Toy (film, 2005) — Vikipediya

Toy — 2005-ci il istehsalı Azərbaycan komediya filmi.

Toy
Janr komediya
Rejissor Həsən Əliyev
Ssenari müəllifləri Həsən Əliyev, Ramin Hacıyev, Elnur Hüseynov
Baş rollarda Ramiz Hüseynzadə-Ramiz
Xuraman Əlizadə-Gümüş
Leyla Əmirova-Leyli
Fərda Xudaverdiyev-Daşdəmir
Elnur Hüseynov-İnqilab
Elməddin Cəfərov — Taleh
Operator Fikrət Əsgərov
İlk baxış tarixi 16 mart 2005, Bakı
Filmin növü tammetrajlı bədii film
Müddət 99 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2005
Texniki məlumatlar videofilm
Rəng rəngli
Çəkiliş yeri Bakı
Xaçmaz, Pərdiqıran kəndi

Baş qəhrəman Ramiz (Ramiz Hüseynzadə) bir qıza aşiq olur. Qızın evinin yerini öyrənmək üçün ona dostu (Elməddin Cəfərov) kömək edir. Dost axtarışda olanda isə, Ramiz xəyala dalır. Xəyalında ağlına gəlir ki, dostu qızın evini səhv öyrənib və o istədiyi qızın qonşusugilə gedəsi olur. Təsadüfən bu evdə də gənc, ancaq çox kobud, ağırçəkili bir qız (Xuraman Əlizadə) yaşayır. Qızın ailəsi də bu qıza bir elçi düşsün deyə Allaha yalvarır. İş elə gətirir ki, Ramiz səhvən bu qızın evinə elçi düşür. Qızı ona dərhal verirlər. Gənc "hə" sözü ağızdan çıxandan sonra görür ki, bu qız istədiyi qız yox, başqasıdır. Gənc çox and-aman edir ki, evlənmək istəmirəm, amma qulaq asan olmur. Toy baş tutur. Toyda isə bəydən başqa hamı sevincli olur. Elə bu dəmdə dostunun səsinə xəyallardan ayrılan Ramiz, evlənməkdən imtina edir.

  • Filmin çəkilişlərinə Xaçmaz rayonu Pərdiqıran kənd sakinləri köməklik göstərmişdir.
  • 2015-ci ildə rejissor Həsən Əliyev tərəfindən eyniadlı 2-ci Toy filmi çəkilib.[1] "Toy-2" Azərbaycanın ilk sikvel filmi[2] olsa da tənqidçilər tərəfindən bəyənilməyib.[3] Rejissor bu kinoda seksual azlıqları tənqid etdiyini bildirib.[4] Bu da bəzi yerli LGBT üzvlərinin narazılığına səbəb olub.[5]
  • 2017-ci ildə[6] Ramiz Hüseynzadə tərəfindən bu filmin davamı olaraq[7] Toydan sonra nağara filmi çəkilsə də, bu film də tənqidçilər tərəfindən bəyənilməyib.[8]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Həsən Əliyev
Rejissor assistenti: Ramin Hacıyev
Ssenari müəllifi: Həsən Əliyev, Ramin Hacıyev, Elnur Hüseynov
Quruluşçu operator: Fikrət Əsgərov
Montaj rejissoru: Elnar Həşimov
Səs rejissoru: Natiq Hüseynov
Koordinator: Tərlan Fərzullayev
Mahnını ifa edir: Ayaz Qasımov
Filmin direktoru: Camal Əliyev
Produser: Müşfiq Hətəmov
Kadrarxası səs: Kazım Abdullayev
Musiqilərindən istifadə edilən bəstəkar: Polad Bülbüloğlu, Eldar Mansurov, Ədalət Şükürov
Ramiz Hüseynzadə — Ramiz
Xuraman Əlizadə — Gümüş
Leyla Əmirova — Leyli
Fərda Xudaverdiyev — Daşdəmir
Elnur Hüseynov — İnqilab
Elməddin Cəfərov — Taleh
Tərlan Fərzullayev — Tərlan
İslam Həsənzadə
Azər Qurbanov — Sakit
Samirə Əhmədova — Anjelika
Ələsgər Məmmədoğlu — Ələsgər əmi
Ramin Hacıyev — Cabbar
Elçin Hüseynov (müğənni) — Özü
Jenya
Samir
Ramin
Rəşad
Xəttab
Yunis
"Azərsun" Holdinq

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
"Pizza İnn" Restoranı (Talehlə Ramizin restorandakı gorüşü səhnəsi)
"7 Gözəl" Gözəllik Salonu
"Niel" Şadlıq Sarayı (toy səhnələri)
"Kompas" Gəmi-Bar
"Herakl" İdman Malları Mağazası
Xaçmaz Rayon İcra Hakimiyyəti
  1. ""Toy – 2" filmi tezliklə visionda". 2018-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-05.
  2. Azərbaycanda ilk Sikvel film Toy 2
  3. "Qayınata ilə kürəkəni homoseksual edən Azərbaycan filmi". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-05.
  4. "Tək səbir Həsən: "Yeni filmimdə seksual azlıqları tənqid eləmişəm"". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-05.
  5. LGBT ilə Həsən Əliyevin qalmaqalı böyüyür AÇIQ MƏKTUB
  6. "Toydan sonra nağara"dan – RƏSMİ TREYLER
  7. "Vağzalı sədaları altında başlayan "Toydan sonra nağara"dan -Fotolar". 2018-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-05.
  8. ""Toydan sonra nağara" – primitiv, məzmunsuz yumor". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]