Taciklər — Vikipediya
Taciklər tac. Тоҷик, dəri تاجيک | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Tacik dili, Fars dili |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir.[1]
Məskunlaşma və sayları
[redaktə | vikimətni redaktə et]Əfqanıstanda
[redaktə | vikimətni redaktə et]5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon[2] nəfər olmuş, onun 3.5 milyon[3] nəfərini taciklər təşkil etmişdir.
MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir.[4] Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər.[5] Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir.[6] MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur.
Tacikistanda
[redaktə | vikimətni redaktə et]21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir.[7] Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500[8], 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.[9] Taciklərin Tacikistan əhalisi içərisindəki 2010-ci il siyahıyaalınması zamanı müəyyən edilmiş nisbəti əsas götürülərsə 2013-cü ilin fevral ayına Tacikistanda 6.74 milyon tacik yaşamaqdadır.
Özbəkistanda
[redaktə | vikimətni redaktə et]"Açıq cəmiyyət" İnstitutu Arxivləşdirilib 2013-02-22 at the Wayback Machine nun (ing. Open Society Foundations) maliyyə dəstəyi ilə hazırlanmış və 2002-ci ildə çap olunmuş, 2000-ci ilə aid məlumatları əks etdirən 452 səhifəlik "Özbəkistanın etnik atlası" kitabının Taciklər kiçik başlığında (səhifə 195–202) verilən məlumata əsasən 24.430.192 nəfərlik Özbəkistan əhalisinin 1.165.713 nəfəri və ya 4,77 %-i taciklərdən ibarətdir. 1 yanvar 2013-ci il tarixinə olan rəsmi məlumata əsasən Özbəkistan Respublikasının əhalisi 29994.6 min nəfər olmuşdur.[10][11] Əgər taciklərin ümumi ölkə əhalisi içərisindəki nisbəti 2000-ci ildəki vəziyyətinə uyğun qəbul edilərsə 2013-cü ilin əvvəlinə Özbəkistanda təxminən 1.431 milyon tacik əsilli əhali yaşamaqdadır.
İranda
[redaktə | vikimətni redaktə et]Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (ing. United Nations High Commissioner for Refugees - UNHCR) yanında Əcnəbilər və Xarici İmmiqrantlarla İşlər Bürosunun (ing. Bureau for Aliens and Foreign Immigrant Affairs - BAFIA) məlumatlarına əsasən 2006-cı il ümumiran əhali siyahıyaalınmasının yekunlarına görə İranda yaşayan və rəsmən qeydiyyatda olan Əfqanıstan vətəndaşı qaçqınların ümumi sayı 1.211.171 nəfər olmuş, onların 39 %-ni etnik həzaralar, 22 %-ni etnik taciklər, 9 %-ni etnik puştunlar, 10 %-ni isə digər (əsasən türkmənlərə, özbəklərə və bəluclara) etnik qruplara mənsub insanlar təşkil etmişdir.[12]
Rusiyada
[redaktə | vikimətni redaktə et]14–25 oktyabr 2010-cu il əhali siyahıyaalınmasına əsasən Rusiya FR-da 200.303 nəfər etnik tacik yaşamaqdadır.[13]
Qırğızıstanda
[redaktə | vikimətni redaktə et]1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Qırğızıstannın 5.551.888 nəfər əhalisinin 48.033 nəfəri etnik taciklərdən ibarətdir.[14]
Almaniyada
[redaktə | vikimətni redaktə et]Almaniya Federativ Respublikası İqtisadi əməkdaşlıq və İnkişaf Nazirliyinin (alm. Bundesministerium für wirtschaftliche Zusammenarbeit und Entwicklung) 2005-ci ilin əvvəlinə olan məlumatlarına əsasən AFR-da təxminən 100 min nəfər Əfqanıstan kökənli əhali yaşayır. Onlar Əfqanıstan və AFR vətəndaşlarıdır. Almaniya Federal Statistika Ofisinin (alm. Statistisches Bundesamt, qısa: alm. Destatis) 31 dekabr 2004-cü il tarixinə olan məlumatlara əsasən AFR-də yaşayan Əfqanıstan vətəndaşlarının sayı 57.933 nəfərdir (31.321 nəfəri kişilər, 26.612 nəfəri qadınlar).[15] Onlardan 7.476 nəfəri AFR-də, 50.457 nəfəri isə digər ölkələrdə doğulmuşdur.[15]
Ukraynada
[redaktə | vikimətni redaktə et]5–14 dekabr 2001-c il siyahıyaalınmasına əsasən Ukraynanın 48.240.902 nəfərlik əhalisinin 4.255 nəfərini etnik taciklər təşkil edir.[16]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 8,776 mln Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine+7,234 mln Arxivləşdirilib 2013-08-06 at the Wayback Machine
- ↑ "Afghanistan's Web Site: Afghanistan (The last official census in Afghanistan was in 1979, when the population registered at 15,551,358.)". 2009-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.
- ↑ Minority Rights Group International (MRG): Afghanistan: Minorities, Conflict and the Search for Peace Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine
- ↑ Central Intelligence Agency — CİA — The World Factbook: South Asia :: Afghanistan Arxivləşdirilib 2016-07-09 at the Wayback Machine
- ↑ Tajik (people) Arxivləşdirilib 2011-11-25 at the Wayback Machine — Britannica Online Encyclopedia
- ↑ Central Statistics Organization of Afghanistan (CSO) :Settled Population of Afghanistan by Civil Division, Urban, Rural and Sex 2012–13 Arxivləşdirilib 2012-09-18 at the Wayback Machine
- ↑ Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine
- ↑ Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Шумораи аҳолии Ҷумҳурии Тоҷикистон ба ҳолати 1 январи соли 2012 Arxivləşdirilib 2012-10-14 at the Wayback Machine
- ↑ Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Навигарӣ: Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон корҳои бозҳисокунии аҳолиро оид ба муайян намудани санаи таваллуди 8 миллионаи аҳолии Ҷумҳурии Тоҷикистон, ба анҷом расонид Arxivləşdirilib 2013-04-20 at the Wayback Machine
- ↑ Uluslararası "TÜRKEL" Gazetesi: Численность постоянного населения составила 29,994 млн. человек Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine---yayınlanma tarihi: 22 şubat 2013
- ↑ Посольство Республики Узбекистан в Кыргызстане: Численность постоянного населения составила 29,994 млн. человек Arxivləşdirilib 2014-08-14 at the Wayback Machine Источник: газета UzDaily: Численность постоянного населения составила 29,994 млн. человек Arxivləşdirilib 2016-08-23 at the Wayback Machine
- ↑ Encyclopædia Iranica :AFGHANISTAN xiv. AFGHAN REFUGEES IN IRAN Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine
- ↑ Портал "Всероссийская перепись населения 2010 года" — Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
- ↑ Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
- ↑ 1 2 Deutsche Gesellschaft für Technische Zusammenarbeit Arxivləşdirilib 2022-08-10 at the Wayback Machine (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit Arxivləşdirilib 2022-08-14 at the Wayback Machine): Egyptian, Afghan, and Serbian diaspora communities in Germany: How do they contribute to their country of origin?
- ↑ Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |