Tofiq Abbasov (politoloq) — Vikipediya
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Tofiq Abbasov | |
---|---|
4 noyabr 1993 – 30 aprel 1994 | |
Prezident | Heydər Əliyev |
Əvvəlki | Arif Əliyev |
Sonrakı | Səlahəddin Quliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 dekabr 1959 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | televiziya aparıcısı |
Tofiq Möhsün oğlu Abbasov (24 dekabr 1959, Tehran) — televiziya aparıcısı, politoloq, AzTV-nin siyasi icmalçısı, əməkdar jurnalist.[1]
1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi.
Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşmışdır. 500-dən çox məqalənin və analitik araşdırmanın, sənədli filmlərin müəllifidir.
Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]1959-cu ildə İranın paytaxtı Tehranda anadan olub. 1977-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub
1982-ci ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində ictimai və siyasi yayım redaksiyasına işə qəbul edilib. Redaktor, şərhçi, baş redaktor, studiya direktoru vəzifələrində çalışıb.
1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə təyin edilmişdir.[2][3]
1994–1996-cı illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya siyasəti və xarici əlaqələr üzrə məsləhətçisi vəzifəsində çalışmışdır.
1996-cı ildən 2005-ci ilə qədər beynəlxalq regional nəşr "Caspian"ın baş redaktoru vəzifəsində çalışıb.
2005–2006-cı illərdə gündəlik nəşr olunan "Kaspi" qəzetinin birinci müavini olaraq çalışmışdır.
2006–2010-cu illərdə "Lider TV"-nin İnformasiya və Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsində çalışıb.
2011–2012-ci illərdə gündəlik "Zerkalo" qəzetinin İnformasiya və analitik nəşrlər şöbəsinin müdiri olmuşdur.
2012–2015-ci illərdə Azərbaycanda ilk tabloid nəşri olan "New Baku Post"un qurucusu və baş redaktoru olub.
2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş məsləhətçi vəzifəsində çalışır.
Ailəlidir və iki oğlu var.
TV karyerası
[redaktə | mənbəni redaktə et]Tofiq Abbasov 1982-ci ildən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra, 2006-cı ildən "Lider" TV-də çalışıb. "Lider" TV-nin "Səda" İnformasiya Departamentinin rəhbəri olub. Səhhəti ilə əlaqədar olaraq 2010-cu ilin dekabr ayında telekanalı tərk edib[4].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-06.
- ↑ TOFİQ ABBASOV "LİDER" TV-dən GETDİ [ölü keçid]