Tipaza — Vikipediya
Tipaza | |
---|---|
Bazar, ⴱⴰⵣⴰⵔ | |
36°35′39″ şm. e. 2°26′34″ ş. u.HGYO | |
Ölkə | Əlcəzair |
Vilayət | Tipaza vilayəti |
Tarixi və coğrafiyası | |
İqlimi | Aralıq dənizi |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 25.225 (2008) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 42000 |
Digər | |
Rəsmi adı | Tipasa |
Tipi | Mədəni |
Kriteriya | iii, iv |
Tarixi | 1982 (6-cı sessiya) |
İstinad nöm. | 193 |
Ölkə | Əlcəzair |
Region | Ərəb dövlətləri |
Təhlükədə | 2002–2006 |
Vikianbarda əlaqəli mediafayllar |
Tipaza (Şenuva-bərbər. Bazar, ⴱⴰⵣⴰⵔ, ərəb. تيپازة ) — Əlcəzairdə bərbərdilli şəhər və Tipaza əyalətinin paytaxtı. Roma imperiyasının tərkibində olanda Tipasa adlanırdı. Müasir şəhər 1857-ci ildə qurulmuş və qədim xarabalıqları və qumlu sahili ilə diqqətəlayiqdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim tarixi
[redaktə | mənbəni redaktə et]Qədim Roma tərəfindən fəth edilən Tipasa karfagenlilərə məxsus köhnə ticarət məntəqəsi idi. Şəhər daha sonra imperator Klavdi tərəfindən Mavritaniya krallıqlarının fəth edilməsi üçün hərbi koloniyaya çevrildi.[1]
Şəhər, Roma qubernatorluğunun son əsrlərində, üç basilika ilə vacib bir xristian mərkəzi olaraq xidmət etdi.
Eramızın 430-cu ildə Tipasa Vandallar tərəfindən dağıdıldı, lakin bir əsr sonra Bizans tərəfindən yenidən quruldu. Yeddinci əsrin sonlarında şəhər Əməvilərin qüvvələri tərəfindən dağıdıldı və xarabalığa çevrildi.[2]
Şəhərdə XIX əsrdə yenidən məskunlaşıldı. İndi təxminən 30.000 əhalisi olan bir şəhərdir. Şəhər, əsasən Tipasa xarabalığına görə müasir Əlcəzairdə əhəmiyyətli bir turizm yeridir.
Müasir dövr
[redaktə | mənbəni redaktə et]Tipaza yaxınlığında yerləşən Tipaza uzun dalğalı ötürücüsü Əlcəzair Yayım Şirkətinin fransız dilində 3 radio proqramını yayımlayır. Uzun dalğalı 252 kHz tezlik Avropanın bir çox yerində yaxşı qəbul edilə bilər.
Qəsəbə və ətrafı, Əlcəzairin qərbindəki ən böyük Bərbər dilli qrupun, Şenua xalqının evidir.
252 kHz-lik Tipaza stansiyası 17 mart 2014-cü ildən bu yana xidmətdən çıxmışdı, lakin yenidən 252 kHz-də yayımlanır.
Qalereya
[redaktə | mənbəni redaktə et]- Romanın Tipasa şəhərinin dağıntıları
- Müqəddəs Krispinus Bazilikası
- Mavritaniya Kralının mavzoleyi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Unesco-page". 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
- ↑ Toutain, Jules. "Fouilles de M. Gsell à Tipasa : Basilique de Sainte Salsa". Mélanges d'archéologie et d'histoire. 11 (1): 179–185. doi:10.3406/mefr.1891.6684. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.