Talıb Musayev — Vikipediya
Talıb Musayev | |
---|---|
aprel 1946 – 1953 | |
Əvvəlki | Meloyan |
avqust 1942 – aprel 1946 | |
Əvvəlki | İbiş Abbasov |
Sonrakı | Cəfər Vəlibəyov |
mart 1941 – avqust 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 2005 (97 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 6 (Maksim Musayev daxil olmaqla) |
| |
Təltifləri |
Talıb Qurban oğlu Musayev (1 yanvar 1908, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 4 aprel 2005, Bakı) — Azərbaycan-sovet ictimai-siyasi dövlət xadimi. Ermənistan Kommunist Partiyasının Basarkeçər (1946–1953) və Qarabağlar (1942–1946) rayon komitələrinin birinci katibi. Ermənistan SSR Ali Soveti sədrinin birinci müavini. Maksim Musayevin atasıdır.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Talıb Qurban oğlu Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilib. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq İrəvan pedaqoji institutuna qiyabi daxil olub. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirib.
1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunub. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm-Leninizm kursunu da oxumuşdur.
Basarkeçər rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Sovetinin sədrinin birinci müavini olmuş, bir neçə dəfə Ermənistan SSR Ali Sovetinin üzvü seçilmişdir.
21 fevral 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[2]
Talıb Musayev 4 aprel 2005-ci ildə vəfat etmişdir. Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.[1]
Kitabları
[redaktə | vikimətni redaktə et]- Ermənilər və faciələrimiz. Bakı, 2008
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "Maksim Musayev. Atam Talıb Musayev. Bakı, "Nurlar", 2008". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 21 fevral 2003.