə Sumqayıt Futbol Klubu. Azərbaycan Premyer Liqasında Sumqayıt şəhərini təmsil edən peşəkar futbol klubudur.

Yay Futbol Düşərgəsi, 10.06.2015
"Kapital Bank Arena"da "Qarabağ" FK ilə keçirilən matçda "Sumqayıt" FK azarkeşləri. 13 avqust 2022-ci il.

Sumqayıt futbol klubu 2010-cu ildə yaranıb. Həmin mövsüm komanda Azərbaycan Birinci Liqasında mübarizə aparır və 3-cü yeri tutur. Klubun maliyyə stabilliyini və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi bunu müsbət qarşılayıb. Buna əsas səbəb I divizionda 2010/2011 mövsümün yekunlarına əsasən, 1-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan "Abşeron"un maliyyə problemləri ilə əlaqədar olaraq iştirakdan imtina etməsi olmuşdur. Bundan sonra "Sumqayıt Şəhər" klubu bütün hüquqi sənədləri həll edərək, yeni mövsümdən yüksək liqada mübarizə aparacaq. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün "Azərkimya" İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalanıb[1]. 09 mart 2018-ci il tarixindən etibarən Müşahidə Şurasının qərarına əsasən Riad Rəfiyev klubun prezidenti təyin olunub.

2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasovdur. Ona Elnur Çodarov, Mehman Yunusov, Sergey Yankovyi və Emil Babayev kömək edirlər. 2021-ci il dekabrın 30-da belaruslu Aleksey Baqa "Sumqayıt"ın baş məşqçisi təyin olunub. 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.[2]

"Sumqayıt" FK tarixi ərzində 3 dəfə avrokuboklarda iştirak edib.

  • I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi
  • I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ
  • s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına

11 iyul 2024-cü il tarixində olan məlumat:

Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə
2020–21 UEFA Avropa Liqası I təsnifat mərhələsi Şimali Makedoniya Şkendiya 0–2 0–2
2021–22 UEFA Konfrans Liqası II təsnifat mərhələsi Serbiya Çukariçki 0-2 0-0 0–2
2024–25 UEFA Konfrans Liqası II təsnifat mərhələsi MacarıstanFehervar

Yarışlara görə

[redaktə | mənbəni redaktə et]
  • O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

11 iyul 2024-cü il tarixinə olan məlumat:

Sıra Turnir O Q H M Qollar
1 UEFA Çempionlar Liqası 0 0 0 0 0–0
2 UEFA Kuboku / UEFA Avropa Liqası 1 0 0 1 0–2
3 UEFA Konfrans Liqası 2 0 1 1 0–2
4 UEFA Kuboklar Kuboku 0 0 0 0 0–0
5 UEFA İntertoto Kuboku 0 0 0 0 0–0
- Cəmi 3 0 1 2 0–4
  1. ""Abşeron"u Premyer Liqada "Sumqayıt Şəhər" əvəzləyəcək". 2011-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  2. ""Sumqayıt"da əcnəbi baş məşqçi - Rəsmi". 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.