Tefnut — Vikipediya

Misir Tanrıları
Tefnit
Tam adı Tefnit
Adı Tefnit
Digər adları Jmnt, Amunet, Amaunet
İdeoqram
t
f
n
t
I13
və ya
D26

Tefnut — qədim Misir mifologiyasında rütubət, nəmli hava, şeh, yağış, məhsuldarlıq, qədim Misir dinində təqvim fəsilləri ilahəsi. Hava tanrısı Şunun qadın dubleti, əkiz tayı və həyat yoldaşıdır. Onun mifoloji funksiyası Şudan daha az məlumdur.[1]

Piramida mətnlərində onun haqqında su gətirdiyi qeydləri var. Buna görə də misirşünaslar tanrı Şunun quru hava ilə əlaqəsi paralelliyinəə əsaslanaraq, Tefnutun nəmlə əlaqəli olduğu fikrini irəli sürüblər.[2][3]

O, həm də Ranın Gözü kimi fəaliyyət göstərə bilən ilahələrdən biri olub.[4]

Tefnut adının müəyyən bir dəqiq etimologiyası yoxdur. Bəzən havada şeh və ya nəm kimi tərcümə olunur. Bəzən isə, adın etimologiyası tüpürmə sözünün onomatopoeiyası hesab edilir. Onun adında ilk samitlər olan "tf" qədim misircədə "tüpürmək" deməkdir.[5] Həmçinin yaradılış mifinin bəzi versiyalarında Atum onu tüpürür. Bundan əlavə, onun adı sonrakı mətnlərdə ağızdan tüpürcək kimi yazılmışdır.[6]

Qardaşı da daxil olmaqla əksər Misir tanrıları kimi Tefnutun da heç bir ideoqrafiyası və ya simvolu yoxdur. Onun heroqliflərdəki adı t-f-n-t dörd tək fonoqram işarəsindən ibarətdir. n fonoqramı suyun səthindəki dalğaların təsviri olsa da, heç vaxt su (mw) sözü üçün və ya su ilə əlaqəli hər hansı bir şey üçün ideoqram və ya təyinedici kimi istifadə edilməmişdir.[7]

Mifoloji mənşəyi

[redaktə | vikimətni redaktə et]

Tefnut günəş tanrısı Ra və ya Atumun qızıdır. Əkiz qardaşı Şu ilə evlənib, o, göy ilahəsi Nutun və yer tanrısı Gebinanasıdır. Tefnutun nəvələri Osiris, İsis, Set, Neftis və bəzi versiyalarda Hor idi. O, həm də Kiçik Horusun ulu nənəsi idi. Atası, qardaşı, uşaqları, nəvələri və nəticəsi ilə birlikdə Heliopolis Enneadının üzvüdür.

Tefnut və Şu əkizlərinin yaradılması haqqında mifin bir neçə versiyası var. Hər bir versiyada Tefnut partenogenez çoxalma növü ilə yaranır.

Heliopolitan yaratma mifində Atum Tefnut və Şunu çıxarmaq üçün asqırır.[8] Piramida mətnləri 527-də deyilir: "Atum Heliopolisdə asqırmaqla öz ixtirasını göstərdi. Və, qardaş və bacı dünyaya gəldi — Şu və Tefnut."[9]

Qədim Misirdə sarkofaq adlanan tabutların içində yazılan və "Sarkofaq Mətnləri" adlanan yazılarda da Atumun asqırması nəticəsində Şunun burnundan çıxması, Tefnutun isə tüpürcək kimi tüpürülməsi ilə bağlı istinadlar var. Bremner-Rind Papirusu və Memfit İlahiyyatı kimi tanınan Şabaki daşlarında olan yazılar isə, Atumun əkizləri meydana gətirmək üçün tüpürcəyi asqırması kimi təsvir edilir.[10]

Tefnut digər ilahələrlə birlikdə Ranın Gözü hesab edilirdi.[11] Məşhur bir mif var ki, Ranın Gözü olan Tafnut Nubiyaya çəkildi (və Misirdə quraqlıq dövrü başladı) və sonra onun üçün Tot və Şunu (qədim versiyada — Onuris) göndərən atasının xahişi ilə geri qayıtdı. Tefnutun Nubiyadan gəlişi və daha sonra Şu ilə evlənməsi təbiətin çiçəklənməsindən xəbər verir.

Piramida Mətnlərinin ilk yazılarında onun vajinasından təmiz su çıxardığı qeyd edilir.[12]

Şu oğlu Gebi öz bacısı və arvadı olan Nutdan zorla ayırdıqda, Geb atası Şuya qarşı çıxır. Şu və Geb arasında olan bu mübarizə, Şunun dünyadan köçməsinə səbəb olur. Anası Tefnutla aşiq olan Geb onu həyat yoldaşı və baş kraliça kimi qəbul edir.[13]

  1. Allen, James P. Genesis in Egypt: The Philosophy of Ancient Egyptian Creation Accounts (ingilis). Yale Egyptological Seminar. 1988. səh. 9. ISBN 978-0-912532-14-1. (#accessdate_missing_url)
  2. Hart, George. The Routledge Dictionary of Egyptian Gods and Goddesses, Second Edition (ingilis). Routledge. 2005. səh. 156. ISBN 978-0-203-02362-4.
  3. Pinch, Geraldine. Egyptian Mythology: A Guide to the Gods, Goddesses, and Traditions of Ancient Egypt (ingilis). Oxford University Press. 2002. 195–196. ISBN 978-0-19-517024-5.
  4. Pinch, Geraldine. Egyptian Mythology: A Guide to the Gods, Goddesses, and Traditions of Ancient Egypt (ingilis). Oxford University Press. 2002. səh. 197. ISBN 978-0-19-517024-5.
  5. George Hart. Egyptian Myths. British Museum Publications. 1990. 13. ISBN 9780714120645.
  6. Wilkinson, Richard H. The Complete Gods and Goddesses of Ancient Egypt (ingilis). London: Thames & Hudson. 2003. səh. 183. ISBN 0-500-05120-8. İstifadə tarixi: 18 fevral 2025.
  7. Betro, Maria Carmela. Hieroglyphics: The Writings of Ancient Egypt (ingilis). Abbeville Press. 1996. 163. ISBN 0-7892-0232-8.
  8. Hassan, Fekri A. 5 // Goodison, Lucy; Morris, Christine (redaktorlar ). Ancient Goddesses (ingilis). London: British Museum Press. 1998. 107. ISBN 0-7141-1761-7.
  9. Watterson, Barbara. Gods of Ancient Egypt (ingilis). Sutton Publishing. 2003. 27. ISBN 0-7509-3262-7.
  10. Pinch, Geraldine. Handbook of Egyptian Mythology (ingilis). ABC-CLIO. 2002. səh. 63. ISBN 978-1-57607-242-4.
  11. Watterson, Barbara. Gods of Ancient Egypt. Sutton Publishing. 2003. ISBN 0-7509-3262-7.
  12. The Ancient Egyptian Pyramid Texts, trans R. O. Faulkner, line 2065 Utt. 685.
  13. Pinch, Geraldine. Handbook of Egyptian Mythology (ingilis). ABC-CLIO. 2002. səh. 76. ISBN 1576072428.