The Girl Who Leapt Through Time — Vikipediya
The Girl Who Leapt Through Time | |
時をかける少女 (Toki o Kakeru Shōjo) azərb. Zamanda sıçrayan qız | |
---|---|
Janr | macəra, romatika, elmi fantastika, dram |
Anime | |
Rejissor | Mamoru Hosoda |
Prodüsser | Takaşi Vatanabe Yuiçiro Sayto |
Ssenarist | Satoko Okudera |
Bəstəkar | Kiyoşi Yoşida |
Studiya | Madhouse |
Digər lisenziyalar | Reanimedia |
Vaxt | 98 dəq.[1] |
Manqa | |
Manqaka | Yazıçı: Yasutaka Tsutsui Rəssam: Tsuqanu Qaku |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | CMX Mangad/visual |
Nəşr tarixi | 2003-2004 |
Cildlər | 2 |
Manqa | |
The Girl Who Leapt Through Time –Tokikake– | |
Manqaka | Yazıçı: Yasutaka Tsutsui Personaj dizaynerləri: Kotone Rommaru, Sadamoto Yoşiyuku |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | Istari Comics |
Nəşr tarixi | 25 aprel 2006 |
Cildlər | 1 |
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo?), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır.
"The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır.[2] Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır.
Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.[3]
Məzmun
[redaktə | mənbəni redaktə et]Beyzbol oynamağı sevən Makoto Konno valideynləri və kiçik bacısı Miyuki ilə Tokionun Şitamaçi bölgəsində yaşayır. Xalası Kazuko Yoşiyama Tokio Milli Muzeyində incəsənət əsərlərinin bərpası ilə məşğul olur.
Bir gün Makoto təhsil aldığı məktəbdə yazı lövhəsində mesaj kəşf edəndə səhvən qoz formasında olan bir cismin üzərinə düşür. Evə qayıdanda onun velosipedinin əyləcləri işləmir və qatar yoluna düşüb ölür. Makoto özünə gələndə bu bədbəxt hadisə baş verməzdən qabaq velosiped sürdüyünü görür. Kazuko ona başa salır ki, o "zamanda sıçrama" gücünə malik ola bilər. Əvvəlcə Makoto bu gücündən məktəbə gecikməmək, dərslərdən yaxşı qiymətlər almaq, saatlarla karaoke oxumaq üçün istifadə edir, amma tezliklə bunun digərlərinə mənfi təsir göstərdiyini kəşf edir.
Nəticədə, Makoto bu gücündən müxtəlif xoşagəlməz vəziyyətlərdən qaçınmaq üçün istifadə edir. Buna ən yaxın dostu Çiaki Mamiyanın sevgi etirafını eşitməmək də daxildir. Makoto qolunda nə qədər zamanda sıçrayış edə biləcəyini göstərən tatuu kəşf edir. Qalan haqqları ilə Makoto hər kəsə doğru olan şeylər etməyə çalışır. Çiaki ona zəng edib zamanda sıçrayıb-sıçraya bilmədiyini soruşur, Makoto son zamanda sıçrama hüququndan onun zəngini qaytarmaq üçün istifadə edir. Makoto dostu Kosuke Tsuda və onun yeni sevgilisi Kaho Fucitaninin onun xarab velosipedinə mindiklərinə və qatar yoluna getdiklərini görür, onları xilas etməyə çalışır, amma sonuncu zamanda sıçrayış hüququndan istifadə etdiyindən ancaq ölümlərinə şahidlik edə bilir.
Bir an sonra Çiaki peyda olub zamanı dondurur və Makotoya gələcəkdən gəldiyini deyir. Çiaki Makotoya başa salır ki, qoz formasındakı cisim zamanda sıçrayış etmək üçün bir cihazdır, keçmişə isə Kazuto tərəfindən bərpa olunan, lakin gələcəkdə məhv olmuş xüsusi rəsm əsərini görmək üçün gəlibmiş. "Donmuş" şəhərdə gəzişərkən Çiaki bu zamanda planlaşdırdığından daha uzun müddət qaldığını söyləyir. Çiaki son zamanda sıçrama hüququndan Kosukeni xilas etmək üçün istifadə etdiyindən gələcəyə qayıda bilməyəcəyini deyir. Çiaki Makotonu tərk etməyə məcbur olur. Makoto sonda onu sevdiyini anlayır.
Çiaki yoxa çıxdıqdan sonra Makoto kəşf edir ki, Çiakinin zamanda sıçrayış etməsi səhvən ona istifadə etdiyi sonuncu sıçrayış hüququnu qaytarıb: Çiaki Makotonun sonuncu sıçrayış hüququndan istifadə etmədiyi zamana sıçramışdı. Makoto zamanda sıçrayıb gücünü əldə etdiyi ana qayıdır və aləti Çiakiyə qaytarır. Makoto Çiakiyə baş verənləri danışır. Makoto rəsm əsərinin onun dövrünə qədər çatacağına and içir. Çiaki getməzdən əvvəl gələcəkdə onu gözləyəcəyini deyir. Kosuke onun hara getdiyini soruşanda Makoto təhsil almaq üçün xaricə getdiyini deyir.
