Türkiyədə parlament seçkiləri (2011) — Vikipediya

Türkiyədə parlament seçkiləri

2011-ci ildə Türkiyədə parlament seçkiləri keçirildi.

Türkdilli Ölkələrin Parlament Assambleyasınının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası 12 iyun 2011-ci ildə Türkiyə Respublikasının Böyük Millət Məclisinə keçirilən seçkilərin Türkiyə Respublikasının milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə müvafiqliyi baxımından monitorinqini keçirmişlər. TÜRKPA beynəlxalq müşahidəçilər qrupunun tərkibinə TÜRKPA üzvü olan üç dövlətin: Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğızıstan Respublikasının parlamentlərinin, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri daxil idi. Seçkilərin keçirilməsinə hazırlığın gedişinin qısamüddətli müşahidəsi səsvermədən bir neçə gün əvvəl təşkil edilmişdir. Təşviqat kampaniyası 11 iyun 2011-ci ildə saat 17:00-da dayandırılmışdır. Təşviqat kampaniyasını kütləvi informasiya vasitələrin köməyi ilə aparılması üçün namizədlərə bərabər hüqüqlu şərait yaradılmışdır. Həmçinin namizədlər Türkiyənin istənilən yerində açıq mitinglər təşkil etmək imkanına malik idilər. Namizədlər dövlət və özəl televiziya kanallarında çıxış edərək, seçicilərə özlərinin seçkiqabağı platvormalarının əsaslarını təqdim etmişdilər. Bütövlükdə TBMM seşkilərin ətrafında gedən hadisələrin işıqlandırılması geniş şəkildə aparılırdı. Dövlət orqanlarının seçkiqabağı kampanyasının gedişatına müdaxilə etməsi və ya siyasi marağlardan irəli gələn kütləvi informasiya vasitələrinə məhtudiyyət qoyulması halları qeydə alınmamışdır. Türkiyə əhalisinin 50.2 milyon vətəndaşı səsvermə hüququna malik idi. Seçicilərin seçkilərdə 85% faiz iştirakı nəticədəsində aparıcı partiyaların parlamentdə təmsil olunmasına imkan yaranmışdır. Səfər çərçivəsində beynəlxalq müşahidəçilər qrupunun üzvləri Yüksək Seçki Qurumu nümayəndələri ilə görüşmüş və TBMM seçkilərinə hazırlıqla bağlı görülmüş işlər barədə ətraflı məlumat almışdırlar. Səsvermədən bir gün oncə TÜRKPA müşahidəçiləri Ankaranın rayon seçki məntəqələrinə baş cəkib və orada seçkilərə hazırlıq prosesini izləmişdir. Türkiyədə seçkilərin beynəlxalq müşahidəsinin həyata keçirilməsi üçün zəruri hüquqi və təşkilati-texniki şərait yaradılmışdır. Müşahidəçilər seçki komissiyalarının işi ilə tanış olmaq və onlardan zəruri informasiya almaq imkanına malik olmuşdur. Səsvermə günü, 2011-ci il iyunun 12-də TÜRKPA beynəlxalq müşahidəçilər qrupu seçki məntəqələrində olmuş, orada səsvermənin müxtəlif mərhələlərində – məntəqələrin açılmasından başlamış, seçicilərin səslərinin hesablanmasına və seçkilərin nəticələrinin müəyyən edilməsinə qədər – səsvermə prosesi haqqında şəxsi təəssürat formalaşdırmaq imkanına malik olmuşlar. Müşahidə edilmiş məntəqələrdə seçicilərin siyahısına, bülletenlərin paylanmasında və səsvermənin ardıcıllığına görə şikayətlər qeydə alınmamışdır. Yüksək Seçki Qurumu ilkin nəticələri onların daxil olmasına görə, vaxtında dərc edərək şəffaf fəaliyyət göstərmişdir. Müşahidəçilər seçkilərə hazırlığın və seçkilərin keçirilməsinin sakit və münaqişəsiz xarakter daşımasını, ictimai əsaişin və təhlükəsizliyin yüksək səviyədə olmasını qeyd edir, bunun seçki şəraitinə əlverişli təsir göstərməsini, seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə şərait yaratmasını xüsusi qeyd etmişlər. Seçkiqabağı tədbirlər Türkiyə Respublikası qanunu ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilmişdir. Rəsmi olaraq 15 partiya və 203 müstəqil namizəd seçki kampaniyasına qoşulmuşdur. Müşahidəcilər qeyd edir ki, Türkiyədəki demokratik səsvermə inkşaf etmiş proseslərdən biridir. Eyni zamanda Türkiyənin seçki qanunvericiliyinə görə, hər seçki məntəqəsində maksimal seçici sayı 300-dən artıq ola bilməz, bu da səslərin dəqiq sayılmasına imkan yaradmışdır. Hər bir seçicinin seçki məntəqəsinə, eləcə də səsvermə üçün nəzərdə tutulan binaya daxil olaraq özünün azad seçkilərdə iştirak etmək hüququnu reallaşdırması üçün bərabər və maneəsiz imkan yaradılmışdır. Seçicilərin irqindən, milliyyətindən, cinsindən, dilindən, mənşəyindən, əmlak və vəzifə mövqeyindən, yaşayış yerindən, dinə münasibətindən, əqidələrindən, ictimai birliklərə mənsubluğundan asılı olaraq onların səsvermədə iştirak etmələrinə birbaşa və ya dolayı məhdudiyyət faktları qeydə alınmamışdır. TÜRKPA beynəlxalq müşahidəçilər qrupu vurğulayırlar ki, Türkiyə Böyük Millət Məclisi seçkiləri demokratik şəraitdə keçmiş, seçkilər haqqında milli qanunvericiliyə və beynəlxalq normalara tamamilə müvafiq olmuşdur.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]