Svetlana Həkimova — Vikipediya

Svetlana Həkimova
Svetlana Cəlal qızı Həkimova
Doğum tarixi (84 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000
IMDb ID5543530

Svetlana Həkimova — teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti.[1]

S. Həkimova 1940-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S. Həkimova 1959-cu ildən Sumqayıt şəhər C. Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış etmişdir. Onun S. Vurğunun "Fərhad və Şirin" əsərindəki Şirin obrazı Ümumittifaq festivalında "Qızıl medal"a layiq görülmüşdür. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində S. Həkimova xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir.[2]

1978–1990-cı illədə S. Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990–1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişdir. 1992-ci ildən bu günə kimi aktrisa H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır.

Onun Esmiralda ("Bəli dünya dəyişib") rolu ilə qədəm basan S. Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaratmışdır. Ondardan Gülüş ("Sevil", C. Cabbarlı), Gülcahan ("Kəndimizin javanları", Ə. İlham), Fez ("Qəribə missis Səvic", Con Patrik), Gülcamal ("Müsibəti Fəxrəddin", N. B. Vəzirov), Naza ("Duel", M. Bayciyev), Hakimin qızı ("Demoklisin qılıncı", N. Hikmət), Nami ("Qəribə marka", Holfred), Şıltaq qız ("Paralelin nəbzi", R. Heydər), Tahir ("İnam", F. Məmmədov) və s. göstərmək olar.

C. Cabbarlının "Solğun çiçəklər" əsərindəki Sara rolunu Svetlana xanım böyük bir səmimiyyətlə, ehtiras və həyacanla yaradıb.

1992-ci ildən Sumqayıt teatrında çalışan S. Həkimova A. Həsənoğlunun "Yanmış evin nağılı" faciəsində nənə, F. Məmmədovun "Anasının gül balası" əsərində Gülbala, Ə. M. Lələdağın "Qorxaq" pyesində Qaçqın nənə, O. Kolçinskayanın "Tramvayı kim oğurlayıb" pyesində Köstəbək, F. Məhərrəmovun "Cinbalalar" əsərində Gülcahan nənə, Y. Həşimovun "Həkimlər nobata gedir" komediyasında Səkinə xala, T. Vəliyevanın "Mənim ağ göyərçinim" pyesində Münəvvər, G. Xuqayevin "Bir köpək vardı", "Ailə" ibrətamiz pyeslərində Dovşan və Tamara, A. Şaiqin "Qaraca qız" əsərində Yusifin anası və bir çox uzunömürlü obrazlar yaratmışdır.

S. Həkimova 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

2006-cı ildə S. Həkimova Respublika Prezidentinin mükafatına layiq görülmüşdür.[3]

  1. Şans (film, 2004)
  2. Yanmış körpülər (film, 2007)
  3. Ağ qan (film, 2012)
  4. Yeraltı keçid (film, 2015)
  5. Əqrəb mövsümü (teleserial, 2022)
  1. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-04.
  2. "Bu gün Xalq artisti Svetlana Həkimovanın doğum günüdür". az.baku-art.com (az.). İstifadə tarixi: 2024-03-16.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-16.