Zaman heç kimi gözləmir.
Orijinal mətn (ing.)Time waits for no one.
Personajlar
[redaktə | mənbəni redaktə et]- Makoto Konno (紺野真琴, Konno Makoto?)
- Səsləndirən: Riisa Naka (yapon), Emili Hörst (ingilis)
- Çiaki Mamiya (間宮千昭, Mamiya Chiaki?)
- Səsləndirən: Takuya İşida (yapon), Andre Fransis (ingilis)
- Kousuke Tsuda (津田功介, Tsuda Kousuke?)
- Səsləndirən: Mitsutaka İtakura (yapon), Aleks Zahara (ingilis)
- Yuri Hayakava (早川友梨, Hayakawa Yuri?)
- Səsləndirən: Ayami Kakiuçi (yapon), Kristi Marsden (ingilis)
- Kaho Fuvitani (藤谷果穂, Fujitani Kaho?)
- Səsləndirən: Mitsuki Tanimura (yapon), Natali Uolters (ingilis)
- Kazuko Yoşiyama (芳山和子, Yoshiyama Kazuko?)
- Səsləndirən: Saçie Hara (yapon), Saffron Enderson (ingilis)
- Miyuki Konno (紺野美雪, Konno Miyuki?)
- Səsləndirən: Yuki Sekido (yapon), Şannon Çan-Kent (ingilis)
Yayımlanma
[redaktə | mənbəni redaktə et]"The Girl Who Leapt Through Time" Yaponiyada az sayda kinoteatrda göstərilmişdir. Filmdən təxminən 260 milyon yen (2,6 milyon $) gəlir əldə olunmuşdur.[4] Animasiya filmlərinin xüsusiyyətindən fərqli olaraq anime məhdud reklam olunmuşdur, lakin müsbət rəylər və şifahi marketinq animeyə qarşı maraq oyatmışdır.[5] Şincuku teatrında bir neçə gün ardıcıl tamaşaçılar zalı doldurdular, hətta ayaqda filmi izləyənlər oldu. Bundan sonra distribütor Kadokawa Herald Pictures animenin Yaponiyada göstərildiyi kinoteatrların sayını artırmışdır, hətta beynəlxalq festivallara təqdim olunması müzakirə olunmuşdur.
Şimali Amerika şirkəti Bandai Entertainment tərəfindən anime filminin Şimali Amerikada premyerası 19 noyabr 2006-cı ildə Vaterloo festivalında və 3 mart 2007-ci ildə Nyu-York Beynəlxalq Uşaq Film Festivalında baş tutmuşdur. Anime filmi ABŞ-da məhdud yayımlanmışdır: iyun ayında Los-Ancelesdə subtitrlarla, sentyabr ayında Sietl şəhərində göstərilmişdir. İyul ayında isə Nyu-Yorkda dublaj edilmiş versiyası ekranlara buraxılmışdır. Boston şəhərində avqustda subtitrlarla nümayiş olunmuşdur. Anime filminin Böyük Britaniyada premyerası Lids Gənclər Film Festivalı çərçivəsində 2 aprel 2008-ci ildə baş tutmuşdur.
Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]Tənqid saytı Rotten Tomatoes anime film üçün verdiyi reytinq 87 % olmuşdur: 15 tənqidçinin rəylərinə əsasən film 6,7/10 xalla qiymətləndirilmişdir. Saytın ümumi rəyində bildirilir: "Çox effektiv vizual dizayna malik yaradıcı və valehedici anime filmi. Bu komediya-dramın çılğın yaradıcılığı var".[6]
Anime News Network-dan Castin Sevakis filmini "mütləq illüziyasına" görə tərifləmişdir. O personajların səsləndirilməsi bağlı ilə qeyd etmişdir: "[film üçün] düzgün miqdarda realizm".[7] The Boston Globe-dən Ti Burr filmin vizualiyasiyasını və tempini tərifləmişdir. O, anime filmini Studio Ghibli-nin işləri ilə müqayisə etmişdir.[8] "The Village Voice"-dən Nik Pinkertonda filmi tərifləmişdir. Müəllif Yasutaka Tsutsui 24 mart 2006-cı ildə Tokio Beynəlxalq Anime Yarmakasında filmin "kitabı üçün düzgün ikinci davam" olduğunu qeyd etmişdir.[9]
Mükafatlar
[redaktə | mənbəni redaktə et]İl | Mükafat | Kateqoriya | Qalib/Namizəd | Nəticə | İst. |
---|---|---|---|---|---|
2006 | Sices Film Festivalı | Ən yaxşı animasiya filmi | The Girl Who Leapt Through Time | Qazandı | [10] |
Nihon SF Tayşo Mükafatı | Böyük mükafat | The Girl Who Leapt Through Time | Namizəd | [11] | |
2007 | Yaponiya Akademiya Mükafatı | İlin ən yaxşı animasiya filmi | The Girl Who Leapt Through Time | Qazandı | [12] |
Tokio Anime Mükafatları | İlin ən yaxşı animesi | The Girl Who Leapt Through Time | Qazandı | [13] | |
Rejissor mükafatı | Mamoru Hosoda | Qazandı | |||
Ən yaxşı hekayə/İş | The Girl Who Leapt Through Time: Yasutaka Tsutsui | Qazandı | |||
Ssenarist mükafatı | Satoko Okudera | Qazandı | |||
Sənət rejissorluğunda uğur | Nizo Yamamoto | Qazandı | |||
Personaj dizayneri mükafatı | Yoşiyuki Sadamoto | Qazandı | |||
2009 | Gənc Sənətkar Mükafatı | Ən yaxşı səsləndirici | Emili Hörst | Qazandı | [14] |
Bundan əlavə, film prestijli LXI Mayniçi Film Mükafatını, 2006-cı ildə Yaponiya Media Sənətləri Festivalında Böyük mükafatı qazanmışdır.[15]
Musiqi
[redaktə | mənbəni redaktə et]Bəziləri istisna olmaqla bu musiqilər Kiyoşi Yoşida tərəfindən bəstələnmişdir. Pianoda Haruki Mino ifa etmişdir.
