Tofiq Abbasov (futbolçu) — Vikipediya

Tofiq Abbasov
Ümumi məlumatlar
Tam adı Tofiq Abbas oğlu Abbasov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Boyu 173 sm
Mövqeyi yarımmüdafiəçi
Vəzifəsi məşqçi
Karyerası
Klub karyerası[* 1]
1966—1967 SSRİ Polad ? (?)
1969—1979 SSRİ Neftçi Bakı ? (?)
Məşqçisi olduğu klublar
1986—1987 SSRİ Termist
1987—1988 SSRİ Xəzər Sumqayıt
1989—1992 SSRİ/AzərbaycanGöyəzən Qazax

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Abbasov Tofiq Abbas oğlu (13 iyul 1949[1], Sumqayıt) — futbolçu, məşqçi, "Neftçi" komandasının oyunçusu.

Tofiq Abbasov 1949-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1973-cü ildə institutu tamamlayıb. 1966-cı ildən 1967-ci ilədək "Polad" futbol komandasında, 1968-ci ildən 1979-cu ilədək Neftçi Bakı klubunda oynayıb. 1984-cü ildə Moskvada məşqçilik məktəbinə daxil olub, 1986-cı ildə bitirib. 1986-cı ildən 1987-ci ilədək Termist, 1987-ci ildən 1988-ci ilədək Xəzər Sumqayıt, 1989-cu ildən 1992-ci ilədək "Göyəzən" komandasında baş məşqçi işləyib. 1992-ci ildən Rusiyanın Moskva vilayətində idman sahəsində işləyir. Hazırda "Dinamo" (Moskva) qadınlardan ibarət basketbol komandasını çalışdırır, klubun baş direktorudur.

Ailəlidir, iki övladı var.