Tomas Hardi — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tomas Hardi | |
---|---|
Doğum tarixi | 2 iyun 1840[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 yanvar 1928[3][1][…] (87 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, şair |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | naturalizm |
Tanınmış əsərləri |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Hardi (ing. Thomas Hardy; 2 iyun 1840[1][2][…], Dorçester[d][5] – 11 yanvar 1928[3][1][…], Dorçester[d][5]) — ingilis yazıçı və şair.
Həyatı və təhsili
[redaktə | mənbəni redaktə et]Tomas Hardi 1840-cı ildə İngiltərənin Dorçester kəndində dülgər oğlu olaraq dünyaya gəlmişdir.İlk təhsilinə bir kənd məktəbində yiyələnmiş, daha sonra Dorçesterdəki bir məktəbə getmişdir.Gənclik illərində Latın və yunan klassiklərini oxuyan Hardi Dorçesterdə yeni açılan akademiyaya daxil oldu.Bir müddət kilsə təmirçisi olan memarın yanında işlədikdən sonra rahib olmağa qərar verdi.Bu ixtisas üzrə çoxlu kitablar oxudu.1862-ci ildə Londona köçərək məşhur bir memarın yanında işləməyə başladı.
Ədəbiyyat fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Uşaqlığından şeir yazan Hardi sonradan roman janrına üstünlük vermiş və ilk romanı olan "Yoxsul adam və xanım" əsərini 1868-ci ildə tamamlamışdır.Tənqidi üslublu və sosializm dünyagörüşlü olduğundan naşirlər əsəri nəşr etmədilər.Hardinin nəşr olunan ilk kitabı "Ümidsiz çarələr" romanıdır.Kitab 1871-ci ildə imzasız nəşr olunmuşdur. Bundan sonra onun "Dəfnə ağacı altında" kitabı çap olundu.Tomas Hardi əsərlərindəki müşahidə qabiliyyəti, incə yumoru və həssas izahatı ilə fərqlənir.Bununla yanaşı o, bəzi romanlarında doğulub-böyüdüyü Dorset bölgəsinin təbiətini və insanlarını təsvir edir.Əvvəllər Desseks adlandırılan bu bölgənin sənayeləşmə ilə bərabər üzləşdiyi dəyişkənliyi əsərlərində hüznlü bir üslubla təsvir edir.Hardinin imzasız olaraq bir dərgidə çap etdirdiyi "Çılğın izdihamdan uzaq" adlı əsəri böyük maraq doğurduqdan sonra, özünü bütünlüklə ədəbiyyata vermişdir.1878–1895-ci illərdə yazdığı "Yuvaya dönüş", "Trompet başçısı", "Tess" və "Üsyankar qəlblər" romanları ilə məşhurluq qazandı.Viktoriya dövrünün mühafizəkar dəyər mühakimələrinə qarşı çıxdığı bu romanlara görə çoxlu sayda tənqidlərə məruz qaldı.Bu səbəbdən yenidən şeir yazmağa başlayan Hardi 1898-ci ildə daha öncə yazmış olduğu şeirləri də birləşdirərək "Wesseks şeirləri" kitabını nəşr etdirdi.Sonradan romanları əsasında filmlər çəkilən Tomas Hardi müasir ingilis romanının qurucularından sayılır.
Başlıca əsərləri
[redaktə | mənbəni redaktə et]- Bir cüt mavi göz
- Çılğın izdihamdan uzaq
- Tess
- Qaranlıq Cud
- Ağac işçiləri
- Meşə kəndliləri
- Yuvaya dönüş
- Etelbertanın əli
- Maraqsızın biri
- Qüllədə iki kişi
- Vest Poleydəki səyahətimiz
- Vesseks hekayələri
- Qərib, nəşəli və təsadüfi
- Solmuş kol
- Məzarımı mı qazırsan?
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Thomas Hardy // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Харди Томас // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Thomas Hardy.
- ↑ 1 2 3 4 Lothe J. Thomas Hardy // Store norske leksikon (нюнорск). 1978. ISSN 2464-1480
- ↑ 1 2 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.