Tünzalə Rafiqqızı — Vikipediya
Tünzalə Rafiqqızı | |
---|---|
Zeynalova Tünzalə Rafiq qızı | |
Doğum adı | Tünzalə |
Təxəllüsü | Rafiqqızı |
Doğum tarixi | |
Doğum yeri | Hacallı, Bərdə rayonu Azərbaycan |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Rafiq |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist aparıcı publisist |
Fəaliyyət illəri | 1995 – indi |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | jurnalistika Maliyyə |
Janrlar | şeir nəsr |
Tünzalə Rafiqqızı (tam adı:Tünzalə Rafiq qızı Zeynalova ; d. 29 sentyabr, 1978, Hacallı, Bərdə rayonu, Azərbaycan SSR) — Azərbaycan jurnalisti, ANS TV-nin aparıcısı, şairə
Həyatı
[redaktə | mənbəni redaktə et]Zeynalova Tünzalə Rafiq qızı.29 sentyabr 1978-ci ildə Bərdə rayonunda anadan olub. 1985–1995-ci illərdə Bərdə şəhərində orta məktəbdə oxuyub[1].
Təhsili
[redaktə | mənbəni redaktə et]1995–1999-cu illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində təhsil alıb. 1999–2001-ci illərdə BDU-nun magistraturasını bitirib. İkici ali təhsilini İqtisad Uuniversitetində "maliyyə işi" ixtisası üzrə oxuyub.
Jurnalistlik Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Jurnalistlik fəaliyyətinə 1995-ci ildən başlayıb. Müxtəlif media sturukturlarında çalışıb.Bundan başqa Maliyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçüsudur. Buna baxmayaraq, jurnalistikaya marağı onu yenidən 2012-ci ildə mediaya qaytarıb. O vaxtdan ANS-də redaktor, xüsusi müxbir, yerli və xarici bürolarla iş üzrə şöbənin rəhbəri işləyib. Hazırda "Hesab vaxtı" verilişinin aparıcı-müxbiridir.