Türklər (Laçın) — Vikipediya
Türklər | |
---|---|
39°31′00″ şm. e. 46°36′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Türklər — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Türklər kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakixanov adına Tarix İnstitutunun Elmi Şurasının Qərarı ilə nəşr olunmuş “1595-ci il tarixli Gəncə-Qarabağ vilayətinin icmal dəftəri”[3] kitabında (səh. 355, 356) indiki Türklər kəndinin adına Babalı kimi rast gəlinir. Sitat: 5-ci bölüyün çərkəslərindən olan Əhməd Sevindik [oğlunun] timarı. Gündəlik [məvacibi] on beş [axça]. (Adı çəkilən (Həkəri nahiyəsinə) tabe olan Babalı, Şilə (?) və Xəlifəzur məzrəələri. Qoyun vergisi (adet-i ağnam) daxil olmaqla, əldə edilən gəlir – 4000 [axça]. [Timar üçün ayrılan] hissə – 1000 [axça]). Kəndin ərazisində Türklər qəbiristanlığı yaxınlığında Babalı kəndinə məxsus qışlaq yeri olmuşdur. Kənd sonralar qədim qəbristanın adı ilə Türklər adlandırılmışdır.[4] Adından da göründüyü kimi Türklər adı türk kökənli bir addır. Kəndin qəbristanlığında qədim at və sandıq daş heykəlləri var. Bundan əlavə baş daşları Osmanlı türkcəsində və Ərəb dilində yazılmış bir çox qəbirlər var. Bu yaşayış məskəninin qədimdən Azərbaycan türklərinin vətəni olduğunu sübut edən yazılı mənbələr xüsusi əhəmiyyət daşıyır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Türklər kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən təxminən 25-26 km cənubda yerləşir. Kənd dəniz səviyyəsindən təxminən 1200 m yüksəklikdədir. Kəndin yaxın ətrafında Səfiyan, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Xanalılar və Güləbird kəndləri yerləşir. Həmçinin yaxın ətrafında Köhnə oba, Maxsudlu, Ballıqaya, Quşçuların yalı, Bəyoğlan təpəsi, İman ölənin yalı, Keçiqalan, Keçəllərin yalı, Budaq yal, Qaranlıq dərə, Dəkkənin yalı, Balon dərəsi, Qaraqaya, Qənşər təpə, İsgəndərlinin yalı, Ağcaqışlaq, Meyinbağı, Yazıdüzü, Suqovuşan, Mərövcəlilərin dərəsi, Atlar su içən, Dərəbağı, Xəlifəzur, Pul itən, Qoruqçuxuru, Papaqlı daş, Təkqoz adlanan ərazilər yerləşir. Kənddə və yaxın ətrafında bir çox bulaqlar var. Bunlardan Soyuqbulaq, Yusif bulağı, Əli bulağı, Ağcaqışlağın bulağı, Daş bulaq və s.
Meşədə cır meyvə və giləmeyvələrdən dağdağan, daşarmudu, mərmərik, çağala, qızlar boxçası, həmərsün (itburnu), zoğal, fındıq, qoz, əzgil, qora, quşüzümü, çiyələk, dovşan alması və s. bitir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Nazir Əhmədlinin "Zəngəzur mahalının kameral təsviri - 1832-1833-cü illər" (səhifə 334) və "Qarabağ əyalətinin kameral təsviri -1832-1833-cü illər" (səhifə 667) adlı kitablarında TÜRKLƏR obası haqqında aşağıdakı məlumatlar verilmişdir:[5]
TÜRKLƏR obası əkinçilik və heyvandarlıqla məşğul olan müsəlmanlar. Xəzinəyə vergi ödəmirlər, çünki vergidən 6 il azad ediliblər. İldə ailəbaşına Mehdiqulu xana pulla 5 rubl və məhsulun 1/5 hissəsini malcəhət olaraq ödəyirlər. Kənddə 100 əkingünü əkinəyararlı və 180 əkingünü dəmyə torpaq var. Bu əhalini Qarabağın keçmiş hakimi Mehdiqulu xan 1827-ci ildə İrandan gətirib Qarabağ əyalətində yerləşdirib. 663. Hüseyn Əlixan oğlu 44 y; oğlanları: Qaraxan 15 y; Vəlixan 8 y; Ələsgər 3 y. 664. Ələsgər Əli oğlu 42 y; oğlu İbrahim 20 y. 665. Teymurxan Şahbaz oğlu 22 y; qardaşı Babaxan 13 y. 666. Həsənəli Qorçu oğlu 60 y; oğlu Hüseynəli 22 y. 667. Baxşəli Şahməmməd oğlu 30 y. 668. Məmmədbağır Bəhram oğlu 32 y; qardaşı Məmmədsadıq 20 y. 669. Zeynal Mə(hə)mməd oğlu 45 y; oğlu Əliqulu 19 y. 670. Xudaqulu Allahverdi oğlu 31 y. 671. Rəsul Hüseyn oğlu 60 y; oğlu Bayram 31 y. 672. Xanməmməd Hüseyn oğlu 50 y; oğlanları: Oruc 20 y; Bəyməmməd 12 y. 673. Ağaməmməd Xanməmməd oğlu 30 y; oğlu Hüseyn 11 y. 674. İsgəndər Mə(hə)mməd oğlu 40 y; oğlanları: Məmməd 9 y; Cəfər 3 y. Türklər obasında 12 ailə və kişi cinsindən 26 nəfər müsəlman yaşayır.
2024-cü ilin statistikasına görə kənd əhalisinin sayı 203 nəfərdir (55 ailə).
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və qismən arıçılıq olub.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ "Prezident: Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib". report.az (az.). 9 noyabr 2020. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
- ↑ Najafli, Tofiq. H.Qaramanlı. Gence icmal defteri. 2022-01-01.
- ↑ Türklər (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=vtls000758066 (#bare_url_missing_title). (#archive_missing_date) tarixində arxivləşdirilib.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |