Tofiq Bayram — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Tofiq Bayram | |
---|---|
Tofiq Qulam oğlu Bayramov | |
Təxəllüsü | Tofiq Bayram |
Doğum tarixi | 16 dekabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1991 (56 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | Zərifə Bayramova |
Atası | Qulam Bayramov |
Anası | Məşədi Zivər Bayramova |
Fəaliyyəti | tərcüməçi, şair |
Mükafatları |
Tofiq Qulam oğlu Bayramov (16 dekabr 1934, Əmircan – 19 aprel 1991, Bakı) — Azərbaycan şairi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1984).
Həyatı
[redaktə | mənbəni redaktə et]Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959–1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960–1961), M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968–1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə etmişdir. A. T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M. Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988).
1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.
Tofiq Bayram Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimidir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Ana təbəssümü Bakı: Uşaqgəncnəşr, 1961, 36 səh.
- Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963, 46 səh.
- Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964, 78 səh.
- Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965, 104 səh.
- İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969, 174 səh.
- Gərək elə yanım. Bakı: Gənclik, 1971, 84 səh.
- Azərbaycan deyəndə. Bakı: Gənclik, 1974, 139 səh.
- Səninlə görüşəndə. Bakı: Azərnəşr, 1977, 136 səh.
- Əsrin oyunu (şeirlər və poemalar). Bakı: Gənclik, 1979, 120 səh.
- Könlümdə yaşayanlar (şeirlər). Bakı: Yazıçı, 1980, 252 səh.
- Məsləkim-silahım (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 268 səh.
- Ay gecikən məhəbbətim. Bakı: Yazıçı, 1987, 235 1221
Tərcümələri
[redaktə | mənbəni redaktə et](ruscadan)
- A. Tvardovski. Üfüqlərdən üfüqlərə. Bakı: Azərnəşr, 1966, 146 səh.
- Rəsul Həmzətov. Durnalar. Bakı: Azərnəşr, 1973, 235 səh.
- Ürəkdən ürəyə (qardaş xalqlar poeziyası). Bakı: Gənclik, 1975, 148 səh.
- R. Həmzətov. Dostları qoruyun. Bakı: Yazıçı, 1984, 304 səh.