Taxıl taxtabitisi — Vikipediya
Taxıl taxtabitisi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. | ||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin | ||||
|
Taxıl taxtabitisi (lat. Trigonotylus ruficornis Geoffr.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.
Biologiyası
[redaktə | mənbəni redaktə et]Bu növ korcalar Miridae fəsiləsinə məmsub olub, geniş yayılmışdır. Uzunluğu 5.7–6.3 mm – dir. Yumurta mərhələsində qışlayır. Payızda yarpaqların toxumaları arasında 6 – 10 dənə yumurta qoyur. Erkən yazda yumurtadan çıxan sürfələr payızlıq dənli bitkilər üzərində qidalanır. İyunun əvvəllərində birinci nəsil yetkin formaya keçir[1]. Bunlar yazlıq dənli bitkilər üzərində qidalanır və yumurta qoyur. İkinci nəslin inkişafı da dənli bitkilər üzərində gedir. Azərbaycanda üçüncü nəslin inkişafı yabanı dənli bitkilər, xüsusən suluf və tökülmüş dəndən bitmiş göyərtilər üzərində gedir. Payızda üçüncü nəsil taxtabitiləri payızlıq bitkilər üzərində yumurta qoyur və həmin yumurtalar qışlayır. Bu növ Özbəkistanda dənli bitkilərdən başqa, çəltiyə də ziyan verir. Bu hal Azərbaycanda müşahidə olunmamışdır.
Yayılması
[redaktə | mənbəni redaktə et]Taxıl taxtabitisi Azərbaycanda əsasən Kiçik Qafqazda və Talışda yayılmışdır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C. A. Hidayətov, 42