Tbilisi atəşgahı — Vikipediya
Tbilisi atəşgahı | |
---|---|
gürc. ათეშგა | |
41°41′38″ şm. e. 44°48′34″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Qomi küçəsi, 1 |
Tikilmə tarixi | təxm. V-VII əsrlər |
Üslubu | Sasani memarlığı |
Material | kərpic |
Vəziyyəti | xarabalıqları dövrümüzə çatıb |
Vikianbarda əlaqəli mediafayllar |
Tbilisi atəşgahı (gürc. ათეშგა) – Tbilisi şəhərinin Qədim şəhər ərazisindəki Kldisubani məhəlləsində, Qomi küçəsi, 3 ünvanında yerləşən qədim dini ibadətgah.
2017-ci ildə məbəd milli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1] Bütün dünyada ən şimalda yerləşən od məbədi olan Tbilisi atəşgahı, həm də Gürcüstan ərazisindəki yeganə od məbədidir.
Dövrümüzdə məbəd yaşayış binaları ilə əhatə olunduğuna görə, giriş çətindir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Belə ehtimal edilir ki, hazırda Tbilisi atəşgahının yerləşdiyi ərazidə qədim dövrlərdən məbəd yerləşmiş və o, V-VII əsrlərdə farsların ərazidə hakim olduqları dövrdə inşa edilmişdir. 1720-ci ildə məbəd binasında dəyişikliklər edilərək məscidə çevrilmiş, 1735-ci ildə türklərin Tbilisidən qovumasından sonra isə bina dağıdılaraq xarabaya çevrilmişdir.
Sonrakı dövrlərdə binadan məişət məqsədləri üçün istifadə edilmişdir. Tbilisi atəşgahı dövrümüzə xarabalıq şəklində çatmışdır.
2007-ci ildə Norveçin mədəni irsin idarə olunması idarəsinin maddi vəsaiti hesabına bina qalıqlarının möhkəmləndirilməsi işləri həyata keçirilmiş və plastik dam inşa edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Зороастрийский храм огня в Тбилиси стал памятником национального значения". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — С. 116. — 311 с. — 17 500 экз.
- Пл. Иоселиани Описание древностей города Тифлиса. Тбилиси, 1871