- "Natsuzora (açılış mahnısı)"
- "Sketch"
- "Aria (Goldberg Hensoukyoku Yori)" ("Qoldberq variasiyaları", Bax tərəfindən)
- "Karakuri Tokei (Zamanda sıçrama)"
- "Shoujo no Fuan"
- "Sketch (uzun versiya)"
- "Daylife"
- "Daiichi Hensoukyoku (Goldberg Hensoukyoku Yori)" ("Qoldberq variasiyaları"-un I versiyası)
- "Mirai no Kioku"
- "Seijaku"
- "Kawaranai Mono (Simli orkestr versiyası)" (Hanako Oku)
- "Natsuzora (bağlanış mahnısı)"
- "Time Leap (uzun versiyası)"
- "Natsuzora (uzun versiya)"
- "Garnet (Yokokuhen qısa versiyası)" (Oku)
Filmin mövzu musiqisi "Garnet" (ガーネット, Gānetto?), filmdə istifadə olunan mahnısı isə "Kawaranai Mono" (変わらないもの, azərb. "Dəyişməz şey(lər)"?) adlanır. Hər iki mahnı müğənni-mahnı yazıçısı Hanako Oku tərəfindən yazılmış, ifa olunmuş və bəstələnmişdir. "Garnet" Cun Sato, "Kawaranai Mono" Yoşida tərəfindən qaydaya salınmışdır.
Manqa
[redaktə | mənbəni redaktə et]Ranmaru Kotone tərəfindən film əsasında manqa adaptasiyası hazırlanmışdır və manqa adaptasiyası filmin kinoteatrlarda göstərilməsindən əvvəl bir neçə ay "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. 2009-cu ildə Bandai Entertainment (lisenziat) və Madman Entertainment (distribütor) tərəfindən manqanın ingilis versiyası Avstraliya üçün yayımlanmışdır. Manqada baş verən hadisələr bir neçə kiçik fərq istisna olmaqla filmdə baş verən hadisələrlə eynidir. Xüsusilə, manqa filmdən fərqli başlayır və bitir.
Qəbul
[redaktə | mənbəni redaktə et]Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 5-ci anime (32 səslə) seçilmişdir.[16]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The Girl Who Leapt Through Time". British Board of Film Classification. April 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2015.
- ↑ "Funimation Licenses The Girl Who Leapt Through Time Anime Film". Anime News Network. February 18, 2016. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2016.
- ↑ "The Boy and the Beast Film Debuts at #1, Earns 667 Million Yen in 1st Weekend". Anime News Network. July 13, 2015. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2016.
- ↑ "Tokikake Wins "Animation of the Year" at Japanese Academy Awards: Follow Up". Anime News Network. February 20, 2007. 2018-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "Gedo Senki Panned by Online Critics". Anime News Network. July 26, 2006. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "The Girl Who Leapt Through Time". Rotten Tomatoes. Flixster. 2014-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ Sevakis, Justin. "The Girl Who Leapt Through Time - Review". Anime News Network. March 5, 2007. November 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ Burr, Ty. "Time stands still in enchanting 'Girl'". Boston Globe. The New York Times Company. August 22, 2008. 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "Tsutsui Yasutaka talks about Toki o Kakeru Shōjo" (Japanese). 2009-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "Toki wo Kakeru Shōjo Wins at Catalonia". Anime News Network. October 23, 2006. 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ ""Toki wo Kakeru Shōjo" Nominated for the twenty-seventh Japan SF Grand Prize". November 23, 2006. February 1, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "Toki o Kakeru Syoujyo Wins Japan Academy Prize". Anime News Network. February 19, 2007. 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "Results of sixth Annual Tokyo Anime Awards Announced". Anime News Network. March 19, 2007. 2016-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "30th Annual Young Artist Awards - Nominations/Special Awards". Young Artist Foundation. 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ ""Toki wo Kakeru Shōjo" Japan Media Arts Plaza in 2006". 2007-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2016.
- ↑ "Japanese Fans Choose Anime's Biggest Tearjerkers". Anime News Network (ingiliscə). 21 noyabr 2016. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2016. (#apostrophe_markup)