Türkiyədə kənd təsərrüfatı — Vikipediya

Osmaniyədə suvarma sistemi

Türkiyədə kənd təsərrüfatı — məşğulluq, ixracat və milli gəlirə etdiyi faydaları ilə əhəmiyyətli bir sektordur. Kənd təsərrüfatı sektoru ölkənin iqtisadi fəaliyyətində 62,7 milyard dollarlıq gəlir və 6,1 milyon nəfərin məşğulluq payına sahibdir (2011). Türkiyə 2014-cü ildə 190 ölkəyə 18,7 milyard dollar dəyərində 1707 növ kənd təsərrüfatı məhsulu ixrac etmişdir[1].

Ərazi və iqlim şərtləri

[redaktə | mənbəni redaktə et]
Ankaranın 90 km-də düyü sahələri

77,9 milyon hektar Türkiyə ərazisinin 26,3 milyonu əkinçilikdə istifadə edilir. Türkiyə ərazisinin 55,9 %-i 1000 metrdən çox olan yüksəkliyə malikdir. 15 %-dən çox ölçüyə sahib sahələr ölkə torpaqlarının 62,5 %-ini təşkil edir. 1-ci, 2-ci və 3-ü sinif keyfiyyətli torpaqlar 24,5 % nisbətindədir və bu ərazilərin 90 %-i əkinçilik arazisidir.

Türkiyədə dənizə görə mövqe, enlik və yüksəkliyə bağlı üç əsas iqlim tipi vardır:

Bu iqlim tipləri bölgələr daxilində dəyişikliyə malikdir və ona görə də alt tiplərə ayrılır. Məsələn; Daxili Anadolu, Şərqi Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində görünən Kontinental iqlim tipi bir-birindən qismən fərqlidir. Bu iqlim müxtəlifliyi Türkiyədə bir çox fərqli məhsulun yetişməsinə imkan vermişdir. Aralıq dənizi bölgəsində meyvə-tərəvəz, ixtixana, sitrus bitkiləri, Ege bölgəsində zeytun, tütün, sitrus bitkiləri, Trakiyada günəbaxan, Cənubi Mərmərədə tərəvəz-meyvə, Qaradənizdə fındıq, çay, tütün, Daxili Anadolu bölgəsində dənli bitkilər və şəkər çuğunduru, Cənub-Şərqi Anadoluda isə pambıq və taxıl əkilir.

Statisik göstəricilər

[redaktə | mənbəni redaktə et]
2002-2011 illəri üçün Türkiyənin kənd təsərrüfatı məlumatları[2]
Əsas məlumatlar Türkiyə
(2002)
Kənd təsərrüfatı
(2002)
Kənd təsərrüfatının payı
(%-lə) (2002)
Türkiyə
(2011)
Kənd təsərrüfatı
(2011)
Kənd təsərrüfatının payı
(%-lə) (2011)
Əhalinin sayı (milyon) 69,3 23,7 34,2 74,7 17,3 23,2
Məşğulluq (milyon) 21,3 7,4 34,9 24,1 6,1 25,5
Milli gəlir (milyard $) 230,5 23,7 10,3 772,3 62,7 8,1
Adambaşına gəlir ($) 3492 1064 28,6 10444 3653 35,0
İxracat (milyard $) 36,0 4,0 11,2 134,9 15,3 11,3
İdxalat (milyard $) 51,5 3,9 7,7 240,8 17,6 7,3

Türkiyə kənd təsərrüfatının xroniki problemləri səmərəsizliyə səbəb olmaqdadır. Kənd təsərrüfatı torpaqlarının miras yolu ilə kiçilməsi, sulamanın genişləndirilməməsi, təbii şərtlərə uyğun əkinçiliyin aparılmaması, texniki avadanlıq və maşın istifadəsinin qeyri-kafiliyi bu problemlərin bəziləridir. Xərclərin yüksək olması, yeni texniki və texnologiyalara uyğunlaşma problemləri, cütçünün təhsilsizliyi, dəstəklərin təsirsiz və səmərəsiz olması, istehsalçı-istehlakçı arasındakı vasitəçilərin çox olması, kənd təsərrüfatı məlumatlarının nizamlı toplanmaması bu sahədəki digər problemlərdir[3].

Bu sahəsində olan risklərə təminatın verilməsi, riskin ən yaxşı şərtlərdə transferi üçün əlverişli mühitin yaradılması, meydana gələcək zərərlərdə təzminatın tək mərkəzdən ödənməsi və kənd təsərrüfatı sığortalarının inkişaf etdirilməsi, yayılması məqsədləri üçün "Sığorta hovuzu" (türk. Tarım Sigortaları Havuzu – TARSİM) qurulmuşdur. Bu Hovuza bağlı bütün iş və əməliyyatlar, hovuza qoşulan sığorta şirkətlərinin bərabər hissələrlə ortaq olduqları "Tarım Sigortaları Havuz İşletmesi" A.Ş. tərəfindən icra edilməkdədir. Sığorta şirkətləri sığorta polislərini öz adlarından verə bilirlər, ancaq riskin və mükafatın 100%-ni məcburi olaraq Hovuza təhvil verirlər. Həm də ixtiyari olaraq hovuzda yaranan riskdən təkrarsığorta yolu ilə pay ala bilmək haqqları vardır. Bu sistemdə dövlət sığorta haqlarının ödənilməsində fermerə yardım da göstərir. Yardımın miqdarı hər il üçün məhsul, risk, bölgə və fermer təsərrüfatının böyüklüyü nəzərə alınaraq ölkənin Nazirlər Kabinetinin qərarı ilə təyin olunur.[4]

  1. Gıda Tarım ve Hayvancılık Bakanlığı. 2014 Faaliyet Raporu Arxivləşdirilib 2016-04-27 at the Wayback Machine. 2015, tarim.gov.tr  (türk.)
  2. TÜRKİYE TARIM SEKTÖRÜ RAPORU Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, 2013, tobb.org.tr  (türk.)
  3. TAŞYÜREK, Serdar. Tarım Raporu Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, esagev.org  (türk.)
  4. Tarım Sigortaları Havuzu'nun web sitesi: tarsim.gov.tr[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]