Symbian — Vikipediya

Symbian
Loqonun şəkli
İstehsalçı Nokia
Yazılma dili C++
Buraxılış tarixi 5 iyun 1998
Son versiya
  • Nokia Belle Feature Pack 2 (Nokia Donna)
Dəstəklənən platformalar ARM[d], x86
Veb-saytı symbian.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Symbian — dayandırılmış mobil əməliyyat sistemi və smartfonlar üçün nəzərdə tutulmuş hesablama platforması.[1] O ilk olaraq 1998-ci ildə Symbian Software konsorsiumu tərəfindən fərdi cib kompüterləri üçün xüsusi proqram təminatı ƏS olaraq hazırlanmışdır.[2] Symbian Psion-un EPOC nəslindəndir və yayımlanmamış x86 portu mövcud olsa da yalnız ARM prosessorlarında buraxılmışdır. Symbian Samsung, Motorola, Sony Ericsson kimi bir çox böyük mobil telefon markaları və hamısından əvvəl Nokia tərəfindən istifadə edilmişdir. Yaponiyada Fujitsu, SharpMitsubishi kimi markalarda da geniş yayılmışdır. Symbian smartfon sənayesinin əsasını qoymuş pioner olaraq 2010-cu ilin sonuna qədər (iOSAndroid onu üstələdikdə) dünya üzrə orta hesabla ən populyar smartfon ƏS idi. Şimali Amerikada daha az populyar idi.

Symbian OS platforması iki komponentdən ibarətdir: biri əlaqələndirilmiş kitabxanaları olan mikrokernel əsaslı əməliyyat sistemi, digəri isə ƏS-nin üzərində qrafik örtük təmin edən istifadəçi interfeysi (aralıq proqram kimi).[3] Ən məşhur istifadəçi interfeysi Nokia tərəfindən tərtib edilən ilk dəfə 2002-ci ildə buraxılan və əksər Nokia Symbian cihazlarında istifadə olunan S60 (əvvəllər Series 60) platforması idi. UIQ əsasən MotorolaSony Ericsson tərəfindən istifadə edilən və S60-dakı kimi ənənəvi klaviatura interfeysi deyil, qələm əsaslı cihazlara yönəlmiş rəqib istifadəçi interfeysi idi. Digər interfeys Yaponiya bazarında olan NTT DoCoMo daşıyıcısının MOAP (S) platforması idi.[4][5] Bu müxtəlif interfeyslərin tətbiqləri hər biri Symbian OS üzərində qurulsa da, bir-biri ilə uyğunlaşmırdı. Nokia 2004-cü ildə Symbian-ın ən böyük səhmdarı oldu və 2008-ci ildə bütün şirkəti satın aldı.[6] Qeyri-kommersiya təşkilatı olan Symbian Fondu daha sonra Symbian ƏS-nin royaltisiz davamçısını yaratmaq üçün quruldu. Platformanı birləşdirməyə çalışan S60 Fondun bəyəndiyi interfeysə çevrildi və UIQ-nin tərtibatı dayandırıldı. Sensorlu ekrana yönəlmiş Symbian^1 (və ya S60 5th Edition) 2009-cu ildə yaradıldı. Symbian² (MOAP əsasında) Fondun üzvlərindən biri olan NTT DoCoMo tərəfindən Yaponiya bazarı üçün istifadə edilmişdir. Symbian³ 2010-cu ildə S60 5th Edition-nun davamı olaraq buraxıldı və bu zamana qədər tam azad proqram təminatına çevrildi. Özəl əməliyyat sistemindən azad proqram təminatı layihəsinə keçidin tarixdə ən böyük layihələrdən biri olduğuna inanılır.[7] Symbian³ 2011-ci ildə Anna və Belle yeniləmələrini qəbul etdi.[8][9]

