Texas İstiqlal müharibəsi — Vikipediya

Texas İstiqlal müharibəsi
1835-1836-cı illər ərzində baş vermiş müharibənin xəritəsi.
Tarix 2 oktyabr, 1835 - 21 aprel, 1836
Yeri Texas
Səbəbi Texasın Meksikadan ayrılma tələbi
Nəticəsi

Texas İstiqlal müharibəsinin nəticəsində baş verdi:

Münaqişə tərəfləri

Texas

Meksika

Komandan(lar)

Sem Hutson
Ceyms Fannin  
Frank Conson
Edvard Burleson
Stefan Austin

Santa Anna
Visente Filisola
Martin de Kos

Tərəflərin qüvvəsi

2.000 (təxmini)

6.500 (təxmini)

İtkilər

700 ölü, 100 yaralı

1.000 ölü, 500 yaralı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Texas İstiqlal müharibəsi (ing. Texas Revolution) — Şimali Amerikada Texas Respublikası ilə Meksika arasında baş vermiş müharibə. 1835-ci ilin 2 oktyabr tarixində başlanan müharibə, 6 ay davam etmiş və 1836-cı ilin 21 aprel tarixində Valesko sülh müqaviləsinin imzalanması ilə başa çatmışdır. Texas İstiqlal müharibəsinin əsas səbəbi Meksikanın mərkəzləşdirmə siyasəti ilə hesablaşmaq istəməyən Texasın, Meksikadan ayrılaraq öz müstəqilliyini elan etməsi olmuşdur. Müharibənin başladılmasında rolu olan qruplardan biri də Texas ərazilərində məskunlaşması və (ing. Texians) adı verilən Avropalı gəlmələr idi. Belə ki, gəlmələr ərazinin yerli sakinləri ilə birlikdə Meksika hökumətinin ağalığını qəbul etməyərək müharibəyə başlamış və ilkin hədəf kimi, 1835-ci ildə Meksika ordusuna məxsus kiçik qarnizonlara hücumlar təşkil edilmişdir.

Daxili münaqişələrin və xaosun Texasda şiddətlənməsi, Meksika hökumətinin ərazidə təsirsiz qalması səbəbindən Texasda ilk olaraq müvəqqəti hökumət yaradıldı. Meksika yaradılmış müvəqqəti hökuməti aradan qaldırmaq üçün tədbirlər görsədə, yerlilərin müqaviməti ilə qarşılaşdı. 1836-cı ilin mart ayında müvəqqəti hökumətin növbəti toplantısında Texas, özünü Texas Respublikası elan edərək Meksikadan ayrıldığını rəsmən elan etdi.

1835-1846-cı illərdə Meksika ərazilərində separatçılıq fəaliyyətlərinin aktiv olduğu bölgələr.

Texas Respublikasının elan edilməsi Meksikanın mərkəzi hökuməti tərəfindən sərt şəkildə qarşılandı. Dönəmin Meksika prezidenti Antonio Lopez de Santa Anna ordu birliklərini ölkənin şərəfini qorumaq və yenidən bərpa etmək məqsədilə şimal sərhədlərinə doğru göndərmək göstərişi verdi. Mərkəzdən göndərilmiş ordu 1836-cı ilin fevral ayında Texasa daxil oldu. (ing. Texians) qüvvələri mərkəzdən göndərilmiş ordunun gəlişinə hazırlıqlı deyildilər və onların qəfil yaxalanmaqları ağır itkilərə səbəb oldu. Meksika ordusunun generalı Xose de Urrea, Texas sahilləri boyunca qarşılarına çıxan bütün istiqlaliyyət tərəfdarlarını məğlub etdi və təslim olanların əksəriyyəti edam edildi.

Texas İstiqlal müharibəsinin həlledici nöqtələrindən biri də 1836-cı ilin 23 fevral - 6 mart tarixlərində baş vermiş Alamo müharibəsidir. Alamo qalasında mühasirəyə alınan istiqlaliyyət tərəfdarları 13 gün davam edən mühasirənin sonunda məğlub edilmiş, iki nəfər istisna olmaqla bütün döyüşçülər Meksika ordusu tərəfindən qətlə yetirilmişdir. Növbəti aylar ərzində Texas Respublikasından olan komandan Sem Hutson rəhbərliyindəki qüvvələri birləşdirərək Luiziana sərhədlərinə yaxınlaşmışdır.

31 martda Bornz çayı yaxınlığında iki həftəlik təlimlərə cəlb olunan əsgərlər Meksika ilə həlledici döyüşə hazırlaşmağa başladılar. Texaslıların qəzəbli olmalarının əsas səbəblərindən biri də Alamo müharibəsi zamanı Meksika ordusu tərəfindən xüsusi amansızlıqla istiqlal tərəfdarlarının öldürülməsi idi. 21 aprel tarixində Hutsonun tərəfdarları Meksika ordusuna qarşı ani hücuma keçdi.

Tarixdə San-Xasinto müharibəsi kimi keçən döyüşdə 650 Meksika əsgəri öldürüldü və 300 nəfərə yaxını əsir alındı. San-Xasinto yaxınlığındakı döyüş Texas İstiqlal müharibəsinin həlledici və son döyüşü oldu. Meksika ordusunun məğlub olmasına baxmayaraq, ölkə Texas Respublikasının müstəqilliyini tanımaqdan imtina etdi və tərəflər arasındakı toqquşmalar 1840-cı ilin ortalarına qədər davam etdi. Texasın qərb hissəsinin hüquqi statusu qeyri-müəyyən olaraq qalmaqda davam etdi. Texas Respublikasının 1845-ci ildə 28-ci ştat kimi Amerika Birləşmiş Ştatlarının qatılması iki il davam edəcək yeni bir müharibəyə Meksika-ABŞ müharibəsinə səbəb oldu.