Təkirdağ ili — Vikipediya
Təkirdağ ili | |
---|---|
Tekirdağ ili | |
40°58′40″ şm. e. 27°31′06″ ş. u.HGYO | |
Ölkə | |
İnzibati mərkəz | Təkirdağ |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-59 |
Telefon kodu | 282 |
Poçt indeksi | 59000–59999 |
Avtomobil nömrəsi | 59 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Təkirdağ ili— Türkiyənin bir vilayətidir. Mərkəzi Təkirdağda olan ilin əhalisi 2021-ci ilə görə 1.107.491 nəfərdir. Mərmərə bölgəsinin Frakiya tərəfində yerləşir; Şərqdən İstanbul, cənubdan Mərmərə dənizi və Çanaqqala, qərbdən Ədirnə, şimaldan Kırklareli və şimal-şərqdən Qara dənizlə əhatə olunub. İlçələrin ümumi sayı 11-dir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Təkirdağ, ilin qərbində yerləşən və ən yüksək zirvəsi 945 m hündürlükdə Qanos dağı (İşıklar dağı) olan Təkir dağları istisna olmaqla, ümumiyyətlə düzdür. Şimalda ilin ən əhəmiyyətli çayı olan Ergene çayı axır. Ergene çayı yaratdığı allüvial düzənliklərin məhsuldarlığı ilə əyalət əhalisinin böyük hissəsini ətraf yaşayış məntəqələrində cəmləşdirmişdir. Təkirdağın bitki örtüyü Mərmərə dənizi sahillərində makvis, dağlıq ərazilərdə meşə, digər yerlərdə isə çöldür. Təkirdağın iqlimi Aralıq dənizi iqlimi ilə kontinental iqlimin qarışığıdır.
Mərmərə dənizinin təsiri ilə sahil rütubətli bölgədir.
Relyefi və bitki ürtüyü
[redaktə | vikimətni redaktə et]Alçaq təpələrdən ibarət olan bölgənin əsas yüksəkliyi şimal-şərq-cənub-qərb istiqamətində Mərmərə dənizinə paralel uzanan Təkir dağlarıdır. Təkirdağ mərkəzinin və vilayətin ən yüksək nöqtəsi bu ərazidə yerləşən Qanos dağıdır (965 m). Böyük çayların olmadığı bölgədə kiçik çaylar var. Qanos dağlarında palıd ağacları, bəzi yerlərdə qırmızı şam və qarağac ağacları əsas meşə fondunu təşkil edir.[2]
İqlimi
[redaktə | vikimətni redaktə et]Ümumi iqlim xüsusiyyətləri Aralıq dənizi iqlimi ilə kontinental iqlimin birləşməsidir. Mərmərə dənizi ətrafında müşahidə olunan bu iqlimə Mərmərə iqlimi də deyilir. Bir növ keçid iqlimi olan bu iqlimdə yaylar quraq və isti, yaz və qış ayları isə yağışlı keçir. Yağıntılar qış aylarında qar şəklində düşür. Bundan əlavə, Tekirdağın şimalda Qara dənizə sahili olduğu üçün az da olsa Qara dəniz iqliminə malikdir.