Symbian Fondu 2010-cu ilin sonunda ləğv olundu və Nokia Symbian-nın tərtibatına nəzarəti geri aldı.[10][11] 2011-ci ilin fevralında Yaponiyadan kənarda hələ də Symbian-ı dəstəkləyən yeganə şirkət olan Nokia, əsas smartfon platforması olaraq Microsoftun Windows Phone 7-ni istifadə edəcəyini, Symbian-nın isə tədricən ləğv ediləcəyini elan etdi.[12][13] İki ay sonra Nokia yalnız Yapon OEM-ləri ilə əməkdaşlıq edərək ƏS-ni özəl lisenziyaya keçirtdi[14] və sonra Symbian-nın tərtibatını Accenture-a təhvil verdi.[1][15] 2016-cı ilə qədər dəstək vəd edilsə də, iki əsas planlaşdırılmış yeniləmə də daxil olmaqla, 2012-ci ilə qədər Nokia əsasən tərtibatdan imtina etmişdi və əksər Symbian tərtibatçıları artıq Accenture-dan ayrılmışdılar.[16] 2014-cü ilin yanvarında Nokia tərtibatçılardan yeni və ya dəyişdirilmiş Symbian proqram təminatını qəbul etməyi dayandırdı.[17] 2012-ci ildə yayımlanmış Nokia 808 PureView rəsmi olaraq Nokia-nın sonuncu Symbian smartfonu idi.[18] NTT DoCoMo Yaponiyada OPP(S) cihazlarını buraxmağa davam etdi və onlar hələ də Symbian-ın üstündə aralıq proqram rolunu oynayır.[19] Bu cihazlara 2014-cü ildə yayımlanan Fujitsu-nunu F-07F və Sharp-ın SH-07F daxildir.

Tərtibatla əlaqəli

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Lunden, Ingrid. "Symbian Now Officially No Longer Under The Wing of Nokia, 2,300 Jobs Go". moconews.net. 30 September 2011. 1 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 September 2011.
  2. "infoSync Interviews Nokia Nseries Executive". Infosyncworld.com. 24 June 2010. 13 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2010.
  3. Next generation mobile telecommunications networks: Challenges to the Nordic ICT industries. 2006. ISBN 978-1-84663-066-8.
  4. "UI wars 'tore Symbian apart' – Nokia". The Register. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  5. "UIQ staff put on notice". The Register. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  6. "Nokia Offers to Purchase All Symbian Shares for $410M". 21 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 May 2016.
  7. "Symbian Operating System, Now Open Source and Free". Wired. 3 February 2010. 25 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2023.
  8. "Nokia announces Symbian 'Anna' update for N8, E7, C7 and C6-01; first of a series of updates (video)". Engadget (ingilis). 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-03.
  9. "Nokia announces Symbian Belle alongside three new devices". Engadget (ingilis). 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-03.
  10. "Nokia reabsorbs Symbian software". BBC News. 8 November 2010. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2023.
  11. "Symbian is dead. Long live Symbian – VisionMobile". 23 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 May 2016.
  12. "Nokia's new strategy and structure, Symbian to be a "franchise platform", MeeGo still in long term plans – All About MeeGo". www.allaboutmeego.com. 6 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 December 2012.
  13. "RIP: Symbian". Engadget (ingilis). 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-03.
  14. "Nokia moves Symbian to closed licensing". 11 April 2011. 8 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2023.
  15. Epstein, Zach. "Symbian is officially no longer Nokia's problem". BGR (ingilis). 2011-06-23. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-03.
  16. "C'est la vie – 'Support' expectations for Symbian 'until 2016' unrealistic". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
  17. Tung, Liam. "Nokia says final sayonara to Symbian and MeeGo apps as store freezes updates". ZDNet. 16 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2015.
  18. Techcrunch, "Nokia Confirms The PureView Was Officially The Last Symbian Phone" Arxivləşdirilib 2023-09-13 at the Wayback Machine, "Techcrunch", 24 January 2013 as by Nokia on 24 January 2013 – Nokia Corporation Q4 and full year 2012 Interim Report Arxivləşdirilib 2024-11-20[Date mismatch][Timestamp date length] at the Wayback Machine: "The Nokia 808 PureView, a device which showcases our imaging capabilities and which came to market in mid-2012, was the last Symbian device from Nokia"
  19. "NTT DoCoMo akan gunakan TIZEN sebagai pengganti OPP?". 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Symbian³ EPL mənbə kodu

[redaktə | mənbəni redaktə et]